bazar 5 iyul 2026 - 15:13
İslam ümməti Şəhid Ayətullah Seyid Əli Xameneinin qanının intiqamını almaq vəzifəsini davam etdirməlidir / Vilayəti-fəqih prinsipinə bağlılıq ümumi vəzifədir / Şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində geniş iştirak çağırışı

Həzrət Ayətullah Məkarim Şirazi şəhid Ayətullah Seyid Əli Xameneinin qanının intiqamının alınmasının İslam ümmətinin vəzifəsi olduğunu vurğulayaraq bildirib ki, bu böyük cinayəti törədənlər, əlləri şəhid Ayətullah Seyid Əli Xameneinin, məmurların, eləcədə dövlət rəsmilərinin, müdafiəsiz insanların və məsum uşaqların qanına bulaşan qatillər nə ilahi əzabdan, nə də ədalətli cəzadan yaxa qurtara biləcəklər. İslam ümməti isə şəriət və qanun çərçivəsində bu şəhidlərin qanının intiqamının alınması istiqamətində öz vəzifəsini yerinə yetirməyə davam edəcəkdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Məkarim Şirazi şəhid Ayətullah Seyid Əli Xameneinin vida və dəfn mərasimində xalqın geniş iştirakının vacibliyini vurğuladığı müraciətində bildirib ki, müharibə hələ başa çatmayıb. Buna görə də ümidsizlik, süstlük, çıxılmazlıq hissi aşılamaq, xalqın, dövlət rəsmilərinin və silahlı qüvvələrin ruh yüksəkliyini zəiflətmək düşmənin istəyinə xidmət edir və ölkə ilə İslam ümmətinin mənafeyinə ziddir.

O, şəhid Ayətullah Seyid Əli Xameneinin qanının intiqamının alınmasının vacibliyini vurğulayaraq qeyd edib ki, bu böyük cinayəti törədənlər, əlləri şəhid Ayətullah Seyid Əli Xameneinin, məmurların, dövlət rəsmilərinin, müdafiəsiz insanların və məsum uşaqların qanına bulaşan qatillər ilahi əzabdan və ədalətli cəzadan yaxa qurtara bilməyəcəklər. İslam ümməti isə şəriət və qanun çərçivəsində bu şəhidlərin qanının intiqamının alınması istiqamətində öz vəzifəsini yerinə yetirməyə davam edəcək.

Vilayəti-fəqih prinsipinə bağlılıq da həzrət Ayətullah Məkarim Şirazinin müraciətinin əsas mövzularından biridir. O bildirib ki, İslam İnqilabı mütərəqqi vilayəti-fəqih prinsipi üzərində qurulub və məhz bu prinsip sayəsində çətin sınaqlardan və düşmənlərin çoxsaylı fitnələrindən uğurla keçib. İslam quruluşunda vilayəti-fəqih birlik mehvərinin, ümmətin mənafeyinin qoruyucusunun və dövlətin əsas dayağının rəmzidir. Bu prinsipə sadiqlik isə ümumi vəzifə olmaqla yanaşı, İslamın və ölkənin qorunmasının təminatıdır.

Həzrət Ayətullah Məkarim Şirazinin müraciətinin tam mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə 

«إِنَّا لِلَّهِ وَإِنَّا إِلَیْهِ رَاجِعُونَ»
“Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” (Bəqərə surəsi 156)

Şəhid Ayətullah Seyid Əli Xameneinin pak nəşi ilə vida və dəfn mərasimi günlərində həmin mücahid və müdrik rəhbərin ayrılığının yandırıcı acısı bir daha təzələndi. Şübhəsiz ki, xalqın bu mərasimdə geniş iştirakı İslam İnqilabının uca ideallarına sədaqətin və qüdrətin təcəssümü, böyük İran xalqının və İslam ümmətinin mətinliyinin, eləcə də şəhidlərin nurlu yolunun davam etdiyinin göstəricisi olacaqdır.

Bu şəraitdə bir neçə mühüm məqama diqqət yetirilməlidir:

Birincisi: Müharibənin başa çatdığı düşünülməməlidir. Təkəbbür cəbhəsi ilə mübarizə hələ də davam edir. Buna görə də ümidsizlik, süstlük, çıxılmazlıq hissi aşılamaq, xalqın, dövlət rəsmilərinin və silahlı qüvvələrin ruh yüksəkliyini zəiflətmək düşmənin istəyinə xidmət edir və ölkə ilə İslam ümmətinin mənafeyinə ziddir. Əlbəttə, ümid və müqavimət meydandakı reallıqları görməməzlikdən gəlmək demək deyil. Əksinə, səbir və mətanət ilahi sınaqlarda qələbənin ən mühüm amillərindəndir.

İkincisi: Bu böyük cinayəti törədənlər, əlləri həmin əziz şəhidin, sərkərdələrin, dövlət rəsmilərinin, müdafiəsiz insanların və məsum uşaqların qanına bulaşan qatillər ilahi əzabdan və ədalətli cəzadan yaxa qurtara bilməyəcəklər. Bu pak qanlar heç vaxt unudulmayacaq və İslam ümməti şəriət və qanun çərçivəsində bu şəhidlərin qanının intiqamının alınması istiqamətində öz vəzifəsini yerinə yetirməyə davam edəcək.

Üçüncüsü: Dövlət rəsmiləri, silahlı qüvvələr və bütün qərar qəbul edən şəxslər uca Allaha təvəkkül etməli, Onun vədlərinə etimad göstərməli, ölkənin bütün imkanlarından istifadə etməli, xalqın imanına, səbrinə və mətinliyinə arxalanaraq hərbi, diplomatik və digər sahələrdə düşmənə qarşı tədbirlə, qüdrətlə və ayıq-sayıqlıqla dayanmalıdırlar. Çünki təcrübə göstərir ki, təcavüzkar düşmən qarşısında hər hansı geri çəkilmə onu daha artıq təcavüzə və həddini aşmağa cəsarətləndirir.

Dördüncüsü: İslam İnqilabı mütərəqqi vilayəti-fəqih prinsipi üzərində qurulub və məhz bu prinsip sayəsində çətin sınaqlardan və düşmənlərin çoxsaylı fitnələrindən keçə bilib. İslam quruluşunda vilayəti-fəqih birlik mehvərinin, ümmətin mənafeyinin qoruyucusunun və dövlətin əsas dayağının rəmzidir. Bu prinsipə sadiqlik ümumi vəzifə olmaqla yanaşı, İslamın və ölkənin qorunmasının təminatıdır.

Beşincisi: Bu gün hər zamankından daha çox milli birlik və həmrəyliyin qorunması danılmaz zərurətdir. Fikir ayrılıqları, hətta düzgün niyyətlərdən qaynaqlansa belə, daxildə parçalanma və zəifləməyə səbəb olmamalıdır. Eyni zamanda, hörmətli dövlət rəsmiləri də xalqın problemlərinin həllinə və onlara səmimi xidmət göstərilməsinə əvvəlkindən daha artıq diqqət yetirməlidirlər.

Mən bir daha şəhid Ayətullah Seyid Əli Xameneinin və bu məcburi müharibənin digər şəhidlərinin şəhadəti münasibətilə başda həzrət İmam Zaman (ə.f) olmaqla, Ayətullah Seyid Müctəba Xameneiə, o cümlədən şəhid ailələrinə, rəşadətli İran xalqına və dünyanın bütün müsəlmanlarına başsağlığı verir, uca Allahdan onların məqamlarının ucalmasını diləyirəm. Ümidvaram ki, həzrət İmam Zamanın (ə.f) inayəti sayəsində İslamın və müsəlmanların izzəti, qələbəsi və düşmənlərin şərrinin dəf olunması tezliklə gerçəkləşəcəkdir.

والسلام علیکم ورحمة الله و برکاته

Allahın salam və bərəkəti sizin üzərinizə olsun 

Qum şəhəri– Ayətullah Məkarim Şirazi

5 iyul 2026-cı il

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha