bazar 5 iyul 2026 - 15:13
Şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində iştirak hər bir müsəlmanın şəri və dini vəzifəsidir / Şəhid Ayətullah Seyid Əli Xameneinin qisasının alınmasının və qanının tələb olunmasının zəru

Ölkə üzrə Elmi hövzələrin rektoru şəhid Ayətullah Seyid Əli Xameneinin böyük dəfn mərasimində geniş iştirakın qəti şəri və dini vəzifə olduğunu bildirib, həmçinin Şəhid Ayətullah Seyid Əli Xameneinin qisasının alınması və qanının tələb olunmasının zəruriliyini vurğulayıb.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi İslam ümmətinə, böyük İran xalqına, alimlərə və ruhanilərə, hövzələrin ali qurumlarına, müavinlər şurasına, hövzə rəhbərlərinə, əyalət və bölgə rəhbərlərinə, eləcə də ölkənin bütün elmi hövzə mərkəzləri və mədrəsələrinin rəhbərlərinə ünvanladığı strateji müraciətdə bildirib ki, İranın və İslamın izzəti, İslam ümməti və İran xalqının düşmənlərinin zilləti şəhid Ayətullah Seyid Əli Xameneinin Tehran, Qum, İraq və müqəddəs Məşhəd şəhərlərində keçiriləcək dəfn mərasimlərində ağıllı və geniş iştirakdan asılıdır.

Daha ətraflı:

Ayətullah Ərafi xalqı şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində düşməni məyus edəcək iştirak etməyə çağırıb + Video

Ölkə üzrə Elmi hövzələrin rektoru bu mühüm müraciətdə şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində möhtəşəm iştirakı şəri və etiqadi vəzifə adlandırıb, həmçinin şəhid Ayətullah Seyid Əli Xameneinin qanının intiqamının alınmasının zəruriliyini xüsusi vurğulayıb.

Ayətullah Ərəfinin müraciətinin tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Ey böyük İslam ümməti!

Ey böyük İran xalqı!

Ey alimlər və ruhanilər!

Ey hövzələrin ali qurumları!

Ey müavinlər şurası və hörmətli rəhbərlər!

Ey əyalət və bölgələrin dəyərli məsul şəxsləri!

Ey ölkənin bütün elmi hövzə mərkəzləri və məktəblərin əziz rəhbərləri!

Salam və başsağlığı ilə bildirirəm ki, şəhid Ayətullah Seyid Əli Xameneinin vida, dəfn və torpağa tapşırılma mərasimləri, eləcə də onun xatirəsinə keçiriləcək mərasimlər xalqların cihadının, İslam ümmətinin qiyamının və meydandakı mübarizəsinin tamamlayıcı halqasıdır. Bu mərasimlərdə səhlənkarlıq göstərilməsi, ümumxalq iştirakının zəifləməsi, şəhid Ayətullah Seyid Əli Xameneinin və digər əziz şəhidlərin qanının intiqamının tələb edilməsinə laqeyd yanaşılması uca Allahın, İmam Zamanın (ə.f), İmam Xomeyninin (r) və İslam şəhidlərinin hüzurunda əsla qəbulolunan deyil. İranın hər yerində və dünyanın bütün ölkələrində Hüseynçi qiyamı və İslam ümmətinin ümumdünya dirçəlişi yaşanmalıdır.

İranın və İslamın izzəti, İran xalqı və İslam ümmətinin düşmənlərinin zilləti Tehran, Qum, İraq və müqəddəs Məşhəd şəhərlərində keçiriləcək mərasimlərdə uzaqgörən və geniş iştirakdan asılıdır.

İran və İraq xalqları, eləcədə dünyanın bütün xalqları, müqavimət cəbhəsi və əziz gənclər ayağa qalxmalı, misilsiz səhnələr yaratmalıdırlar. Bütün media qurumları və dövlət strukturları bu işə səfərbər olmalı, hər bir insan özünü bu yolun mücahidi və bu izzət mesajının, eləcə də bu böyük tarixi və sivilizasiya dönüşünün carçısı hesab etməlidir. Ayağa qalxmaq lazımdır! Böyük mərceyi-təqlidlərin, tanınmış alimlərin göstərişləri, həmçinin şəri və fiqhi prinsiplər əsasında bu məsələ qəti və icrası vacib olan şəri və imani vəzifədir.

Ümid edirik ki, Şəhid Ayətullah Seyid Əli Xameneinin möhtəşəm vida mərasimində bütün dünya yeni bir dirçəlişə şahid olacaq, uca Allahın köməyi ilə haqq batilə qalib gələcək.

وَمَا النَّصرُ إِلّا مِن عِندِ اللَّهِ العَزیزِ الحَکیمِ

"Qələbə yalnız Qüdrətli və Hikmət sahibi olan Allah tərəfindəndir." (Ali-İmran surəsi, 126-cı ayə)

Ölkə üzrə Elmi Hövzələrin rektoru

Əlirza Ərafi

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha