çərşənbə 15 iyul 2026 - 16:22
Qumda pakistanlı alimlərin geniş iştirakı ilə «İslam Oyanışının Dirçəldicisi və Müqavimətin Bayraqdarı» adlı seminar keçirilib

Hövzə / Qum şəhərində yaşayan pakistanlı ruhani və tələbələrin geniş iştirakı ilə Qumdakı Qədir Beynəlxalq Konfranslar Mərkəzində «İslam Oyanışının Dirçəldicisi və Müqavimətin Bayraqdarı» adlı seminar keçirilib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Qum şəhərində yaşayan pakistanlı ruhani və tələbələrin geniş iştirakı ilə Pakistan Şiə Alimlər Şurasının təşəbbüsü ilə Qum şəhərindəki Qədir Beynəlxalq Konfranslar Mərkəzində «İslam oyanışının dirçəldicisi və müqavimət bayraqdarı» adlı seminar keçirilib.

Qumda pakistanlı alimlərin geniş iştirakı ilə «İslam Oyanışının Dirçəldicisi və Müqavimətin Bayraqdarı» adlı seminar keçirilib

Şəhid Ayətullah Seyid Əli Xameneinin qanı İnqilabın mesajını daha da əbədiləşdirdi.
Mərasimdə Pakistan Şiə Alimlər Şurasının sədri Höccətül-İslam vəl-müslimin Seyid Sacid Əli Nəqəvi çıxış edərək şəhid Ayətullah Seyid Əli Xameneinin şəhadətinin nəticələrinə toxunaraq deyib: Şəhid Ayətullah Seyid Əli Xameneinin pak qanı İslam İnqilabının əzəmətini və onun mesajını əvvəlkindən daha parlaq və daha əbədi edib.

O əlavə edib: Müxtəlif din və məzhəblərin ardıcılları tərəfindən ifadə olunan başsağlığı və həmrəylik mesajları göstərdi ki, şəhid Ayətullah Xameneinin məzlumcasına şəhadəti dünyanın hər yerində oyaq vicdanlı və ədalətsevər insanlara dərin təsir göstərib və hamı onun şəxsiyyətinin əzəmətini etiraf edir.

Qumda pakistanlı alimlərin geniş iştirakı ilə «İslam Oyanışının Dirçəldicisi və Müqavimətin Bayraqdarı» adlı seminar keçirilib

Tələbələrə tövsiyə: Özünüinkişaf, elmi hazırlığın artırılması və təşkilat sahəsində nizam

Pakistan Şiə Alimlər Şurasının sədri çıxışının davamında seminarda iştirak edən tələbə və alimlərə müraciət edərək bildirib: Elmi və intellektual potensialınızın inkişafı sizin üzərinizə düşən mühüm məsuliyyətdir. Çünki gələcəkdə Pakistan şiə cəmiyyətinin hidayəti və rəhbərliyi sizin nəslin üzərinə düşəcək.

O, həmçinin fərdi və təşkilatçılıq fəaliyyətində nizam-intizamın, planlaşdırmanın və həmçinin birliyin vacibliyini vurğulayaraq, əlavə edib: Uğur yalnız nizamlı, məqsədyönlü və davamlı fəaliyyət sayəsində əldə olunur.

O, çıxışının digər hissəsində Pakistan şiə cəmiyyətinə qarşı bəzi təxribatlara toxunaraq bildirib: Bəzi siyasi cərəyanların qalmaqallı bir qanun layihəsini geniş şəkildə dəstəkləməsinə baxmayaraq, şiə cəmiyyətinin ardıcıl və səmərəli səyləri nəticəsində həmin layihə hüquqi status qazana bilmədi. Bu hadisə şiə xalqının hüquqlarının müdafiəsində birlik, ayıqlıq və məqsədyönlü fəaliyyətin rolunun bariz nümunəsidir.

İslam ümmətinin birliyi və möminlərin həmrəyliyi vurğulanıb 

Tanınmış pakistanlı ruhani çıxışının davamında İslam birliyinin əhəmiyyətini vurğulayaraq qeyd edib: Müsəlmanlar arasında birlik necə zəruridirsə, möminlərin həmrəyliyi də xüsusi əhəmiyyət daşıyır. Biz həmişə bütün İslam məzhəbləri arasında qarşılıqlı hörmətin, həmrəyliyin və dinc birgəyaşayışın gücləndirilməsini müdafiə etmişik və bütün İslam məktəblərinə hörmətlə yanaşırıq. Bəzən isə dinin, xalqın və cəmiyyətin ali mənafelərini qorumaq naminə bəzi məsələləri gündəmə gətirməkdən və ya müəyyən hadisələrə münasibət bildirməkdən çəkinmişik.

O əlavə edib ki, şəhid Ayətullah Seyid Əli Xameneinin(r) İslam ümmətinin birliyi, müsəlmanların həmrəyliyi və digər məzhəblərin müqəddəslərinə hörmət prinsiplərinə əsaslanan düşüncəsi Pakistanda dəyərli və müsbət nəticələr verib.

Pakistan Şiə Alimlər Şurasının sədri çıxışının digər hissəsində zəvvarların problemlərinə toxunaraq deyib: Zəvvarların problemlərinin həlli istiqamətində səylər davamlı şəkildə aparılır və aidiyyəti dövlət qurumları da bu sahədə öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər.

O, Pakistan şiə cəmiyyətinin ölkənin təhlükəsizliyi və sabitliyinə sadiqliyini vurğulayaraq deyib: Pakistan bizim üçün çox əzizdir və biz heç vaxt istəmirik ki, Bəlucistan məsələsi yeni problemlərin yaranması üçün bəhanəyə çevrilsin. Bununla belə, əgər vəziyyət elə inkişaf etsə ki, zəvvarların hüquqlarını müdafiə etmək məqsədilə xalq hərəkatı elan etməyə məcbur olaq, bunun nəticələrinin hamıya məlum olduğunu qeyd edirik. Buna görə də məsul şəxslərdən bu problemi məsuliyyətli və ciddi yanaşma ilə ən qısa zamanda həll etmələrini istəyirik.

Qumda pakistanlı alimlərin geniş iştirakı ilə «İslam Oyanışının Dirçəldicisi və Müqavimətin Bayraqdarı» adlı seminar keçirilib

Dini rəhbərliyin cəmiyyətin hidayətində rolu

Pakistanlı ruhani Höccətül-İslam vəl-müslimin Seyid Kazim Rza Nəqəvi çıxışında dini rəhbərliyin mövqeyinə toxunaraq bildirib: Şəhid Ayətullah üzma Seyid Əli Xamenei İran İslam İnqilabının istiqamətləndirilməsində həlledici rol oynayıb. Pakistanda isə Höccətül-İslam vəl-müslimin Seyid Sacid Əli Nəqəvi şiə cəmiyyətinin hidayətində mühüm rol oynayır.

O əlavə edib: İran İslam İnqilabı alimlərə və dini rəhbərlərə izzət, nüfuz və qüdrət qazandırdı, həmçinin göstərdi ki, əgər bir din alimi ixlasla ilahi vəzifəsini yerinə yetirsə, hətta Rza Pəhləvinin hakimiyyəti kimi istibdadçı rejimləri də məğlub edə bilər. Onun sözlərinə görə, İmam Hüseynin (ə) Aşura qiyamında nümayiş etdirdiyi düşüncə bu gün İslam İnqilabının şəhid liderinin düşüncəsində davam etdirilərək yenidən dirçəldilib.

Höccətül-İslam vəl-müslimin Seyid Kazim Rza Nəqəvi çıxışının digər hissəsində vurğulayıb: Hər bir həqiqi dəyişiklik insanın öz daxilindən başlayır. İslamın təlimlərini şəxsi həyatında tətbiq edə bilməyən şəxs cəmiyyətdə və ya İslam ümməti arasında İslam quruluşunun bərqərar edilməsini iddia edə bilməz. O, İslam İnqilabının ideallarının həyata keçirilməsi üçün özünüislahın, dini dəyərlərə əməl etməyin və məsuliyyətli kadrların yetişdirilməsinin vacibliyini vurğulayıb.

Qumda pakistanlı alimlərin geniş iştirakı ilə «İslam Oyanışının Dirçəldicisi və Müqavimətin Bayraqdarı» adlı seminar keçirilib

İslam İnqilabı – İslamın izzəti və məzlumların ümid mənbəyi

Mərasimin davamında Pakistan Şiə Alimlər Şurasının baş katibi Höccətül-İslam vəl-müslimin Şəbir Həsən Meysəmi çıxış edərək bildirib: İslam İnqilabı İslam bayrağını ucaltdı və dünya elə bir rəhbərliyin şahidi oldu ki, başqalarını meydana göndərmək əvəzinə, özü fədakarlığa və şəhadətə hazır idi.

O əlavə edib: Şəhid Ayətullah Seyid Əli Xameneinin şəhadətindən sonra Pakistanda müxtəlif şəxsiyyətlər və fərqli düşüncə məktəblərinin ardıcılları onun əzəmətini və uca məqamını xüsusi vurğuladılar. Bu gün də dünyanın məzlum xalqlarının ümidləri İslam İnqilabına və İran İslam Respublikasına bağlanıb.

Qumda pakistanlı alimlərin geniş iştirakı ilə «İslam Oyanışının Dirçəldicisi və Müqavimətin Bayraqdarı» adlı seminar keçirilib

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha