Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi, analitik bəyanat yayaraq İranda və İraqda şəhid Ayətullah Xamenei ilə tarixi vida, yolasalma və dəfn mərasimlərinin on milyonlarla insanın iştirakı ilə keçirilməsinin mühüm mesajlarını şərh edib.
Ölkə üzrə Elmi Hövzələrin rektoru bu analitik bəyanatda şəhid Ayətullah Seyid Əli Xameneinin qisası və qanının alınması məsələsinə toxunaraq vurğulayıb ki, Ali Məqamlı Rəhbərin son mesajına əsasən, şəhid Ayətullah Seyid Əli Xameneinin (r) və son iki müharibədə şəhid olan digər şəhidlərin qisası və qanının alınması tələbi qəti və dəyişməz bir məsələdir. Bu məsələ hökumətlərin və ya əlaqədar şəxslərin dəyişməsindən asılı deyil və hər bir halda həyata keçiriləcək. Bu cinayətlərin törədiciləri və icraçıları bundan sonra heç vaxt özlərini təhlükəsiz hiss etməyəcəklər və şübhəsiz ki, sakit və rahat bir ölüm arzusunu özləri ilə qəbirə aparacaqlar. Bu qisas beynəlxalq müstəvidə və dünya azadlıqsevərlərinin səyləri ilə davam etdiriləcək.
Razılaşma başa çatıb / Danışıqlar davam etdirilməməlidir
Qəyyumlar Şurasının üzvü düşmən cinayətkar tərəfindən İranla ABŞ arasında imzalanmış razılaşmanın dəfələrlə pozulmasına da toxunaraq bildirib: İndi düşmən təhdid, təhqir və hərbi hücum, iqtisadi sanksiyaların davam etdirilməsi, eləcədə təzminatın ödənilməməsi, ölkənin sərvətlərinin geri qaytarılmaması, atəşkəsin təmin edilməməsi və həmçinin işğalçı İsrailin Livan torpaqlarından geri çəkilməməsi, həmçinin İranın dəniz mühasirəsinin yenidən tətbiqi ilə razılaşmanın bütün bəndlərini pozub. ABŞ prezidenti də açıq və həyasız şəkildə bu razılaşmanın başa çatdığını elan edərək müharibəyə başladığını bəyan edib. Belə olan halda, razılaşmaya sadiq qalmaq və danışıqları davam etdirmək üçün heç bir əsas qalmır.
Yüksək vəzifəli məsul şəxslərə strateji tövsiyə
Prezidentin özü – Ali Milli Təhlükəsizlik Şurasının üzvləri adından Ali Məqamlı Rəhbər və İranın qeyrətli, müqavimətli xalqı qarşısında razılaşmanın bəndlərinin icrası və ABŞ-ın həddini aşan tələblərinə qarşı dayanmaq barədə öhdəlik götürmüş şəxs kimi – eləcə də Ali Milli Təhlükəsizlik Şurasının digər üzvləri, silahlı qüvvələrin komandanları və ölkənin diplomatik qurumlarının məsul şəxsləri bu razılaşmanı başa çatmış hesab etməli, cihad və müqavimət yolunu seçməli, Ali Məqamlı Rəhbərə tam itaət göstərərək onun müəyyən etdiyi yola qayıtmalıdırlar.
Ayətullah Ərafi mühüm bir məqama da xüsusi diqqət çəkərək vurğulayıb ki, İranın böyük xalqı iqtisadi problemlər naminə düşmənə güzəştə getməyə razı deyil və zühurun zəmininin hazırlanması, həmçinin qələbə zirvəsinə çatmaq uğrunda son damla qanına qədər fədakarlıq etməyə hazırdır. Buna görə də məsul şəxslər iqtisadi çətinlikləri, müharibənin xərclərini, infrastrukturun hədəfə alınması qorxusunu və digər bəhanələri əsas gətirərək İslam ümmətinin haqqından geri çəkilməməli, Qurani-Kərimin buyurduğu kimi heç bir əhdə sadiq qalmayan kafirlərlə («لا أیمان لهم») danışıqlar və razılaşma yolunu bundan artıq davam etdirməməlidirlər.
Ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafinin analitik bəyanatının tam mətni aşağıdakı kimidir:
بسم الله الرحمن الرحیم
«مِنَ الْمُؤْمِنِینَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَیْهِ فَمِنْهُمْ مَنْ قَضَیٰ نَحْبَهُ وَمِنْهُمْ مَنْ یَنْتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِیلًا»
"Möminlər içərisində elə kişilər vardır ki, Allahla bağladıqları əhdə sadiq qaldılar. Onlardan bəzisi öz əhdini yerinə yetirdi (şəhid oldu), bəzisi isə gözləməkdədir. Onlar əhdlərini əsla dəyişmədilər."
(Əhzab surəsi, 23-cü ayə)
İslam dünyasının böyük rəhbəri, şəhid Ayətullah Seyid Əli Xameneinin (r) və ailəsinin bəzi üzvlərinin Tehran, müqəddəs Qum, Nəcəf, Kərbəla və həmçinin Məşhəd şəhərlərində keçirilən misilsiz və tarixi dəfn mərasimləri, eləcə də dünyanın bir çox ölkə və bölgələrində təşkil olunan simvolik dəfn mərasimləri və matəm məclisləri, yeni İslam sivilizasiyasına doğru hərəkətdə və həzrət Məhdinin (ə.f) zühurunun zəmininin hazırlanması yolunda son dərəcə mühüm dönüş nöqtəsi yaratdı.
Şəhid Ayətullah Xameneinin qanının qisasının alınmasını tələb edən qırmızı bayraqlar və intiqam şüarları ilə on milyonlarla insanın iştirakı bu dəfn mərasimini tarixdə keçirilmiş ən böyük və misilsiz vida mərasiminə çevirdi.
Bu dəfn mərasimi xalqın öz vilayəti-fəqihinə olan sonsuz məhəbbətinin təcəllisi idi. Bu elə bir məhəbbətdir ki, uca Allah iman gətirib saleh əməl işlədənlər üçün möminlərin qəlbində qərar verir:
«إِنَّ الَّذِینَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَیَجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا»
"Həqiqətən, iman gətirib saleh əməllər edənlər üçün Rəhman (Allah) insanların qəlbində məhəbbət yaradacaqdır."
(Məryəm surəsi, 96-cı ayə)
Mərasimə hakim olan ab-hava dərin hüznlə misilsiz qəhrəmanlığın vəhdətindən ibarət idi. Xalq şəhid Ayətullah Seyid Əli Xameneini (r) son mənzilə yola salarkən Hüseynçi və Aşura ruhiyyəsini, eyni zamanda yüksək şüur və ayıqlıq nümayiş etdirdi. Bu coşqun duyğular iman və inqilab kimliyinin ən dərin qatlarının təcəssümü olmaqla yanaşı, İslam nizamı üçün böyük bir mənəvi sərvətdir və bu sərvət inqilabi hərəkatın və onun ali məqsədlərinin həyata keçirilməsi yolunda istifadə edilməlidir.
İslam ümmətinin və müqavimət cəbhəsinin küfr və təkəbbür cəbhəsi qarşısında qüdrət nümayişinə çevrilən bu möhtəşəm dəfn mərasimi ABŞ-ın psixoloji cəhətdən pozulmuş və ədəbsiz prezidentini qəzəbləndirdi. O, acizlik içində İranın böyük xalqını təhqir və hədələrlə hədəfə aldı, mərasimin gedişində isə razılaşmada üzərinə götürdüyü öhdəlikləri növbəti dəfə pozaraq ölkəmizin cənub və şimal bölgələrinə hücum etdi. Son günlər isə açıq şəkildə müharibə elan edərək ölkənin bir çox bölgələrinə vəhşicəsinə hücumlar təşkil etdi. Bunun müqabilində İranın qüdrətli silahlı qüvvələri tərəfindən sarsıdıcı və ağır zərbələr aldı.
Bu əzəmətli dəfn mərasimi bir daha qanın qılınca qalib gəlməsi məntiqini və İran xalqı ilə müqavimət cəbhəsinin ölüm və şəhadəti sevinclə qarşılamasını bütün dünyaya nümayiş etdirdi. Digər tərəfdən isə «Biz bacararıq» məntiqini möhkəmləndirdi, xalqın iradəsinin, meydandakı iştirakının və dirçəlişinin ölkənin müqaviməti, inkişafı və tərəqqisində misilsiz rolunu göstərdi və dünyaya bəyan etdi ki, beynəlxalq münasibətlər sistemi yeni mərhələyə qədəm qoyur.
Şübhəsiz ki, birləşdirilmiş müharibənin son dərəcə mürəkkəb şəraitində İslam ümmətinin bu möhtəşəm qüdrət nümayişi, dirçəlişi və qəhrəmanlığı – şəhid Ayətullah Seyid Əli Xameneinin (r) dəfn mərasimində təcəlli edən bu tarixi hadisə – məsul şəxslər, xalq, Elmi hövzələr, vəzifəli ruhanilər, müqavimət cəbhəsi və bütün İslam dünyası üçün dərin və strateji mesajlar daşıyır.
İndi şəhid Ayətullah Seyid Əli Xameneinin (r), eləcədə bu pak və müqəddəs cənazələr həzrət İmam Rzanın (ə) müqəddəs hərəmində əbədiyyətə qovuşduqları bir vaxtda, zühur zirvəsinə qədər bu yolun davam etdirilməsinin ağır məsuliyyəti hamımızın üzərinə düşür. Bu strateji mesajların izahı və həmin zirvəyə aparan yolun davam etdirilməsi zəruri bir vəzifədir.
Mən bu tarixi milyonluq xalq hərəkatını ehtiramla yad edir, başda İmam Zaman (ə.f) olmaqla müsəlmanların vilayəti-fəqihi həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə (Allah onu qorusun) başsağlığı verir, bu əzəmətli tarixi hadisənin strateji mesajlarını bəyan edir və bundan sonra yerinə yetirməli olduğumuz vəzifələri xatırladıram.
Şəhid Ayətullah Seyid Əli Xameneinin (r) qatillərindən qisas alınması mesajı
Şəhid Ayətullah Seyid Əli Xameneinin (r) dəfn mərasimi və xalqın əllərində dalğalanan Aşura rəmzli qırmızı bayraqlar göstərirdi ki, şəhid Ayətullah Seyid Əli Xameneinin (r) qanının alınması və qatillərindən qisas almaq bu xalqın və dünyanın bütün azadlıqsevərlərinin qanuni və şəri haqqıdır. Dəfn mərasimində iştirak edən milyonlarla insanın arasında "İntiqam!", "Ya lisarətil-Xamenei!" şüarları, həmçinin Tramp və Netanyahunun cəzalandırılması tələbi digər bütün şüarlardan daha gur səslənirdi.
Dini mədəniyyətdə qanının alınmasının rəmzi olan qırmızı bayraqların dalğalanması düşmənlərə və təcavüzkarlara açıq və qəti mesaj idi ki, xalq şəhid Ayətullah Seyid Əli Xameneinin (r) və son iki müharibədə şəhid olmuş bütün qəhrəmanların qanının cinayətkar və rüsvayçı qatillərdən alınması məsələsində tam qətiyyətlidir.
Şəhid Ayətullah Seyid Əli Xameneinin (r) qanının alınması hökumətlərin və şəxslərin dəyişməsi ilə bağlı deyil
Əziz rəhbərimiz Ayətullah Seyid Müctəba Hüseyni Xamenei (Allah onu qorusun) İranın şəhid liderinin dəfn və torpağa tapşırılması münasibətilə son müraciətində vurğuladığı kimi, İmam Hüseyn (ə) kimi həyat yaşayan və onun kimi şəhid olan
şəhid Ayətullah Seyid Əli Xameneinin (r), eləcə də son iki müharibədə İmam Hüseyn (ə) yolunda şəhid olan bütün mücahidlərin qanının alınması, İmam Hüseynin (ə) və onun səhabələrinin qanının alınmasının davamıdır. Bu həqiqət xüsusilə Nüdbə duasında və Aşura ziyarətində açıq şəkildə bəyan edilmişdir.
Məhz buna görə də, Ali Məqamlı Rəhbərin son müraciətinə əsasən, şəhid Ayətullah Seyid Əli Xameneinin (r) və son iki müharibənin bütün şəhidlərinin qanının alınması və qisas məsələsi qəti və dəyişməz bir həqiqətdir. Bu məsələ hökumətlərin və ya əlaqədar şəxslərin dəyişməsi ilə bağlı deyil. Hər bir halda həyata keçəcək və bu cinayətləri törədən rüsvayçı qatillər bundan sonra heç vaxt özlərini təhlükəsizlikdə hiss etməyəcəklər. Onlar rahat ölüm arzusunu da özləri ilə qəbirə aparacaqlar. Bu qisas beynəlxalq miqyasda və bütün dünya azadlıqsevərlərinin həmrəyliyi ilə davam etdiriləcəkdir.
Beynəlxalq media da İslam ümmətinin bu uca səsini düzgün dərk etmiş və onu düşmənlərin bütün hesablarını dəyişdirəcək "milli iradənin nümayişi" kimi qiymətləndirmişdir. Dövrümüzün Yezidi olan cinayətkar düşmən də bu mesajdan sarsılmış, öz rəhbər və komandirlərinin mühafizə səviyyəsini artırmağa məcbur olmuşdur.
Şübhəsiz ki, düşmən törətdiyi bu cinayətin bədəlini ödəməlidir ki, bir daha belə bir cinayətə cəsarət etməsin. Bundan sonra xalq bu intiqam alovunu qisas həyata keçənədək qəlbində diri saxlamalı, onu şəhid Ayətullah Seyid Əli Xameneinin (r) öz pak qanı ilə canlandırdığı yolun davam etdirilməsi üçün sarsılmaz bir iradəyə çevirməlidir.
Biz də öz rəhbərimiz kimi əhd bağlayırıq ki, şəhid Ayətullah Seyid Əli Xameneinin (r) və son iki müharibənin bütün şəhidlərinin pak qanının qisasını cinayətkar qatillərdən alacağıq. Bütün dövlət məsullarını, silahlı qüvvələri, şiələri, müsəlmanları və dünyanın bütün azadə insanlarını bu haqq olan tələbin həyata keçirilməsi üçün ciddi şəkildə ayağa qalxmağa çağırırıq.
Buna görə də dövlətin bütün məsulları, hakimiyyət qurumları, xalq yönümlü təsisatlar, ruhaniyyət, hövzə tələbələri, təbliğatçılar, cəmiyyətin bütün təbəqələri, eləcə də dünyanın qeyrətli və mübariz insanları bu mühüm çağırışa "ləbbeyk" deməli, onun həyata keçirilməsi üçün bütün zəruri zəminləri hazırlamalıdırlar.
Bu dəfn mərasimində aydın oldu ki, son iki-üç ildə Amerika və sionist düşmənin hücumları və zülmünün ən yüksək həddə çatdığı bir vaxtda belə, müqavimət cəbhəsinin həyatı və inkişafı daha da davam edir və müqavimət cəbhəsi nəinki zəifləməmiş, əksinə onun yeni cücərtiləri açıq şəkildə görünmüş və əvvəlki iki illə müqayisədə daha güclü bir zəncir formalaşmışdır.
Müqavimət cəbhəsinin küfr və istikbar qarşısında birlik və vahid əl olması mesajı bu əzəmətli dəfn mərasiminin ən mühüm mesajlarından biri idi.
Tehran, Qum və Məşhəd şəhərlərində keçirilən dəfn mərasimlərində İraq, Livan, Suriya, Yəmən və digər İslam ölkələrinin çoxsaylı məsul şəxsləri və xalqlarının iştirakı, eləcə də şəhid Ayətullah Seyid Əli Xameneinin (r) və ailə üzvlərinin cənazələrinin müqəddəs Nəcəf və Kərbəla şəhərində əzəmətli və heyrətamiz şəkildə yola salınması, İraq xalqının geniş iştirakı və İraq, Livan, Yəmən və Suriyadan çoxsaylı məsul şəxslərin və insanların bu mərasimlərdə iştirak etməsi müqavimət cəbhəsinin birlik mesajını dünyaya çatdırdı.
Bu dəfn mərasimi bütün İslam ümmətlərinin qəlblərinin bir-birinə bağlı olduğunu və dünya coğrafi sərhədlərindən kənarda İslam aləminin bütün qeyrətli insanlarının və mücahidlərinin qəlblərinin eyni istiqamətə yönəldiyini göstərdi. Əslində bu, dünyada vahid İslam ümməti kimliyinin yeni bir səhifəsi idi. Həmçinin neytral mövqedə olan İslam ölkələrinin məsul şəxslərinin bu şəhidlərin pak cənazəsinə ehtiram göstərməsi, bir çox İslam ölkələrində simvolik dəfn mərasimlərinin keçirilməsi və həmçinin əza məclislərinin təşkili İslam dünyasının birliyini nümayiş etdirdi və şəhid Ayətullah Seyid Əli Xameneinin (r) müsəlmanlar arasındakı millətlərüstü və qlobal mövqeyini sübut etdi.
Cihad və müqavimətin davam etdirilməsi, rəhbərin əsas mövqeyinə qayıdış mesajı / Anlaşma memorandumu başa çatdı
Xalqın bu qəhrəmanlıq dolu iştirakındakı aydın və açıq mesajı cihad və müqavimətin davam etdirilməsi, eləcə də rəhbərin əsas mövqeyinə qayıdış tələbi idi. İndi ki, düşmən təhdid, təhqir və hərbi hücumlarla, iqtisadi sanksiyaların tətbiqi, təzminatın ödənilməməsi, ölkənin sərvətlərinin geri qaytarılmaması, atəşkəsin təmin edilməməsi və işğalçı İsrailin Livan ərazisindən geri çəkilməməsi, daha sonra isə İranın dəniz mühasirəsini yenidən bərpa etməsi ilə anlaşma memorandumunun bütün maddələrini pozmuşdur və indi ki, ABŞ prezidenti açıq-aşkar və həyasızcasına anlaşma memorandumunun sona çatdığını elan etmiş və müharibəyə başlamışdır, artıq anlaşma memorandumuna sadiq qalmaq və danışıqları davam etdirmək üçün heç bir əsas qalmır.
Hörmətli prezident şəxsən ŞAM (Milli Təhlükəsizlik Ali Şurası) üzvlərinin nümayəndəsi kimi Ali Məqamlı Rəhbər və İranın qeyrətli və müqavimət göstərən xalqı qarşısında anlaşma memorandumunun maddələrini icra etmək və Amerikanın həddini aşan tələbləri qarşısında dayanmaq barədə öhdəlik götürmüşdür. Digər ŞAM (Milli Təhlükəsizlik Ali Şurası) üzvləri, hərbi komandirlər və ölkənin diplomatiya məsulları da anlaşma memorandumunu başa çatmış hesab etməli, cihad və müqavimət yolunu davam etdirməli və Ali Məqamlı Rəhbərə tam itaət edərək onun müəyyən etdiyi həmin istiqamətə qayıtmalıdırlar.
Qüdrətli İran xalqı düşmənə güzəştə getməz / Müharibənin xərclərindən qorxaraq danışıqlar yolunu davam etdirməyin
Hörmətli məsul şəxslər diqqət yetirməlidirlər ki, müharibənin yaratdığı iqtisadi təzyiqlər və bəzi iqtisadi məsulların yanlış idarəçiliyi altında olan həmin xalq elə bu tələbi irəli sürən xalqdır. Bu o deməkdir ki, böyük İran xalqı iqtisadi çətinliklərə görə düşmənə güzəştə getməyə razı deyil və zühurun zəminəsinin hazırlanması və qələbənin zirvəsinə çatmaq yolunda son damla qanına qədər fədakarlıq göstərməyə hazırdır.
Buna görə də məsul şəxslər iqtisadi problemlər, müharibənin xərclərindən qorxu, eləcədə infrastrukturların məhv edilməsi və digər bəhanələrlə İslam ümmətinin haqlı hüquqlarından geri çəkilməməli və Qurani-Kərimin buyurduğu kimi heç bir əhdə sadiq qalmayan kafirlərlə («لا أیمان لهم») danışıqlar və anlaşma memorandumu yolunu bundan artıq davam etdirməməlidirlər.
Onlar uca və qadir Allaha təvəkkül edərək, Allahın sünnələrinə və vədlərinə möhkəm ümid bəsləyərək, o cümlədən aşağıdakı ayələrdə bəyan edilən ilahi vədlərə arxalanmalıdırlar:
«یَا أَیُّهَا الَّذِینَ آمَنُوا إِنْ تَنْصُرُوا اللَّهَ یَنْصُرْکُمْ وَیُثَبِّتْ أَقْدَامَکُمْ»
(“Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək etsəniz, O da sizə kömək edər və addımlarınızı möhkəmləndirər.”) (Məhəmməd surəsi, 7-ci ayə)
«قَاتِلُوهُمْ یُعَذِّبْهُمُ اللَّهُ بِأَیْدِیکُمْ وَیُخْزِهِمْ وَیَنْصُرْکُمْ عَلَیْهِمْ وَیَشْفِ صُدُورَ قَوْمٍ مُؤْمِنِینَ»
(“Onlarla vuruşun ki, Allah onları sizin əllərinizlə əzaba düçar etsin, onları rüsvay etsin, sizə onların üzərində qələbə versin və mömin insanların qəlblərini sevindirsin.”) (Tövbə surəsi, 14-cü ayə)
«کَمْ مِنْ فِئَةٍ قَلِیلَةٍ غَلَبَتْ فِئَةً کَثِیرَةً بِإِذْنِ اللَّهِ وَاللَّهُ مَعَ الصَّابِرِینَ»
(“Allahın izni ilə neçə-neçə az saylı dəstə çox saylı dəstələrə qalib gəlmişdir. Allah səbir edənlərlədir.”) (Bəqərə surəsi, 249-cu ayə)
Həmçinin Fussilət surəsinin 30-cu ayəsi, Əhqaf surəsinin 13-cü ayəsi, Cin surəsinin 16-cı ayəsi, Ali-İmran surəsinin 160-cı ayəsi və bir çox digər belə ayələrdə bəyan edilən ilahi vədlərə, eləcə də bu mömin, inqilabçı, bəsirətli, vilayətə bağlı, fədakar və müqavimət göstərən xalqın dəstəyinə arxalanaraq, cihad yolunu düşmənin tamamilə məğlub edilməsinə, intiqamın alınmasına, təzminatın ödənilməsinə, eləcədə ölkənin həbs edilmiş sərvətlərinin geri qaytarılmasına, Hörmüz boğazının tam idarəçilik hüququnun tanınmasına və həmçinin Seyid Müctəba Xameneinin nəzərdə tutduğu digər şərtlərin qəbul edilməsinə qədər güc mövqeyindən davam etdirməlidirlər.
Müqavimət cəbhəsinin və İslam dünyasının birlik və əzəmət mesajı
Bu birlik İslam dünyası üçün böyük bir sərvət hesab olunur və düşmənlərin təfriqə salan planlarına möhkəm cavabdır. Bu birliyi qorumaq və onu gündən-günə daha da genişləndirərək möhkəmləndirmək lazımdır. Hərbi və diplomatik sahədə fəaliyyət göstərən məsullar müqavimət cəbhəsinə, xüsusilə İraq, Livan və Yəməndə lazımi dəstəkləri göstərməli, xalq da küçələrdə bu birliyin daha da möhkəmlənməsini tələb etməlidir.
Ruhanilərin Ali Məqamlı Rəhbərə və xalqla qırılmaz bağlılığı mesajı
Bu tarixi dəfn mərasimində ruhanilərin xidmətçi, yol göstərən və müşayiət edən mövqedə coşğulu və aşkar iştirakı onların Ali Məqamlı Rəhbər və İslam ümməti, eləcə də müqavimət cəbhəsi ilə qırılmaz bağlılığını nümayiş etdirdi. Xüsusilə böyük təqlid mərcələrinin, görkəmli alimlərin və Qum və müqəddəs Nəcəf şəhərlərinin elmi hövzə müəllimlərinin dəfn mərasimində iştirakı mərcəiyyət və aparıcı ruhanilərin inqilab rəhbərliyi, xalq və müqavimət hərəkatı ilə dərin və qırılmaz əlaqəsini göstərdi.
Düşmən illərdir müqəddəs İslam İnqilabının məqsədlərinin həyata keçirilməsində mərcəiyyət və ruhanilərin rolunun əhəmiyyətini dərk etmiş və inqilabın ilk günlərindən fiziki terror, şəxsiyyətə qarşı sui-qəsd, nüfuz, təfriqə və nifaq yaratmaq yolu ilə xalq arasında mərcəiyyət və ruhanilərin mövqeyini zəiflətməyə, alimlər, mərcələr və rəhbərlik arasında ixtilaf yaratmağa çalışmışdır. Bu geniş ruhaniyyət, görkəmli alimlər və böyük təqlid mərcələrinin namaz və dəfn mərasimində iştirakı göstərdi ki, düşmənin planları təsirli olmamış, böyük ruhaniyyət daha əvvəlkindən də artıq xalqın yanında, xalqa xidmət yolunda və rəhbərliyə bağlıdır.
İnanclı xalq və ruhanilər bu müqəddəs əlaqəni qorumalı, eləcədə ruhanilər isə xalqa səmimi və mücahidcəsinə xidmət etməklə bu bağlılığı gündən-günə daha da möhkəmləndirməli və genişləndirməlidir.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinə beyətin yenilənməsi və İslam sisteminə dəstək mesajı
Bu möhtəşəm qəhrəmanlığın mərkəzində səssiz, lakin sarsıdıcı bir “səsvermə” baş verdi. İranın və dünyanın müsəlman və inqilabçı xalqı bu möhtəşəm toplantıda yeni rəhbər həzrət Ayətullah Seyid Müctəba Xameneiyə beyətini yenilədi. Dəfn yolunun boyunca “Canım rəhbərə fəda olsun” və “Ləbbeyk ya Xamenei” şüarları ilə səslənən on milyonlarla insanın bu beyəti göstərdi ki, yeni rəhbərlik elə ilk gündən böyük xalq dəstəyinə malikdir və xalq vəliyyi-fəqih prinsipi əsasında qurulan İslam sisteminə sadiqdir.
Ümmətin İslam sisteminin rəhbəri kimi şəhid Ayətullah Seyid Əli Xameneinin (r) layiqli canişininə olan sədaqət əhdi, şiə mədəniyyətində vilayət və imamət düşüncəsinə dair misilsiz mərifətdən qaynaqlanır və ümmətin əzəmət və qürur zirvələrinə doğru hərəkətində yol göstərici olacaqdır.
Bu beyət ki, rəhbərə tam itaət və hərtərəfli dəstəyi tələb edir, İslam İnqilabının gəmisini idarə etmək və onu gözəl zühur sahilinə çatdırmaq yolunda İslam İnqilabı rəhbərinin ixtiyarını daha da genişləndirir.
Şübhəsiz, düşmən bu mürəkkəb və idrak müharibəsində bu əhdi parçalamaq və ya zəiflətmək üçün bütün səylərini göstərəcəkdir. Ruhanilər və vilayətə bağlı xalq cihad və maarifləndirmə yolu ilə bəsirəti artırmalı və bu vasitə ilə düşmənin planlarını zərərsizləşdirməlidir.
Ümmətin İslama və İslam dəyərlərinə bağlılıq mesajı
Hüseynçi olan, İm Hüseyn (ə) ideologiyası ilə yaşayan, onun yolu ilə hərəkət edən, Hüseynçi cihad və müqavimət göstərən, yaşayan və İmam Hüseyn məktəbi yolunda öz canından keçən edən şəhid Ayətullah Seyid Əli Xameneinin (r) dəfn mərasimində xalqın geniş, coşğulu və qəhrəmanlıq dolu iştirakı, eyni zamanda hüzn, ah-nalə və göz yaşları ilə müşayiət olunan bu möhtəşəm iştirak dünyaya bu mesajı verdi ki, xalq İslama, İslam dəyərlərinə və hökmlərinə bağlıdır və İslamı qorumaq yolunda öz İmamı kimi canını və övladlarını fəda etməyə hazırdır.
Düşmənin mədəniyyətə hücumu və planlarının zərərsizləşdirilməsi mesajı
Düşmən uzun illər ərzində mədəni hücumlar, tabeçilik və mənəvi dəyərlərdən uzaqlaşmanın yayılması, laqeydlik, dünyapərəstlik və qərb həyat tərzinin təbliği yolu ilə mədəni dəyişiklik yaratmaq və xalqı İslamdan uzaqlaşdırmaq üçün böyük səylər göstərmişdir. O, müəyyən qədər də bu istiqamətdə uğur qazanmışdır. Şəhid Ayətullah Seyid Əli Xamenei (r) dəfələrlə bu təhlükə barədə xəbərdarlıq etmiş və bu məsələ ilə bağlı narahatlığını ifadə etmişdir.
Bu əzəmətli iştirak öz mesajı ilə göstərdi ki, iki müharibədə şəhidlərin qanı və xüsusilə məzlum şəhid Ayətullah Xameneinin pak qanı sayəsində xalq əvvəlkindən daha çox və bütün varlığı ilə İslama yönəlmişdir və bu qanlar düşmənin mədəni hücumunu böyük ölçüdə zərərsizləşdirmişdir.
Bununla belə, bu təhlükə hələ də qalmaqdadır. Ölkənin mədəniyyət məsulları, böyük ruhaniyyət və bütün mömin, inqilabçı qüvvələr bu böyük təhlükə qarşısında məsuliyyət hiss etməli, bu pak qanların ortaya çıxardığı fürsəti qənimət bilməli və düzgün, səmərəli iqtisadi və mədəni siyasətlər, təsirli və könüllərə nüfuz edən izah cihadı və aydın təbliğ yolu ilə düşmənin bu sahədəki planlarını zərərsizləşdirərək İslam ümmətinin və İslam sivilizasiyasının formalaşması istiqamətində hərəkəti sürətləndirməlidirlər.
Düşmənin zilləti və planlarının məğlubiyyəti mesajı
Bu dəfn mərasiminin mühüm mesajlarından biri də bu idi ki, istikbarçı Amerika və sionist düşmən İran xalqı üçün böyük planlar hazırlamasına və İslam sisteminin məğlubiyyəti ilə bağlı xəyallar qurmasına baxmayaraq, İran rəhbərliyinin, qeyrətli xalqın və qüdrətli, igid hərbi qüvvələrin müqaviməti ilə bütün bu planların alçaldıcı məğlubiyyət və zillətə düçar olduğunu anladı.
Amerika və İsrail İran xalqının əzəməti və möhtəşəmliyi qarşısında tənəzzülə və məhvə doğru sürüklənir və çox yaxın zamanda Amerika bölgədən öz varlığını geri çəkməyə məcbur olacaq, Qərbi Asiya isə onların çirkin varlığından təmizlənəcək.
Digər tərəfdən, bölgə ölkələri də tezliklə anlayacaqlar ki, heç vaxt Amerikadan qorxmamalıdırlar. Amerikanın xidmətində olmaq və şeytana bağlılıq onlar üçün heç bir fayda və məsləhət gətirməmişdir və onların ABŞ və mənfur İsraildən asılılığı kəsməkdən başqa çıxış yolu yoxdur.
Bundan sonra üç mühüm məqamı qeyd edirəm:
A)
Xalqın küçələrdəki iştirakı əvvəlkindən daha böyük şövq və şüurla davam etməli və İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu iştirakın sona çatdığını elan etməyənədək davam etməlidir.
Hörmətli məsul şəxslər da bu iştirakın daha da genişlənməsi üçün zəmin yaratmalı və bilməlidirlər ki, bu iştirak müharibə meydanındakı hərbi qüvvələrin, xidmət meydanındakı ölkə məsullarının və diplomatiya sahəsində fəaliyyət göstərən məsulların dayağıdır.
Digər tərəfdən, bu iştirak İslam hökmlərinin və dəyərlərinin yayılması, bu dəyərlərin xalqın ruhunda və qəlbində möhkəmlənməsi üçün şərait yaradır, həmçinin ölkənin iqtisadi və mədəni problemlərinin həllində xalqın daha çox iştirak etməsi və həqiqi mənada dini xalq hakimiyyətinin həyata keçirilməsi üçün bir meydandır.
Diqqət etmək lazımdır ki, İran xalqının son dövrdəki böyük dirçəlişi İran İslam İnqilabının əzəmət, qürur və möhtəşəmliyinin açıq nümunəsidir.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin şəhid Ayətullah Seyid Əli Xameneinin (r) dəfni münasibətilə verdiyi mesajda bu geniş xalq dirçəlişinə toxunulmaqla yanaşı, onun mənşəyinə də işarə edilmişdir. Onun buyurduğu kimi, İmam Hüseynin (ə) Aşura məktəbi insanlıq tarixinin dərinliklərində İslam dininin dirçəlişinin əksi və əks-sədası olmuşdur və bunun nəticəsində İslam İnqilabı meydana gəlmiş, elə həmin əks-sədanın davamı olaraq xalqın dirçəlişi də baş vermişdir.
Bu xalq iştirakının və dirçəlişinin təsirləri və ölçüləri, inşallah, İslam sisteminin İnqilabın yüksək məqsəd və ideallarına çatmasını təmin edəcəkdir.
B)
Xüsusilə bu mürəkkəb hibrid müharibə şəraitində haqq və Vəliyyi-əmr ətrafında milli birlik və həmrəyliyin qorunması ən mühüm vaciblərdəndir. Məsul şəxsləri, müxtəlif xalq təbəqələri və böyük ruhaniyyət Ali Məqamlı Rəhbərə tam itaət göstərərək bu misilsiz ilahi nemətin qoruyucusu olmalıdırlar və bu həmrəyliyi zəiflədən hər bir hərəkət, söz və yazıdan çəkinməlidirlər.
Şübhəsiz, bu istiqamətdə milli birlik və həmrəyliyi qorumaq məsul şəxslərin hesablamadakı və ya fəaliyyətlərindəki səhvləri qarşısında susmaq mənasına gəlmir. Əksinə, məsul şəxslərin tənqidi və onlardan haqlı tələblərin irəli sürülməsi, əgər ittiham, hörmətsizlik və onlara qarşı təhqirlə müşayiət olunmazsa, bu birlik və həmrəyliyə kömək edər.
Şükürlər olsun ki, rəhbərimizin anlaşma memorandumu ilə bağlı mesajında buyurduğu kimi, bizim məsul şəxslərimiz də xoş niyyət və məsuliyyət hissi ilə çalışırlar. İnşallah, bundan sonra bu danışıqlar və anlaşma memorandumundan əldə etdikləri təcrübə ilə İslam İnqilabının Ali Məqamlı Rəhbərinə daha çox itaət edərək öz hesablamadakı səhvlərini düzəldəcək və rəhbərlik və xalq qarşısında verdikləri öhdəliyə əməl edəcəklər.
C)
İslam dövlətinin bütün məsul şəxsləri və qərarvericiləri Ramazan ayında baş vermiş müharibə şəraitində yaranmış bu böyük fürsətdən istifadə etməli və çalışmalıdırlar ki, ölkənin və dövlətin quruluş modelini İslamın möhkəm məntiqi, böyük təqlid mərcələrinin göstərişləri, keçmiş İnqilab rəhbərlərinin düşüncə və prinsipləri, eləcədə həzrət Ayətullah Seyid Müctəba Xameneinin (Allah onu qorusun) rəhbərliyi və həmçinin müqavimət, dözümlülük və inqilab rasionalizminin mədəniyyəti əsasında formalaşdırsınlar və istikbarçı düşmənin hər cür fitnə və hiyləsinin qarşısını alsınlar.
Sonda bir daha şəhid Ayətullah Seyid Əli Xameneinin (r), onun ailə üzvlərinin və son iki müharibənin şəhidlərinin şəhadəti münasibətilə başda həzrət İmam Zaman (ə.f) olmaqla onun haqq naibi, əziz, səbirli və cəsur rəhbərimiz həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə (Allah onu qorusun) dərin hüznlə başsağlığı verirəm.
Bütün inqilabçı və məsuliyyətli ruhanilər adından onunla və qeyrətli İran xalqı ilə əhd bağlayırıq ki, şəhid Ayətullah Xameneinin yolu uğrunda zühur zirvəsinə qədər canımızı, malımızı və abrımızı fəda edəcəyik.
«وَ مَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِیزِ الْحَکِیمِ»
“Qələbə yalnız Qüdrətli və Hikmət sahibi Allah tərəfindəndir.”
Ölkə üzrə Elmi hövzələrin rektoru
Əlirza Ərafi
Rəyiniz