bazar 19 iyul 2026 - 14:29
İran İslam Respublikasının Ali Məqamlı Rəhbərinin şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində yaratdığı misilsiz qəhrəmanlığa görə İraq xalqına təşəkkürü

Hövzə / Ali Məqamlı Rəhbər İraq xalqına şəhid Ayətullah Seyid Əli Xameneinin əzəmətli şəkildə keçirilən dəfn mərasimində yaratdığı qəhrəmanlığa görə təşəkkür edib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei şəhid Ayətullah Seyid Əli Xameneinin cənazəsinin müqəddəs ziyarətgahlarda keçirilən dəfn mərasimində böyük mərcəyi-təqlidləri, görkəmli şəxsiyyətləri, qəbilə başçılarını, qeyrətli gəncləri və İraq xalqını uca tutaraq bildirib ki, “Müqavimətin öncüsü”nün misilsiz və milyonlarla insanın iştirakı ilə baş tutan dəfni İraq və İran xalqları arasında həmrəyliyin, qardaşlığın və ortaq yolun parlaq təzahürüdür. O vurğulayıb ki, həm İranda, həm də İraqda on milyonlarla insanın mübariz şəhid Ayətullah Seyid Əli Xameneinin (Allah ona rəhmət eləsin) dəfni münasibətilə iştirakı müstəmləkəçi güclərin əvvəlcədən qurduğu tənlikləri dəyişdirəcək yeni oyanış və fəallıq mərhələsinin başlanğıcı oldu.

Ayətullah Seyid Müctəba Xameneinin fars dilindəki müraciətinin tam mətni aşağıdakı kimidir:

Bağışlayan və mehriban Allahın adı ilə 

Böyük mərcəyi-təqlidlər, möhtərəm alimlər, elmi hövzələr və həmçinin universitetlərin professorları və fəzilət sahibləri, eləcədə görkəmli mütəfəkkirləri və ziyalıları, qəbilə başçıları, tayfa rəhbərləri, o cümlədən müqəddəs İraq diyarının əziz və mehriban xalqı, qeyrətli və həmçinin şərəfli gənclərinə salam, ehtiram və dərin minnətdarlığımızı çatdırırıq.

Müqəddəs ziyarətgahların qonşuluğu və Əhli-beytin (ə) müqəddəs hərəmlərinə ev sahibliyi kimi böyük nemətə sahib olan inanclı İraq xalqı, zəngin mədəni keçmişi, müqəddəs və qədim Nəcəf Elmi hövzəsinin mənəvi və hidayətverici dayağından bəhrələnməsi, həmçinin müqavimət cəbhəsindəki mücahid fəaliyyəti ilə, uca məqamlı şəhid Ayətullah Xameneinin pak cənazəsini (Allah ona rəhmət eləsin) qarşılamaq üçün İran xalqı kimi əzəmətli, mənalı, dərin hüzn və ürək yanğısı ilə dolu bir tarix yaratdı.

İraq, mövlamız Əmirəl-möminin həzrət Əlinin (ə) mübarək qədəm qoyduğu gündən etibarən bərəkətli bir diyara çevrildi və çox keçmədən bu diyarın insanları böyük iftixar hissi ilə İmam Əlinin (ə) və onun pak övladlarının (ə) məhəbbət və vilayətini baş tacı etdilər. Zalımların və cəbbar hakimlərin bu torpaq üzərində hökm sürdüyü dövrlər heç vaxt bu xalqın qəlbindən vilayət və pak Əhli-beytə məhəbbət kimi saf xəzinəni silə bilmədi. Elə buna görə də Bəəs rejiminin süqutundan sonra misilsiz Ərbəin yürüşü yarandı. Bu yürüş mömin insanların qəlbinin dərinliklərindən qaynaqlandığı üçün gündən-günə daha da genişləndi. Məhz buna görə də bu xalq Əmirəl-mömininin (ə) və həzrət İmam Hüseynin (ə) məzlum və şəhid övladının uzun illər zahiri ayrılıqdan sonra, bu dəfə İmam Hüseynə, onun anasına və qardaşına bənzər bir cənazə ilə müqəddəs ziyarətgahları təvaf etməyə gəldiyini görəndə, onu bütün varlığı ilə ehtiramla qarşıladı.

Digər tərəfdən, müqavimətin öncülünün bu misilsiz və milyonlarla insanın iştirakı ilə keçirilən dəfn mərasimi İraq və İran xalqları arasında həmrəyliyin, qardaşlığın və həmçinin ortaq yolun ən parlaq təzahürü oldu. Şübhəsiz ki, təkəbbür düşərgəsinin başçıları qorxu içində bu misilsiz izdihamın İraqdakı səhnələrini izlədilər və gördülər ki, iki xalqın münasibətlərini pozmaq üçün sərf etdikləri böyük sərmayələr puça çıxıb və heç bir nəticə verməyib. Həm İranda, həm də İraqda mübariz şəhid Ayətullah Seyid Əli Xameneinin (Allah ona rəhmət eləsin) dəfn və son mənzilə yola salınması münasibətilə on milyonlarla insanın iştirakı müstəmləkəçi güclərin əvvəlcədən qurduğu tənlikləri dəyişdirəcək yeni oyanış və fəallıq mərhələsinin başlanğıcı oldu. İndi böyük şeytan olan cinayətkar Amerika başa düşüb ki, onun bölgədə maneəsiz və hökmran şəkildə qalacağı düşüncəsi boş xəyaldan başqa bir şey deyil.

Yaxın günlərdə səxavətli İraq xalqının, qəbilələrinin və mehriban tayfalarının qucaq açaraq qarşıladığı Ərbəin zəvvarları, o cümlədən şəhid Ayətullah Seyid Əli Xameneinin niyyəti ilə ziyarət edən saysız-hesabsız insanlar bu əzəmətli dəfn mərasiminin xatirəsini və bəlkə də illərlə müqəddəs ziyarətgahlara gəlməyi arzulayan o böyük şəxsiyyəti xatırlayacaqlar. Onlar “Hüseyn sevgisi bizi birləşdirir” şüarının həqiqətini bütün dünyaya göstərəcəklər. İnşallah, Allahın lütfü və kərəmi sayəsində mövlamız həzrət İmam Zamanın (ə.f) duası İraq xalqı üçün təhlükəsizlik, bərəkət və tərəqqiyə səbəb olacaqdır.

Seyid Müctəba Hüseyni Xamenei

Səfər ayının 2-si, 1448 (17 iyul 2026)

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha