çərşənbə 22 iyul 2026 - 23:03
Nyu-Yorkda katolik rahibə qadınların qeyri-insani qanuna etirazı

Hövzə / Nyu-Yorkdakı katolik rahibələr Nyu-York ştatında tibbi yardım müəssisələri ilə bağlı qanunu tənqid ediblər. Onların bildirdiyinə görə, bu qanun dini qurumları xəstələrə intihar barədə məsləhət verməyə məcbur edir ki, bununla da müalicə müddəti və xərcləri azaldılsın.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Nyu-Yorkda r

ahibə qadınlar tərəfindən hazırlanmış şikayət ərizəsində bildirilir ki, qüvvədə olan qanun dini təşkilatları həkim yardımı ilə intiharı təşviq etməyə məcbur edə bilər. Bu çərçivədə xəstələrə bu əməl barədə məlumat vermək, həkimlərin bu addımını məsləhətləndirmə yolu ilə əsaslandırmaq, sağalmaz xəstəlikdən əziyyət çəkən şəxslərlə bu mövzuda söhbət aparmaq, onların ölümcül dərmanı almaq üçün tələb olunan mərhələləri tamamlamasına kömək etmək və psixoloji cəhətdən buna hazırlamaq tələb oluna bilər.

İş üzrə iddiaçılar məhkəmədən rahiblərin şirkətlər tərəfindən bu cür fəaliyyətə məcbur edilməməsini və kilsə əməkdaşlarının bu tələblərlə razılaşmadıqları halda cəzalandırılmamasını istəyiblər.

Bu iş üzrə iddiaçılardan biri də Dominikan Hauzthorn bacıları tərəfindən idarə olunan Rosary Hill Xeyriyyə Evidir. Müəssisə indiyədək Nyu-Yorkda təxminən 45 min aztəminatlı xərçəng xəstəsinə xidmət göstərib və onların dini etiqadı və ya mədəniyyət mənsubiyyətindən asılı olmayaraq ömürlərinin sonunadək pulsuz qayğı ilə təmin edib.

Dominikan Hauzthorn bacılarının baş rəhbəri Ana Mari Eduard deyib: «125 ildən artıqdır ki, xərçəngdən həyatını itirmək üzrə olan yoxsullara xidmət göstəririk və bunu Məsihin mərhəmətinin təcəssümü hesab etmişik. Bizim vəzifəmiz insanlara rahatlıq, dua və sevgi dolu tibbi qayğı göstərməkdir, iqtisadi siyasətlər naminə onları ölümə sövq etmək deyil.»

O əlavə edib: Ümid edirik ki, məhkəmə ədalətli qərar qəbul edəcək ki, biz imanımızı qoruyaraq azad şəkildə fəaliyyətimizi davam etdirə bilək. Çünki biz insanlar qarşısında Allahın əmanətdarlarıyıq, şeytanın xidmətçiləri deyil.

Mənbə: Fox News

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha