İran Zərdüştilər Cəmiyyətinin üzvü Mobəd Hörmüz Xosroviyani Hövzə Xəbər Agentliyinə verdiyi müsahibə zamanı cinayətlər qarşısında ədalətin bərqərar edilməsinin vacibliyinə toxunaraq bildirib: Tarix göstərir ki, qanın alınması və ədalət tələbi heç vaxt diqqətdən kənarda qalmamalıdır. Dünya ictimaiyyəti və beynəlxalq qurumlar cinayətlərin icraçılarını və sifarişçilərini məsuliyyətə cəlb etməli, belə hadisələrin təkrarının qarşısını almalıdır.
O əlavə edib: Bu cinayətlərin törədilməsində rolu olan şəxslər beynəlxalq qurumlar və ictimai rəy qarşısında cavab verməli, törətdikləri əməllərin məsuliyyətini daşımalıdırlar. Çünki cinayət qarşısında laqeyd qalmaq onun yenidən təkrarlanmasına zəmin yaradır.
İran Zərdüştilər Cəmiyyətinin üzvü bu hadisələrin ictimai həmrəyliyə təsirinə də toxunaraq deyib: Bu əməllərin planlaşdırıcıları xalqın birliyini və həmrəyliyini sarsıda biləcəklərini düşünsələr də, təcrübə göstərib ki, onların nəticəsi cəmiyyətin müxtəlif təbəqələri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin daha da güclənməsi olub.
O vurğulayıb ki, bu birlik təkcə ölkə daxilində deyil, ölkə xaricində yaşayan iranlılar və azadlıqsevər insanlar arasında da öz əksini tapır. Zaman keçdikcə daha çox insan ədalətin müdafiəsi və zülmə qarşı mübarizənin vacibliyini dərk edir.
Xosroviyani sonda qeyd edib ki, mövcud təhdidlər qarşısında ayıq-sayıq olmaqla yanaşı, milli birlik və ictimai həmrəyliyə söykənərək ədalət tələbi və cinayət qurbanlarının hüquqlarının müdafiəsi qətiyyətlə davam etdirilməlidir.
Xəbərin sonu
Rəyiniz