Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi sıx proqram çərçivəsində İmam Hüseynin (ə) Ərbəin yürüşündə iştirak edib, həmçinin İran və İraqa məxsus bəzi xidmət çadırlarını (xeymələri) ziyarət edib.
Məlumata əsasən, ölkə üzrə Elmi hövzələrin rektoru şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində İraq xalqının tarixi iştirakını yüksək qiymətləndirərək, İmam Hüseynin (ə) Ərbəin günlərində İraq tayfa və qəbilələrinin qonaqpərvərliyinə və alicənablığına, həmçinin Nəcəf Elmi hövzəsinin ali mərcəiyyətinin və alimlərinin rəhbərliyi və tövsiyələrinə, eləcə də dövlət rəsmilərinin gördüyü işlərə görə təşəkkür edib.
Ayətullah Ərafinin bu səfər çərçivəsində müqəddəs Nəcəf şəhərində dini mərcələr və tanınmış şəxsiyyətlərlə görüşləri planlaşdırılıb. O, həmçinin İraq tayfa başçıları, qəbilə şeyxləri, mərsiyəxanlar və şairlərin təltif mərasimində iştirak edəcək və müqəddəs Kərbəla şəhərlərində keçiriləcək “Nidaül-Əqsa” konfransında çıxış edəcək.
Rəyiniz