bazar 26 iyul 2026 - 14:24
İslam adı altında fəaliyyət göstərən terror qruplaşmaları müsəlmanların varlığını təhlükə altına salır

Hövzə / Sənəndəc şəhərinin cümə imamı bildirib: İslam dünyasında xarici qüvvələr tərəfindən yaradılan hər bir qrup düzgün və həqiqi Məhəmməd peyğəmbərin (s) gətirdiyi dinin kökünə zərbə vurmaq məqsədilə formalaşdırılır.

Hövzə Xəbər Agentliyinin Sənəndəc şəhəri üzrə müxbirin verdiyi məlumata görə, Mamusta Məhəmmədəmin Rasti bildirib ki, müasir dövrdə İslam dünyasında sabitliyin qorunmasının ən mühüm amili vəhdətdir.

Sənəndəc şəhərinin cümə imamı deyib: Düşmənlər əsrlərdir bu vəhdəti mümkün olan hər vasitə ilə sarsıtmağa çalışırlar. Bir tərəfdən azğın firqələr yaratmaqla əhli-sünnə və şiə məzhəblərini qarşı-qarşıya qoymağa cəhd edirlər, digər tərəfdən isə həmin firqələri silahlandıraraq hərbi mərhələyə keçirmək istəyirlər. Buna görə də ayıq-sayıqlığımız sayəsində İslam dünyasında bu cür azğın qrupların formalaşmasının qarşısını almalıyıq.

O bildirib: İslam adı ilə fəaliyyət göstərən terror qruplaşmalarının yaranması həm əhli-sünnənin, həm də şiələrin ziyanınadır. Məsələn, İŞİD terror qruplaşmasının keçmişinə baxdıqda görürük ki, törətdiyi cinayətlər zamanı həm əhli-sünnədən, həm də şiələrdən çox sayda insanı qətlə yetirib. Deməli, İslam dünyasında xarici qüvvələr tərəfindən yaradılan hər bir qrup saf və həqiqi Məhəmməd peyğəmbərin (s) gətiirdiyi dinin kökünə zərbə vurmaq məqsədi daşıyır.

Sənəndəc rayonunun Fətva və Ruhaniyyət Şurasının üzvü vurğulayıb: Əgər bu cür düşüncələrin və azğın firqələrin İslam dünyasında meydana çıxmasını istəmiriksə, həqiqi İslamı düzgün tanımalıyıq. Bu gün virtual məkan və düşmənlərin media müharibəsi səbəbindən İslam, xüsusilə gənc və yeniyetmə nəslə düzgün təqdim edilmir. Bu da bu mərhəmət dini barədə şəxsi və qərəzli yozumların yaranmasına zəmin yaradır.

O xatırladıb: Bu gün İslam dünyası Allahın, Qurani-Kərimin və həzrət Peyğəmbərin (s) nəzərdə tutduğu həqiqi vəhdətə nail olarsa, dünyada heç bir güc müsəlmanların qarşısında dayanmağa qadir olmayacaq. Buna görə də bu gün vəhdət müsəlmanlar üçün xarici qüvvələrin və bu mərhəmət dininin düşmənlərinin şeytancasına olan fitnələri qarşısında çox möhkəm dayaq və sütundur.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha