bazar 26 iyul 2026 - 14:24
Ayətullah üzma Cavadi Amuli: Ərbəin dinin və Əhli-beyt (ə) maarifinin qorunmasına dair ilahi vədin təcəllisidir

Hövzə / Ayətullah Cavadi Amuli «إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّکْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ» ayəsinə istinad edərək, Ərbəin hadisəsinni dinin və Əhli-beyt (ə) maarifinin qorunmasına dair ilahi vədin aydın təcəssümü kimi dəyərləndirib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə həzrət Ayətullah Cavadi Amuli Ərbəin mərasimində zəvvarların misilsiz izdihamını ilahi iradə və ilahi hifzin aydın təzahürü kimi dəyərləndirərək vurğulayıb ki, bu yürüşdə Qurani-Kərimlə Əhli-beytin (ə) vəhdəti açıq şəkildə görünür.

Ayətullah üzma Cavadi Amuli: Ərbəin dinin və Əhli-beyt (ə) maarifinin qorunmasına dair ilahi vədin təcəllisidir

Görürsünüz ki, Ərbəin vaxtı gələndə müqəddəs Nəcəf və Kərbəla şəhərlərində iyirmi milyon insan toplaşır. Bu, Allahın işidir!
Bunu heç bir insan təşkil etməyib. Allah-taala buyurur:
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّکْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
«Həqiqətən, Zikri (Quranı) Biz nazil etdik və onu qoruyan da Bizik.» (Hicr, 9)
Qurani-Kərim və Əhli-beyt (ə) bir-birindən ayrılmazdır.
Siz dünyanın harasında görmüsünüz ki, bir qrup insan belə eşqlə yola çıxsın, digər bir qrup isə eyni eşqlə onlara xidmət göstərsin?”

Səs faylını yükləmək üçün buraya klikləyin.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha