bazar 26 iyul 2026 - 18:12
Elmi hövzələrin rektoru şəhid Ayətullah Xameneinin tarixi dəfn mərasiminin keçirilməsində İmam Əli (ə)-ın mübarək hərəminin göstərdiyi dəyərli təşəbbüsünü yüksək qiymətləndirib

Hövzə / Elmi Hövzələrin rektorunun iştirakı ilə İmam Əli (ə)-ın mübarək hərəminin şəhid Ayətullah Seyid Əli Xameneinin tarixi dəfn mərasiminin keçirilməsində göstərdiyi təqdirəlayiq xidmət və dəyərli təşəbbüsə görə minnətdarlığ edilib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Ərafi İmam Əlinin (ə) mübarək  hərəminin məsul şəxsi Seyid İsa Xorsan ilə görüşdə  müqəddəs Nəcəf şəhərində İslam İnqilabının Ali Məqamlı Rəhbərinin dəfn mərasiminin yüksək səviyyədə təşkil olunmasına və bu istiqamətdə İmam Əlinin (ə) mübarək hərəminin göstərdiyi əməkdaşlığa görə təşəkkürünü bildirib. O, xüsusilə Nəcəf Elmi hövzəsinin tələbələrinin, alimlərinin və fəzilət sahiblərinin dəfn mərasimində iştirakının təmin olunmasını yüksək qiymətləndirib.

Elmi hövzələrin rektoru İslam İnqilabının Ali Məqamlı Rəhbərinin İraqda keçirilən dəfn mərasimini İran və İraq xalqlarının, həmçinin Qum və Nəcəf Elmi hövzələrinin birliyini möhkəmləndirən, müqavimət cəbhəsi və həmçinin İslam ümmətinin həmrəyliyində yeni mərhələ açan və ümmətin düşmənlərinin belini qıran mühüm hadisə kimi dəyərləndirib. O, mərasimin əzəmətli şəkildə keçirilməsində İmam Əlinin (ə) mübarək hərəminin rəhbərliyinə, əməkdaşlarına və həmçinin göstərilən layiqli idarəçiliyə görə minnətdarlığını ifadə edib.

Ayətullah Ərafi bildirib ki, bu misilsiz dəfn mərasimi İran və İraq xalqları arasındakı həmrəyliyin, eləcə də İraq xalqının fiqh və mərcəiyyət məqamına göstərdiyi ehtiramın parlaq təzahürü oldu və düşmənlərin planlarını puça çıxardı.

O, çıxışının davamında elmi və mədəni sahələrdə birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Nəcəf şəhərinin  tarixi, xüsusilə bu şəhərin görkəmli alimləri və dini irsinin qeydə alınması istiqamətində görülən işləri yüksək qiymətləndirərək, Nəcəf Elmi hövzəsinin görkəmli şəxsiyyətləri haqqında hərtərəfli və elmi ensiklopediyanın hazırlanmasını təklif edib.

Seyid İsa Xorsan da görüşdə iki xalq arasında həmrəyliyin və böyük alimlərə, ali təqlid mərcələrinə ehtiram göstərilməsinin zəruriliyini vurğulayaraq deyib: Şəhid Ayətullah üzma Seyid Əli Xameneinin şəhadəti ilə biz də matəmə qərq olduq və bu böyük müsibətin kədərini yaşayırıq. İmam Əlinin (ə) mübarək hərəminin gördüyü işlər bizim dini və insani vəzifəmiz idi.

O, həmçinin Qum Elmi hövzəsi ilə İmam Əlinin (ə) mübarək hərəminin arasında olan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Sonda Ayətullah Ərafi tərəfindən İmam Əli (ə) mübarək hərəminin rəhbərliyinə və əməkdaşlarına göstərdikləri əməkdaşlığa görə təşəkkür lövhəsi Seyid İsa Xorsana təqdim olunub.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha