bazar ertəsi 27 iyul 2026 - 13:42
Ayətullah Ərafinin mərhum Ayətullah üzma Feyyazın evinə səfəri

Hövzə / Ölkə üzrə Elmi hövzələrin rektoru İraqa səfərinin davamında İraqın böyük təqlid mərcələrindən olan mərhum Ayətullah üzma İshaq Fəyyazın evini ziyarət edib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Ərafi İraqa səfərinin davamında İraqın böyük təqlid mərcələrindən mərhum Ayətullah üzma İshaq Fəyyazın evində olub, onun əziz xatirəsini yad edərək ruhuna fatihə oxuyub və mərcəiyyət məqamına ehtiramını bildirib.

Məlumata əsasən, Elmi hövzələrin rektoru daha sonra mərhum Ayətullah İshaq Fəyyazın böyük oğlu Höccətül-İslam vəl-müslimin Mahmud Fəyyaz ilə görüşərək Ayətullah Fəyyazın vəfatı münasibətilə başsağlığı verib, onunla bağlı xatirələrinin bir qismini bölüşüb.

Ayətullah Ərafi söhbət zamanı bu böyük mərcənin elmi məqamı, yüksək səviyyəli dərsləri və uzun illər ərzində göstərdiyi ictimai xidmətlərdən bəhs edib.

Səfərin sonunda Elmi hövzələrin rektoru mərhum Ayətullah üzma İshaq Fəyyazın öz vəsiyyətinə uyğun olaraq evində yerləşən məzarını ziyarət edib və onun pak ruhuna fatihə oxuyub.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha