bazar ertəsi 10 avqust 2026 - 00:01
Məhkəmə Hakimiyyəti rəhbərinin müavini Ayətullah Ərafi ilə görüşüb

Hövzə / İran Məhkəmə Hakimiyyəti Statistika və İnformasiya Texnologiyaları Mərkəzi rəhbərinin müavini Ayətullah Ərafi ilə görüşüb və fikir mübadiləsi aparıb.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Məhkəmə Hakimiyyətinin Statistika və İnformasiya Texnologiyaları Mərkəzi rəhbərinin müavini Məhəmməd Kazımifərd Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi ilə görüşüb və fikir mübadiləsi aparıb.

Məlumata əsasən, görüş zamanı doktor Kazımifərd Məhkəmə Hakimiyyətinin Statistika və İnformasiya Texnologiyaları Mərkəzinin fəaliyyəti barədə hesabat təqdim edib.

Elmi hövzələrin rektoru Ayətullah Ərafi də öz növbəsində Məhkəmə Hakimiyyətinin Statistika və İnformasiya Texnologiyaları Mərkəzində həyata keçirilən fəaliyyətlərdən məmnunluğunu ifadə edərək, hakimlərin işinin asanlaşdırılması və məhkəmə işlərinə baxılaraq onların həllinin sürətləndirilməsi məqsədilə müasir texnologiyalardan istifadə və onların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha