Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam dini elmləri hövzəsinin əsas strategiyalarının, o cümlədən hövzə elmi araşdırmalarının beynəlmiləlləşdirilməsi, elmi hövzələrin qlobal reytinq sistemlərində və elmi istinad bazalarında elmi mövqeyinin istiqamətində yüksəldilməsi həyata keçirilməsi istiqamətində, həmçinin Elmi Araşdırmalar üzrə Tədqiqat və Planlaşdırma İdarəsinin təşəbbüsü və hövzə ilə Elm Sistemi Əlaqələr Mərkəzinin koordinasiyası ilə elmi hövzələrin tədqiqat üzrə müavinlikləri ilə İslam Dünyası Elm və Texnologiyasının İstinad və Monitorinq İnstitutu (ISC) arasında qarşılıqlı razılaşma imzalanıb.
Bu razılaşma hövzə elmi araşdırmalarının elmi monitorinq və indeksləşdirilməsi imkanlarından istifadə edilməsinə, hövzənin dəyərli elmi-tədqiqat əsərlərinin indeksləşdirilməsinə və elmi araşdırmaların məhsullarının elmi standartlarının yüksəldilməsinə şərait yaradacaq. Bu addım həmçinin elmi hövzələrin İslam dünyasında elmi istinad mərkəzi mövqeyinə yüksəlməsi istiqamətində mühüm addım olacaq.
Hövzənin qlobal elm istehsalı və yayımı bazarında iştirakının vacibliyi
Ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Ərafi də bu razılaşmanın imzalanmasını təqdirəlayiq və təşəkkürə layiq addım kimi qiymətləndirərək, hövzənin qlobal elm mənbəyi və yayımı bazarında iştirakının zəruriliyini vurğulayıb.
O, bildirib: Hövzə bütün sərvət, xəzinə, imkan və potensialı ilə dünya fikir və mədəniyyət məkanında lazımi səviyyədə iştirak və təsir imkanına malik deyil. Aparılan araşdırmalar və əldə olunan nailiyyətlər elmi jurnallarda və elmi mərkəzlərdə lazımi şəkildə görünmür. Nə dünyanın canlı dillərində, nə də elmi və texnoloji, eləcə də virtual məkanlardakı dəyişikliklər müstəvisində kifayət qədər öz əksini tapmır. Ümumiyyətlə, bu yanaşma ilə uyğun və genişhəcmli elmi məhsullarımız yoxdur.
Hövzənin və onun elmi nailiyyətlərinin dünya elm bazarında təqdim edilməsi
Ölkə üzrə Elmi hövzələrin rektoru həmçinin əsas məqama diqqət çəkərək bildirib ki, hövzənin və onun elmi nailiyyətlərinin dünya elm bazarında, eləcə də İran və dünyanın universitet və ziyalı-elmi dairələrində düzgün təqdim olunması əsas strategiyadır və bu istiqamət bütün güc və imkanlarla, ciddi əzmlə həyata keçirilməlidir.
Ayətullah Ərafidən hövzənin tədqiqat üzrə müavinliyinə mühüm tapşırıq
Ayətullah Ərafi hövzənin dünya elm bazarında səmərəli iştirakının düşünülmüş yanaşma, elmi təfəkkür, düzgün planlaşdırma və yol xəritəsinin hazırlanmasını tələb etdiyini bildirib.
O, hövzənin tədqiqat üzrə müavinliyinə tapşırıq verib ki, digər müavinliklərlə, xüsusilə beynəlxalq məsələlər üzrə müavinlik, eləcə də hövzənin sahə və mərkəzi strukturları ilə əməkdaşlıq çərçivəsində bu məsələyə xüsusi diqqət yetirsin, yeni yanaşmalar ortaya qoysun və müəllimlər, tədqiqatçılar və sahə strukturlarının əməkdaşlığı ilə indiyədək qət edilmiş yolları tamamlasın.
Xəbərin sonu – 313 / 3
Rəyiniz