bazar ertəsi 17 avqust 2026 - 22:44
Homoseksuallıq günahının təhlükəsi: Fitrətin unudulmasından nemətlərin dəyişməsinə qədər

Hövzə / İlahi fitrət yolundan uzaqlaşmaq Allahın nemətlərini öz həqiqi və arzuolunan mahiyyətindən çıxararaq, “rəhmət yağışını” “əzab daşlarına” çevirir. Bu mənzərə insanı günahın nəticələri barədə düşünməyə, ilahi fitrətə qayıtmağa, Allahdan bağışlanma və mərhəmət diləməyə çağırır.

Hövzə Xəbər Agentliyi | İnsan yaradılışının başlanğıcında sanki boş bir qab kimidir, lakin həyat boyu istər haqq, istərsə də batil olsun, müxtəlif adət-ənənələrdən, düşüncələrdən və dəyərlərdən təsirlənir. Siyasi, iqtisadi və ictimai sistemlər də onun dünyagörüşünün və şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Bununla belə, Allah insanın fitrətində haqqı tanımağa və haqqa yönəlməyə daxili meyli olan ilahi bir fitrət yerləşdirib ki, insan müxtəlif mühit təsirləri arasında həqiqət yolunu tanıya və bu yolda addımlaya bilsin. Uca Allah Qurani-Kərimdə bu həqiqətə belə işarə edir:

> «فَأَقِمْ وَجْهَکَ لِلدِّینِ حَنِیفًا فِطْرَتَ اللَّهِ الَّتِی فَطَرَ النَّاسَ عَلَیْهَا لَا تَبْدِیلَ لِخَلْقِ اللَّهِ ذَٰلِکَ الدِّینُ الْقَیِّمُ وَلَٰکِنَّ أَکْثَرَ النَّاسِ لَا یَعْلَمُونَ.»

“Elə isə üzünü sidq-ürəklə dinə çevir. Allahın insanları üzərində yaratdığı fitrətə (yönəl). Allahın yaratdığında heç bir dəyişiklik yoxdur. Doğru və möhkəm din budur, lakin insanların çoxu bilmir.” (Rum surəsi 39-cu ayə)

Bəzən qəflət və xəbərsizlik insanın bütün varlığını elə bürüyür ki, o, öz ilahi fitrətinin həqiqətini unudur və öz seçimi və iradəsi ilə fitrət və ilahi hidayət yolundan uzaqlaşır. Nəticədə daxili haqq axtarışı səsini özünə yol göstərən çıraq etmək əvəzinə, nəfsani istəklərin və mühit amillərinin təsiri altında öz ilahi yolu və fitrətinin istiqamətindən fərqli bir yol seçir.

Bu mövzunun əhəmiyyətini artıran məqam ondan ibarətdir ki, ilahi fitrətin unudulması və ya onun istiqamətinin dəyişməsi ilahi nemətlərin də dəyişməsinə səbəb olur.

Qurani-Kərimdəki bu nümunəyə diqqət yetirək:

“Lut qövmü” “homoseksual əlaqə” də daxil olmaqla böyük günahlar törətdiklərinə görə əzaba düçar olmuş insanlar kimi təqdim edilir. Onların peyğəmbəri həzrət Lut (ə) idi. Tarixi mənbələrə əsasən, Lut qövmü “homoseksual əlaqə” də daxil olmaqla böyük günahlardan əl çəkmədikdən sonra ilahi əzaba düçar olmuşdur. Qurani-Kərim Lut qövmünün məruz qaldığı əzabı şəhərlərinin alt-üst edilməsi və göydən daş yağdırılması kimi təsvir edir.

> «وَأَمْطَرْنَا عَلَیْهِمْ مَطَرًا فَانْظُرْ کَیْفَ کَانَ عَاقِبَةُ الْمُجْرِمِینَ.»


“Onların üzərinə (daşdan) yağış yağdırdıq. Gör günahkarların aqibəti necə oldu!” (Əraf surəsi 840-cü ayə)

Həmçinin buyurur:

> «فَلَمَّا جَاءَ أَمْرُنَا جَعَلْنَا عَالِیَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَیْهَا حِجَارَةً مِنْ سِجِّیلٍ مَنْضُودٍ.»


“Beləliklə, əmrimiz gəldiyi zaman onların (şəhərlərinin) üstünü altına çevirdik və üzərlərinə bişmiş gildən bir-birinin ardınca düzülmüş daşlar yağdırdıq.” (Hud surəsi 82-ci ayə)

Buna görə də İslamın əxlaq və dini təlimləri baxımından insanı ilahi fitrət yolundan uzaqlaşdıra və ilahi nemətlərin dəyişməsinə zəmin yarada bilən günahlardan biri məqalədə “homoseksuallıq” kimi təqdim olunur.

Günah və ilahi yoldan çıxmaq neməti öz arzuolunan formasından çıxarır və “rəhmət yağışını” “əzab daşına” çevirir. Bu təsvir insanı günahın mənəvi nəticələri barədə düşünməyə, ilahi fitrətə qayıtmağa, Allahdan bağışlanma və mərhəmət diləməyə çağırır.

Məhz buna görə Əmirəl-möminin İmam Əlinin (ə) “Kumeyl duası”nda söylədiyi bu sözlərin yüksək məqamı daha aydın görünür:

> «اللَّهُمَّ اغْفِرْ لِیَ الذُّنُوبَ الَّتِی تُغَیِّرُ النِّعَمَ.»

“İlahi! Nemətləri dəyişdirən günahlarımı bağışla.”

Çünki mömin daim bəlanın aradan qaldırılması — yəni günahın təsir və nəticələrindən xilas olmaq — və bəlanın qarşısının alınması — yəni günaha və nemətlərin dəyişməsinə düçar olmamaq — üçün Allah dərgahında təvazö və yalvarışla bağışlanma və mərhəmət diləməli, özünü islah etmək yolunda addımlamalıdır.

Bir suala cavab

Əgər dini təlimlərə əsasən, homoseksuallıq günahı ilahi əzab və ilahi nemətlərin dəyişməsi ilə nəticələnirsə, bəs nə üçün müasir cəmiyyətlərdə, xüsusilə Qərb cəmiyyətlərində homoseksual insanlar ilahi əzaba düçar olmurlar və hətta bəzən ilahi nemətlərdən də bəhrələnirlər?

Bu suala cavabın əvvəlində diqqət yetirilməli olan məqam budur ki, vədlə bildirilən əzab yalnız İslam təlimlərinə xas deyil.

“Romalılar İncilində” belə deyilir:

> «Buna görə də Allah onları xəcalətverici ehtirasların ixtiyarına buraxdı. Hətta qadınları da təbii münasibətləri qeyri-təbii münasibətlərlə dəyişdirdilər. Eynilə, kişilər də qadınlarla təbii münasibətlərdən əl çəkərək bir-birlərinə qarşı ehtiras alovunda yandılar. Kişilər kişilərlə xəcalətverici əməllər törətdilər və öz azğınlıqlarına layiq cəzanı özlərində aldılar.»
(Romalılar 1:26–27)

Müqəddəs Kitab homoseksuallıqdan irəli gələn azğınlığa layiq cəzadan bəhs edir. Bəs bu cəza nədən ibarətdir?

“Levililər İncilində” bu cəza belə ifadə olunur:

> «... Kişi ilə qadın arasında olduğu kimi kişi ilə cinsi əlaqəyə girmə, çünki bu, iyrənc əməldir. ... Bunların heç biri ilə özünüzü murdarlamayın. Çünki qarşınızdan qovacağım millətlər bütün bunlarla özlərini murdarlayıblar. Ölkə də murdarlanıb. Buna görə Mən onun təqsirinin intiqamını alacağam və ölkə öz sakinlərini qusacaq. Siz isə mənim hökmlərimə və qaydalarıma əməl edin...»
(Levililər 18:22, 24, 25, 26)

Torpağın günahın intiqamını alması və qəzəbinə gəlməsi — ilahi fitrətə və insan təbiətinə etinasızlığın nəticəsi olan həmin əzabdır; Qurani-Kərim də bu əzaba belə işarə edir:

> «فَلَمَّا جَاءَ أَمْرُنَا جَعَلْنَا عَالِیَهَا سَافِلَهَا... .»


“Əmrimiz gəldiyi zaman həmin şəhər və diyarı alt-üst etdik...” (Hud surəsi 82-ci ayə)

Beləliklə, vəd edilən əzab yalnız İslam təlimlərinə xas deyil.

Bu suala cavab verərkən diqqət yetirilməli olan digər məqam budur ki, ilahi əzabın təxirə salınması, ilahi nemətlərdən bəhrələnmək və nemətlərin dəyişməməsi həmin əməlin (günahın) təsdiqlənməsi demək deyil.

Uca Allah Qurani-Kərimdə ilahi göstərişləri unudan, lakin zahirən ilahi nemətlərdən bəhrələnən insanlar haqqında belə buyurur:

> «فَلَمَّا نَسُوا مَا ذُکِّرُوا بِهِ فَتَحْنَا عَلَیْهِمْ أَبْوَابَ کُلِّ شَیْءٍ حَتَّیٰ إِذَا فَرِحُوا بِمَا أُوتُوا أَخَذْنَاهُمْ بَغْتَةً فَإِذَا هُمْ مُبْلِسُونَ.»


“(Bəli,) onlara xatırladılanları unutduqları zaman hər şeyin (nemətlərin) qapılarını onların üzünə açdıq. Nəhayət, onlara verilənlərə görə sevindikləri və ona bağlandıqları vaxt onları qəflətən yaxaladıq. Bu zaman onlar ümidsizliyə düşdülər.” (Ənam surəsi 44-cü ayə)

Məhz buna görə Allahın Rəsulu Həzrət Məhəmməd (s) buyurur:

> «إِذَا رَأَیْتَ اَللَّهَ یُعْطِی عَلَی اَلْمَعَاصِی فَإِنَّ ذَلِکَ اِسْتِدْرَاجٌ مِنْهُ.»
(Təfsir Nurus-Səqəleyn, c. 1, səh. 718)

“Əgər dünyanın günahkarların istəyinə uyğun olduğunu və Allahın onlara (nemətlər) verdiyini görsən, bil ki, bu, Allahın istidracıdır — onları tədricən məhvə sürükləməsidir.”

Beləliklə, dini təlimlərə əsasən, “istidrac sünnəsi” ilahi sünnələrdən və qanunlardan biridir. Bunun mənası budur ki, əgər insan özünü ilahi fitrət yolundan uzaqlaşdırdığı halda ilahi nemətlərdən də bəhrələnirsə, bilməlidir ki, məhvə aparan yoldadır. Əlbəttə, bu müvəqqəti rahatlıq və əzabın olmaması heç vaxt günahkar insana göstərilən ilahi mərhəmətin əlaməti deyil.

Bu məsələnin əhəmiyyəti o həddədir ki, Əmirəl-möminin İmam Əli (ə) bizi bu həqiqət barədə belə xəbərdar edir:

> «یَا ابْنَ آدَمَ، إِذَا رَأَیْتَ رَبَّکَ سُبْحَانَهُ یُتَابِعُ عَلَیْکَ نِعَمَهُ وَ أَنْتَ تَعْصِیهِ، فَاحْذَرْهُ.»
(Nəhcül-bəlağə, Hikmət 25)

“Ey Adəm övladı! Əgər Rəbbinin sənə qarşı günah etdiyin halda nemətlərini ardıcıl şəkildə göndərdiyini görsən, Ondan qorx, (məbada ağır cəzası səni gözləsin).”

Eynicinsli münasibətlərin günah olması və bu təhlükəni xatırladan dəlillərlə bağlı çoxsaylı materiallar olsa da, mətni qısa saxlamaq məqsədilə bununla kifayətlənirik.

Hazırlardı: Mustafa Əmini

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha