Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, fikir və dini liderlərin şəxsiyyətinin müxtəlif cəhətlərinin tanınması onların düşüncə, əxlaq və idarəçilik istiqamətlərinin izahında mühüm rol oynayır. İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xameneinin elmi, mənəvi, mədəni və ictimai xüsusiyyətlərinin araşdırılması onun şəxsiyyətinin hərtərəfliliyini və müxtəlif sahələrdə uzunmüddətli təsirini aydın şəkildə göstərən bir mənzərə təqdim edə bilər. Aşağıdakı mətn şübhələr üzrə araşdırmalar və cavablandırma mərkəzinin səyi ilə hazırlanıb və oxuculara təqdim olunur.
Ayətullah Ərafiyə görə şəhid Ayətullah Xameneinin şəxsiyyətinin dörd əsas istiqaməti
Düşüncə, nəzəriyyə və elmi-mənəvi ədəbiyyatın formalaşdırılması
Onun müasir İranın, regionun və dünyanın tarixində geniş cazibəsi və təsiri elmi və intellektual biliyinin, eləcə də fikir istehsal etmək bacarığının nəticəsidir. Saf düşüncə və fikir yaratmaq qabiliyyətinə malik olmadan cəmiyyətə rəhbərlik və onu istiqamətləndirmək mümkün deyil. Həmçinin onun güclü tarixi yaddaşı var idi və müxtəlif ziddiyyətləri bir arada nəzərdən keçirə bilirdi; İslam və İran tarixinə, eləcə də dünyada baş verən proseslərə dərindən bələd idi.
İctimai, kommunikativ, rəhbərlik və idarəçilik şəxsiyyəti
Şəhid Ayətullah Xamenei bir neçə cəbhə və müxtəlif sahələrdə fəal iştirak edirdi. Harada fəaliyyət göstərirdisə, istər xalqa xidmət və onların düşüncə baxımından istiqamətləndirilməsi, istərsə də ziyalılarla əlaqələrin qurulması onun üçün mühüm əhəmiyyət daşıyırdı. Müxtəlif hökumətlərin və siyasi kütlələrin dəyişməsinin şahidi olurduq və o, ictimai həyatın bütün sahələrində iştirak edirdi. Harada olurdusa, xalqa və cəmiyyətə xidmət etmək, onları istiqamətləndirmək məqsədilə fəaliyyət göstərirdi.
Bədii və mədəni şəxsiyyəti
Sözlər və ifadələr onun dilində sanki bir-birinin yanında düzülmüş incilər kimi görünür, dili zərif, rəvan, gözəl və ifadəlidir. Onun şeir duyumu çox güclü və yaradıcı idi. Şeirlərində dərinlik, yanğı, coşqu və xüsusi hərarət özünü göstərir. Onun şeirləri dünyanın ən yaxşı nümunələri sırasındadır. O, son dərəcə incə düşüncəli və zərif təbiətli idi.
Ruhsal, mənəvi və təqvalı şəxsiyyəti
Onunla görüşlərimiz zamanı bəzən günorta azanı verilirdi, halbuki görüş hələ başa çatmamış olurdu. Şəhid Ayətullah Xamenei namazın vaxtının daxil olmasına xüsusi diqqət yetirir, lazım gəldikdə görüşü yarımçıq qoyaraq namaza tələsməyə hazır olurdu. Onun bütün çıxışlarında və söhbətlərində bu diqqət və mənəvi hal aydın şəkildə hiss olunurdu.
Rəyiniz