bazar ertəsi 7 sentyabr 2026 - 19:54
Beytül-Müqəddəsdə Ağlama divarı ilə bağlı məsələ nədir?

Hövzə | Ağlama divarı Beytül-Müqəddəsin ən tanınmış dini simvollarından biridir. Bu məkan yəhudilərin və müsəlmanların dini yaddaşında fərqli rəvayət və yanaşmalarla özünəməxsus yer tutur. Ağlama divarı bu gün də həmin torpağın tarixini və dini kimliyini əks etdirən mühüm məkanlardan biri hesab olunur.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, aşağıdakı mətndə Ağlama divarının (Qərb divarı) tarixi və dini əhəmiyyəti ilə bağlı bəzi məqamlara nəzər salınır. Ağlama divarı Qüdsdə məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqlarıdır. Qüdsdə olan yəhudilər üçün müqəddəs hesab edilən, Qüds məbədinin aşağı hissəsində qalmış qərb divarıdır. Sözügedən məlumatları siz hörmətli və dəyərli oxucularımıza təqdim edirik.

Ağlama divarı - Yəhudilərin ən müqəddəs dini məkanı

Qüds şəhərində yerləşən bu divar Moriya təpəsi üzərində bu gün yəhudilərin ən müqəddəs dini məkanı hesab olunan daş divar yerləşir. Yəhudilər bu divarı «Qərb divarı» və ya «Ağlama divarı» adlandırırlar. «Ağlama divarı» ifadəsi yalvarış və ağı mənasını verir. Ərəb dilində isə bu məkan «Haitul-məbki» adı ilə tanınır.

Yəhudilərin inancına görə, bu divar Süleyman məbədinin, eləcə də Qüdsdəki ikinci məbədin günümüzədək gəlib çatan son qalıqlarından biridir. Onlar bu məkanı İsraildə və dünyanın müxtəlif ölkələrində yaşayan yəhudilər üçün dua mərkəzi və ilham mənbəyi hesab edirlər.

Yəhudilər inanırlar ki, dünyanın yaradıldığı daş məhz bu məkanda yerləşir və həzrət İbrahimin (ə) öz oğlu İshaqı qurban etməsi də məhz burada olub.

Beytül-Müqəddəsdə Ağlama divarı ilə bağlı məsələ nədir?

Məhz buna görə də yəhudilər bu divarın qarşısında dua və ibadət edir, dini mətnlər oxuyur, öz arzularını və diləklərini dilə gətirirlər. «Ağlama divarı» adı da məhz buradan qaynaqlanır. Çünki yəhudilər bu məkanda məbədin dağıdılmasına və tarixi keçmişlərinin bir hissəsinin itirilməsinə görə yas saxlayırlar. Qeyd etmək lazımdır ki, dünyanın müxtəlif ölkələrində yaşayan yəhudilər gündəlik üç vaxt namazı zamanı bu məkanın yerləşdiyi istiqaməti qiblə kimi qəbul edirlər.

Bu divarla bağlı diqqətçəkən ənənələrdən biri də belə bir adətdir: Hər il iki dəfə Qüdsün baş ravvininin nəzarəti altında divar təmizlənir və zəvvarların onun yarıqlarına yerləşdirdikləri minlərlə dua kağızı çıxarılır. Bunun məqsədi yeni duaların yerləşdirilməsi üçün kifayət qədər yer yaratmaqdır. Daha sonra həmin kağızlar Qüdsdəki Zeytun dağının zirvəsində keçirilən dini mərasim zamanı torpağa tapşırılır.


 

Beytül-Müqəddəsdə Ağlama divarı ilə bağlı məsələ nədir?

Buraq divarı - Merac gecəsinin yadigarı

Müsəlmanlar bu divarı «Buraq divarı» adlandırırlar. Məşhur rəvayətə əsasən, İslam Peyğəmbəri həzrət Məhəmməd (s) İsra və Merac səfəri zamanı öz miniyini bu məkanda bağlayıb, daha sonra Məscidül-Əqsaya daxil olub.

«Buraq» Peyğəmbərin (s) bu səfər zamanı mindiyi səmavi miniyin adıdır. Bu səbəbdən də sözügedən məkan müsəlmanların dini ədəbiyyatında İsra və Merac hadisəsi ilə sıx şəkildə əlaqələndirilir.


 

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha