Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, din üzrə ekspert və İsveçli müsəlman Kəşif Virk bir qrup müsəlmanla birlikdə İsveçdə ifratçı siyasətçilərin islamofobiyanı yaymağa yönəlmiş təbliğatına qarşı mübarizə aparmaq məqsədilə «Bir müsəlmandan soruş!» adlı çağırış kampaniyasına başlamaq qərarına gəlib.
Bu çağırış kampaniyasının iştirakçılarından biri olan xanım Münirə Niyazi bildirib: «Bu, hökumətin ifrat siyasətləri nəticəsində açdığı Pandoranın qutusudur. Əvvəlki hökumətdə ifrat sağçı düşüncələrə sahib olan baş nazir anti-İslam və anti-miqrasiya siyasətini həyata keçirməyə çalışdı.
Belə ki, cəmiyyətdə mövcud olan bütün problemlərin, o cümlədən yoxsulluq, bahalaşma və müxtəlif sahələrdə yaranmış tarazsızlıqların məsuliyyətini müsəlmanların, azlıqların və miqrantların üzərinə atdılar və bununla da həmin problemlərin aradan qaldırılması üçün heç bir real addım atmadılar.»
Cənab Virk də bildirib: «Təəssüf ki, görürük ki, hər kəs öz məqsədinə çatmaq üçün anti-İslam kartından istifadə etməyə ehtiyac duyduqda, bu kartdan yararlanır.»
Bu hadisənin fəsadları geniş şəkildə hiss olunub. Ötən il İsveçin Örebro şəhərində silahlı bir şəxs 10 nəfəri öldürüb və onların əksəriyyətinin miqrant mənşəli olduğu bildirilib. İsveçin müxtəlif bölgələrində məscidlər mütəmadi olaraq dağıntılara məruz qalıb. 2023-cü ildə isə bu ölkə Quran nüsxələrinin yandırıldığı və ya müxtəlif formalarda təhqir edildiyi etiraz aksiyalarının geniş dalğası ilə üzləşib. Bu məsələ son dərəcə ürəkağrıdıcı və narahatedici olub.
Mənbə: “The Guardian” qəzetinin hesabatından götürülüb.
Rəyiniz