Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Nuri Həmədani həzrət Ayətullah üzma Seyid Musa Şübeyri Zəncaninin (r) vəfatı münasibətilə başsağlığı bəyanatı yayıb. Bəyanatın mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ
Biz Allaha məxsusuq və ona qayıdacağıq!
Bəqərə surəsi, 156-cı ayə
Əhli-beyt (ə) məktəbinin fəqihi və böyük mərcəyi-təqlid həzrət Ayətullah üzma Seyid Musa Şübeyri Zəncaninin (r) vəfat xəbəri dərin təəssüf və kədərə səbəb oldu.
Bu Rəbbani alim haqqında söylədiklərim Ayətullah üzma Burucerdi və Mühəqqiq Damadın (Allah hər ikisinə rəhmət etsin) dərslərində birlikdə iştirak etdiyimiz, eləcə də uzun illər ərzində apardığımız elmi müzakirələr və elmi məclislər zamanı əldə etdiyim dərin tanışlığa əsaslanır.
Fiqh, üsul, rical və digər müxtəlif elmlərdə görkəmli mövqeyə malik olan bu seçilən şəxsiyyət həqiqətən də zəmanəmizdə elm, əməl və təqva baxımından misilsiz idi. O, bütün işlərində yalnız Allahı görür, dünyaya həqiqi mənada etinasız yanaşırdı. O dəyərli ömrünü məsumların (ə) mədəniyyətinin təbliğinə həsr etmişdi.
Onun dəyərli əsərləri və möhtərəm alim cənab Muxtari tərəfindən toplanmış dəyərli fikirləri bütün ruhaniyyət üçün olduqca faydalıdır. Elmi hövzə özünün mühüm sütunlarından birini itirdi.
Mən bu böyük fəqihin vəfatı münasibətilə başda həzrət İmam Zaman (Allah onun zühurunu tezləşdirsin) olmaqla bütün dini təhsil ocaqlarına, onun övladlarına, möhtərəm qardaşına, eləcə də bütün şiələrə başsağlığı verir və onun üçün uca Allahdan yüksək məqam diləyirəm.
Ayətullah Hüseyn Nuri Həmədani
30 sentyabr 2026-cı il
Ayətullah üzma Nuri Həmədani:
Rəyiniz