çərşənbə axşamı 22 sentyabr 2026 - 09:20
Ayətullah üzma Şübeyri Zəncaninin vəfatı möminlər üçün ağır itkidir

Ayətullah üzma Məkarim Şirazi: Şübeyri Zəncaninin vəfatı Elmi hövzələr və möminlər üçün ağır itkidir. O, ömrünü Əhli-beyt (ə) məktəbinin maarifinin təbliğinə, tələbələrin yetişdirilməsinə və möminlərin hidayətinə həsr etmişdi.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah üzma Məkarim Şirazi görkəmli fəqih və təqva sahibi mərcəyi-təqlid həzrət Ayətullah Seyid Musa Şübeyri Zəncaninin (r) vəfatı münasibətilə başsağlığı bəyanatı yayıb. Bəyanatın mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ

Biz Allaha məxsusuq və ona qayıdacağıq!

Bəqərə surəsi, 156-cı ayə 

Görkəmli fəqih və təqva sahibi həzrət Ayətullah Seyid Musa Şübeyri Zəncaninin (r) vəfatı böyük təəssüf və dərin kədərə səbəb oldu.

Ayətullah üzma Şübeyri Zəncani ömrünün uzun illərini Əhli-beyt (ə) məktəbinin maarifinin təbliğinə, tələbələrin yetişdirilməsinə, möminlərin irşadına və müqəllidlərin hidayətinə həsr edən bu Rəbbani alimin vəfatı ali dini təhsil ocaqları və möminlər üçün ağır itkidir.

Şübhəsiz ki, həmin böyük fəqihin elmi və tərbiyəvi irsi, eləcə də dəyərli xidmətləri onun üçün bu dünyada əbədi savab mənbəyi, Allahın lütfü ilə axirətdə isə yol azuqəsi və məqamının yüksəlməsinə səbəb olacaq qiymətli bir mirasdır.

Tələbəlik illərində mərhum Ayətullah Şübeyri Zəncani, şəhid Doktor Behişti və İmam Musa Sədr (r) ilə birlikdə keçirdiyimiz xoş xatirələr, eləcə də həmin dövrdə elmi müzakirələr zamanı onun göstərdiyi dəqiqlik və dərin elmi baxışlar heç vaxt yaddaşımdan silinməyəcək.

Mən bu ağır müsibət münasibətilə başda həzrət İmam Zaman (Allah-Təala onun zühurunu tezləşdirsin) olmaqla bütün dini təhsil ocaqlarına, möhtərəm övladlarına və şərəfli ailəsinə başsağlığı verirəm. Uca Allahdan mərhum üçün yüksək məqam və ilahi övliyalarla birlikdə məhşur edilməsini, ailə üzvləri və yaxınları üçün isə gözəl səbir və böyük mükafat diləyirəm.

Allahın salam və rəhməti olsun üzərinizə 

Qum şəhəri, Ayətullah Məkarim Şirazi

21 sentyabr 2026-cı il

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha