çərşənbə axşamı 22 sentyabr 2026 - 17:51
Ayətullah üzma Şübeyri Zəncani öz ömrünü Qurani-Kərim, Əhli-beyt (ə) və insanların hidayəti yolunda keçirib

Hövzə / Həzrət Ayətullah Cavadi Amuli böyük mərcəi-təqlidlərdən olan həzrət Ayətullah üzma Şübeyri Zəncaninin (Allah ona rəhmət eləsin) vəfatı münasibətilə başsağlığı verib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Cavadi Amuli böyük mərcəi-təqlidlərdən olan həzrət Ayətullah üzma Şübeyri Zəncaninin vəfatı münasibətilə başsağlığı verib. Həzrət Ayətullah Cavadi Amulinin başsağlığı mesajının tam mətni aşağıdakı kimidir:

بسم الله الرحمن الرحیم

إِنَّا لِلَّهِ وَإِنَّا إِلَیْهِ رَاجِعُونَ

Bağışlayan və mehriban Allahın adı ilə

 “Biz Allaha məxsusuq və ona qayıdacağıq!” 

Yüksək məqamlı mərcəi-təqlid həzrət Ayətullah üzma Şübeyri Zəncaninin vəfatı dini və mədəni baxımdan kədərli və ağır itkidir. İmamiyyə fiqhinin fundamental əsaslarını dərindən dərk edən, mühüm elmi şəxsiyyətlər və davamlı irs qoyacaq ustadlar yetişdirən, dəyərli əsərlər qələmə alan bu məşhur fəqih ömrünün bir əsrini Qurani-Kərim, Əhli-beyt (ə) və insanların hidayəti yolunda keçirib.

وَسَلَامٌ عَلَیْهِ یَوْمَ وُلِدَ وَیَوْمَ یَمُوتُ وَیَوْمَ یُبْعَثُ حَیًّا

“Doğulduğu gün, vəfat etdiyi gün və diri olaraq dirildiləcəyi gün ona salam olsun.”

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha