cümə axşamı 24 sentyabr 2026 - 21:47
Livan sosial intihar və suverenlik baxımından süqut yolundadır

Hövzə / Livanın şiə ruhanilərindən və görkəmli Cəfəri müftisi Höccətül-İslam Şeyx Əhməd Qəblan bildirib: Mövcud icra hakimiyyəti Livanı maliyyə, iqtisadi və siyasi xərçəngə çevrilməkdə olan bir dalana salıb.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Livanın şiə ruhanilərindən və görkəmli Cəfəri müftisi Höccətül-İslam vəl-müslimin Şeyx Əhməd Qəblan livanlılara ünvanladığı bəyanatında bildirib: Bu gün ölkə ağır suverenlik məğlubiyyətinin, qanunların iflic vəziyyətə düşməsinin, hakimiyyətin fəaliyyətsizliyinin, hökumət boşluğunun, iqtisadi durğunluğun və sosial təbəqələrin fəryadının ağır yükü altında təzyiqə məruz qalır. Bütün bunlarla yanaşı, əsas böhranların idarə olunması korrupsiyalaşmış milli sövdələşmələr üsulu ilə həyata keçirilir. Livanın vəziyyəti və onun iqtisadi, sosial və suverenlik imkanları siyasi, iqtisadi və sosial baxımdan ən ağır iflaslardan birini yaşayan bir ölkənin vəziyyətini əks etdirir. Halbuki bu ölkədə icra hakimiyyəti hakim siyasi idarəçiliyin rifah mərkəzinin divarları arxasında, maliyyə-siyasi xidmət kanalları, səyahət imtiyazları, mərasim xərcləri, siyasi idarəçiliyin torpaq və mülklərə sahib çıxması və sosial təbəqələrin fəryadı bahasına verilən ümumi satış vədləri içərisində yaşayır, həmin sosial təbəqələr isə sarsıdıcı şəkildə məhv olurlar.

O əlavə edib: Bizim istədiyimiz Livan dövlətinin strukturunun dirçəldilməsi, maliyyə-iqtisadi müdafiənin minimum tələblərinin təmin edilməsi, yaşayış və sağ qalmaq imkanlarının xilas edilməsi və Livan cəmiyyətində milli məşğulluq imkanlarının yaradılmasıdır. Bütün bunlar Livanın varlığını sarsıtmaq və onun müxtəlif imkanlarını talamaq oyununa qərq olmuş hakimiyyətin media təbliğatından uzaq şəkildə həyata keçirilməlidir.

Görkəmli Cəfəri müftisi qeyd edib: Ölkənin bütün bölgələrində və vilayətlərində sosial təbəqələr icra hakimiyyətinin mülklərə və torpaqlara sahib çıxması, onun uğursuzluğu və istər daxili, istərsə də xarici məsuliyyətdən yayınması səbəbindən qan itirir. Bu, ölkənin ən ağır inflyasiya və ən təhlükəli iflic vəziyyəti ilə üzləşdiyi bir şəraitdə baş verir. Beləliklə, Livanı tarixi süqutun mərkəzinə doğru aparan siyasi seçimlərdən qaynaqlanan maliyyə böhranları və pul siyasətinin yaratdığı problemlər daha da dərinləşir. Livanı xilas etmək üçün təzyiq göstərən qüvvələrin məsuliyyətindən daha böyük heç bir məsuliyyət yoxdur.

O vurğulayıb: Güclü daxili fəryad olmadan heç bir xilas yolu və çıxış yoxdur. Halbuki ölkə sosial, maliyyə və suverenlik baxımından intihara doğru gedir. Təhlükəli məqam ondan ibarətdir ki, bu ölkədə siyasi partiyaların əksəriyyəti xarici öhdəlikləri və muzdlu mövqeləri səbəbindən milli məsuliyyətlərindən yayınırlar.

Şeyx Qəblan vurğulayıb: Bu məqam Livan xalqı ilə açıq danışmaq məqamıdır. Çünki ölkə maliyyə və sosial baxımdan dağılır və milli xarabalığa çevrilir. Bu böyük ölkə üçün icra hakimiyyətinin (hökumətin) siyasətindən daha böyük təhlükə yoxdur. Həmin siyasət Livana ucuz sövdələşmə, batan gəmi və şəxsi mənfəət məntiqi ilə yanaşır. Xalqın, iqtisadiyyatın, kapitalın, təhlükəsizliyin və yaşamaq imkanlarının itkisi hesabına mənfəət əldə edən icra hakimiyyətinin məsuliyyətə cəlb olunmasından başqa heç bir çıxış yolu yoxdur.

O, sonda bildirib: Mövcud icra hakimiyyəti Livanı maliyyə, iqtisadi və siyasi xərçəngə çevrilməkdə olan bir dalana salıb. Çıxış yolu Livanın bu hakimiyyət tərəfindən qurban verilməsinin qarşısını almaq üçün ən geniş milli həmrəyliyin təmin edilməsidir. Təhlükə görünən sıralardan deyil, Livanı iflasa sürükləmək istəyən pərdəarxası sıralardan gəlir.

Livan sosial intihar və suverenlik baxımından süqut yolundadır


Şeyx Əhməd Qəblan

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha