çərşənbə axşamı 29 sentyabr 2026 - 07:17
Seyid Həsən Nəsrullah İslam dünyasının unudulmaz şəxsiyyətlərindən biridir

Hövzə | Elmi hövzələrin rektoru Livan Hizbullahının baş katibinə ünvanladığı müraciətdə vurğulayıb: Düşmən hər zaman müqavimətin müxtəlif cəbhələrini bir-birindən ayırmağa çalışıb ki, onların hər birini ayrı-ayrılıqda diz çökdürə bilsin. Lakin son iki ildə baş verən hadisələr göstərdi ki, Tehrandan Beyruta, Qəzzadan Sənaya və Bağdada, Hörmüz boğazından Bab əl-Məndəbə qədər müqavimətin müxtəlif cəbhələri vahid cəbhənin fərqli təzahürləridir. Bu birlik nümayəndəlik münasibətindən deyil, ortaq iman, ortaq düşmən və ortaq amal əsasında formalaşan bağlılıqdan qaynaqlanır. Bu bağlılıq çərçivəsində hər bir cəbhə öz iradəsi və qərarı ilə vahid istiqamətdə, milli strateji maraqların, real və obyektiv regional mənafelərin, eləcə də İslam ümmətinin ali mənafelərinin təmin olunması naminə addımlayır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Elmi hövzələrin rektoru Ayətullah Ərafi İslam ümmətinin şəhidi, Seyid Həsən Nəsrullah və şəhid Seyid Haşim Səfiəddinin (Allah hər ikisinə öz rəhmətini nəsib etsin) şəhadətinin ikinci ildönümü münasibətilə Livan Hizbullahının baş katibi Höccətül-İslam vəl-müslimin Şeyx Nəim Qasimə ünvanladığı müraciətdə belə bildirib:

Bağışlayan və mehriban Allahın adı ilə

«مِنَ الْمُؤْمِنِینَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَیْهِ فَمِنْهُمْ مَنْ قَضَی نَحْبَهُ وَمِنْهُمْ مَنْ یَنْتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِیلًا»

Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər.

Əhzab surəsi, 23-cü


Livan Hizbullahının baş katibi Höccətül-İslam vəl-müslimin cənab Şeyx Nəim Qasim (Allah-Təala onu qorusun və himayə etsin)!

سَلَامٌ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ ۚ فَنِعْمَ عُقْبَى الدَّارِ


Səbir etdiyinizə görə sizə salam olsun! (Dünya) yurdunun aqibəti nə gözəldir!

Rad surəsi, 24-cü ayə

Sionist düşmənin ABŞ-ın açıq dəstəyi ilə Beyrutun Dəhiyə bölgəsinə onlarla bunkerdağıdan bomba yağdırdığı və şəhid Nəsrullahın səsini susdurmaqla müqavimət çırağını da söndürəcəyini düşündüyü 27 sentyabr 2024-cü il axşamından iki il ötür. Halbuki Allah-Təala buyurur:

«یُرِیدُونَ لِیُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ کَرِهَ الْکَافِرُونَ»

“Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Halbuki kafirlər istəməsələr də, Allah Öz nurunu tamamlayacaqdır.” — Səff surəsi, 8-ci ayə.

Bu gün İslam ümmətinin şəhidi Seyid Həsən Nəsrullah və onun yaxın dostu şəhid Seyid Haşim Səfiəddinin (Allah hər ikisinə rəhmət eləsin) şəhadətinin ikinci ildönümündə Elmi hövzələr, o cümlədən müəllim, alim və tələbələr adından Sizə, həmin iki şəhidin möhtərəm ailələrinə, Hizbullaha və əziz Livan xalqına başsağlığımızı bir daha çatdırmaqla yanaşı, bir neçə məqamı diqqətə çatdırmaq istəyirəm.

Birinci: Qan mübarizə meydanındakı reallığı dəyişdi

Düşmənlər belə düşünürdülər ki, rəhbərliyin aradan götürülməsi ilə müqavimətin strukturu dağılacaq. Onlar əvvəllər şəhid Seyid Abbas Musəvinin və Hacı İmad Muğniyənin şəhadətində də eyni hesablama səhvinə yol vermişdilər və bu gün də şəhid Ayətullah Seyid Əli Xameneinin şəhadəti ilə bağlı həmin səhvə yol verirlər. Lakin iki il ötüb və dünyanın şahidi olduğu hadisə süqut deyil, əksinə, rəhbərliyin yenidən formalaşması, meydanda davamlılıq və qüdrətin qorunması, eləcə də müqavimət düşüncəsinin qəlblərdə və düşüncələrdə daha da yayılması olub.

Şəhidin qanının təsirləri

«وَلَا تَحْسَبَنَّ الَّذِینَ قُتِلُوا فِی سَبِیلِ اللَّهِ أَمْوَاتًا بَلْ أَحْیَاءٌ عِنْدَ رَبِّهِمْ یُرْزَقُونَ»

Allah yolunda öldürülənləri, əsla ölülər zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzi verilir.
Ali İmran surəsi, 169-cu ayə

Bu, həmçinin şəhid Nəsrullahın dəfələrlə dilə gətirdiyi həqiqətdir: Biz məğlub olmuruq! Qalib gəlsək, qalibik, şəhid olsaq da yenə qalibik.!

Bu gün Seyid Həsən Nəsrullah artıq sadəcə bir xatirə deyil. O, İslam dünyasının əbədi həqiqəti və həyatverici bir məktəbidir. Bu məktəb şiəlik və Livan sərhədlərini aşaraq dünyanın azad insanlarının vicdanında öz yerini tutub.

İkincisi: İslam dünyasının müdrik və uzaqgörən şəxsiyyəti

Seyid Həsən Nəsrullah Nəcəf və Qum Elmi hövzələrində təhsil almışdı. O əsl şiə ruhanisi olaraq elm və əməli, hikmət və cəsarəti, mənəviyyat və siyasəti bir şəxsiyyətdə birləşdirirdi. O, əxlaq fəzilətlərinin təcəssümü, ərəb və İslam izzətinin simvolu idi. Strateji düşüncəyə və dərin siyasi anlayışa, səmərəli idarəçilik bacarığına və meydanda şücaətə sahib idi. Onun sözləri səmimiyyətinə söykəndiyi üçün hətta düşmənləri üçün də höccət idi.

Onun hamımız üçün böyük dərsi bu idi ki, o əli boş olsa belə, möhkəm iradə ilə kiçik imkanlardan böyük potensial yaratmaq qüdrətinə sahib idi. Bütün bunların sirri onun vilayətə bağlılığında, İmam Xomeyninin (r) və şəhid Ayətullah üzma Seyid Əli Xameneinin (r) yoluna səmimi bağlılığında idi.

Elmi hövzələr belə bir şəxsiyyət ilə fəxr edir və onu bu günün hövzə tələbələri üçün “meydandakı alim” nümunəsinin aydın təcəssümü hesab edirlər.

“Geniş dünyagörüşü və səbir”, “cəsarət, inqilab və cihad meyilli ruhiyyə”, “hikmət və rasional düşüncə, bilik və təfəkkür”, “dünyanı tanımaq”, “böhranlarda rəhbərlik və idarəçilik bacarığı”, “ictimai quruculuq və qüdrət formalaşdırmaq”, “hərbi zəka, yaradıcılıq və yenilikçilik”, “vilayətə bağlılıq”, “qlobal düşünmək və sivilizasiya yönümlü yanaşma”, “cazibə və dəfedicilik”, “narahat, çalışqan və yorulmaz ruh” müqavimət cəbhəsinin bu şəhidinin və dönməzliyin nümunəsinin seçilən və mühüm xüsusiyyətlərindən idi.

Bu gün fəxr edirik ki, Seyid Həsən Nəsrullah məktəbini maddiyyata qərq olmuş Qərb sivilizasiyasının müasir insanının itirdiyi həqiqət kimi bütün dünyanın azad insanlarına təqdim edirik.

Üçüncüsü: Şəhidlər karvanı

Şəhid Seyid Həsən Nəsrullahın vəfalı və daim yanında olan silahdaşı şəhid Seyid Haşim Səfiəddinin, eləcə də bu yolda şəhid olan bütün komandir, döyüşçü və günahsız insanların xatirəsini ehtiramla yad edirik.

Bu karvan şəhid Şeyx Rağib Hərb və şəhid Seyid Abbas Musəvidən şəhid İmad Muğniyəyə, o cümlədən şəhid Seyid Həsən Nəsrullah və Qasim Süleymaniyə qədər, Müqavimət cəbhəsinin bütün şəhidlərinin iştirakı ilə cihad, ixlas, sədaqət və vəfanın bir-birinə bağlı zənciridir. Onların halını ən gözəl şəkildə bu ilahi kəlam ifadə edir:

«وَمَا بَدَّلُوا تَبْدِیلًا»

“Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər.

Əhzab surəsi, 23-cü ayə.

Dördüncüsü: Siz dahi şəxsiyyətsiniz

Müqavimət tarixinin ən ağır günlərində, düşmənin Hizbullahın rəhbərsiz qaldığını düşündüyü bir vaxtda Siz uzunmüddətli cihad və idarəçilik təcrübənizə, eləcə də şəhid baş katiblərlə üç onillikdən artıq davam edən yoldaşlığınıza söykənərək, digər qüdrətli və hikmətli komandirlərlə birlikdə ağır bir məsuliyyəti üzərinizə götürdünüz və bayrağı ucaltdınız.

Hizbullahın daxili birliyinin qorunması, onun yenidən formalaşdırılması və gücləndirilməsi, Livanın milli birliyinin qorunması, düşmənin ümid bağladığı fitnə planlarının iflasa uğradılması, İslam İnqilabının Ali Məqamlı Rəhbərinə möhkəm bağlılığın yenilənməsi, eləcə də müqavimət cəbhəsinin regional və qlobal cəbhəyə çevrilməsi istiqamətində göstərdiyiniz hikmət təqdirə və ehtirama layiqdir.

Elmi hövzələr Sizi müdrik və uzaqgörən, o cümlədən dərin düşüncəli yazıçı və uzaqgörən rəhbər kimi tanıyır və daha əvvəl də bəyan etdiyimiz kimi, bütün imkanları ilə sizin yanınızdadır.

Heç bir şübhə yoxdur ki, düşmənlər üzərində qələbə və zəfər, İsrailin məhvi, ABŞ-ın fövqəldövlət statusunun və Qərbin tənəzzülə uğramış sivilizasiyasının süqutu Allahın qəti sünnəsi, müqavimət cəbhəsinin, böyük Livan xalqının, əziz və sevimli Hizbullahın və bütün mücahidlərin qaçılmaz taleyidir.

Beşincisi: Hizbullahdakı mücahid qardaşlara müraciət.

Hizbullahın komandir, məsul şəxs, nümayəndə, döyüşçü, eləcə də yardım, media və mədəniyyət sahələrində fəaliyyət göstərən qüvvələrini salamlayırıq.

Siz şəhidlər şəhid Həsən Nəsrullahın qanının əmanətçilərisiniz və imanınız, nizam-intizamınız və bəsirətinizlə sübut etdiniz ki, Hizbullah ayrı-ayrı şəxslər üzərində deyil, mərifət, iman, iradə və vilayət üzərində dayanır.

Şərəfli əlillərə, xüsusilə peycer partlayışları və son müharibə nəticəsində xəsarət alanlara ehtiramımızı bildiririk. Onlar göz və əl nahiyələrində aldıqları ağır yaralarla ən aydın bəsirəti və ən möhkəm iradəni nümayiş etdirdilər.

«فَإِنَّ حِزْبَ اللَّهِ هُمُ الْغَالِبُونَ»

“Şübhəsiz ki, Allahın ordusu qalib gələnlərdir.” — Maidə surəsi, 56-cı ayə.

Altıncısı: Əziz Livan xalqına və şiələrə müraciət

Böyük Livan xalqına, xüsusilə səbirli Cənub, Dəhiyə və Bəqa sakinlərinə səmimi təşəkkürümüzü bildiririk. Siz köçkünlüyə izzət və bəsirətlə dözdünüz, evlərinizin dağıdılmasının ağrısını səbir və imanla geridə qoydunuz və öz yurdlarınıza qayıtmaqla xalq ilə müqavimət arasındakı qırılmaz bağlılığı dünyaya göstərdiniz.

Livanın şəhidlərinin ana, ata, həyat yoldaşı və övladları həzrət Zeynəb kimi dayanaraq bu müqavimətin əzəmətini onun silahında deyil, canlı bir xalqın iradəsində mənalandırdılar.

Livan şiələri Cəbəl Amil məktəbinin varisləridir. Şəhid Əvvəl və şəhid Sanini yetişdirən bu məktəbdən Mühəqqiq Kərəki və Şeyx Bəhai kimi Livan əsilli alimlər çıxmış, Livan ilə İranın Elmi hövzələri arasında bu gün müqavimət səngərində təcəssüm edən elmi və mənəvi bağlılığın əsası qoyulmuşdur.

Həmçinin məzhəb və təriqətindən asılı olmayaraq müqavimətin yanında dayanan və milli birliyi qoruyan bütün azad Livanlılara minnətdarlığımızı bildiririk.

Bilin ki, siz tarix boyu Əhli-beytin (ə) ən üstün yardımçıları sırasında yer alırsınız. Sizin səbriniz və müqavimətiniz sayəsində peyğəmbərlərin və ilahi övliyaların arzuları həyata keçməkdədir. Dünya tarixin dönüş nöqtəsi və mühüm mərhələsindədir, dünya düzəni dəyişməkdədir, haqq ilə batilin tarixi mübarizəsi öz sonuna yaxınlaşmaqdadır və yeni İslam sivilizasiyası formalaşmaqdadır. Siz bütün bu dəyişikliklərdə iştirak edir və mühüm rol oynayırsınız.

Bu gün və gələcək tarix sizə məxsusdur və İran, İraq və Yəməndə səfərbər olmuş xalqların hamısının fədakarlığı kimi siz də göstərdiyiniz fədakarlığa görə minnətdarlığa layiqsiniz.

Yeddincisi: İran İslam Respublikasının qüdrəti

İran xalqı ABŞ və sionist rejimin müharibəsi zamanı İmam Xomeyni (r) və Ayətullah Seyid Əli Xameneinin şəhadətinin acısını da yaşadı. Lakin İslam sisteminin süqutuna ümid bağlayan düşmən təəccüblə gördü ki, qanuni mexanizmə əsasən, rəhbərlik sükanı həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə (Allah onu qorusun) həvalə edildi və xalq birlik və müqavimət nümayiş etdirərək vilayət ətrafında bir araya gəldi.

İran İslam Respublikası bu ağır sınaqdan daha möhkəm və daha həmrəy şəkildə çıxdı. O müqavimətə dəstəyi ötəri taktika deyil, strateji və prinsipial siyasət kimi qəbul etdi. Bu, heç bir təzyiqin zəiflədə bilməyəcəyi bağlılığın açıq ifadəsidir.

Bu gün İran İslam Respublikası hərtərəfli, qlobal xarakter daşıyan müharibənin, mühasirələrin, sanksiyaların və zülmlərin, eləcə də hərbi, siyasi, iqtisadi, media və koqnitiv sahələri əhatə edən hibrid müharibənin bütün təzyiqlərinə baxmayaraq, vahid, həmrəy və səfərbər olmuş xalqı, əzm və iradəyə malik məsul şəxsləri, ayıq-sayıq və qüdrətli komandirləri və silahlı qüvvələri, dünyanın müxtəlif yerlərində çoxsaylı müttəfiqləri ilə tam qüdrət içində son qələbə və zəfərə doğru irəliləyir və bütün mücahidlərlə birlikdə qarşısındakı bütün maneə və çətinlikləri izzət, qüdrət və hikmətlə aşacaqdır.

Səkkizincisi: Müqavimət cəbhələrinin birliyi strateji bir həqiqətdir

Düşmən hər zaman müqavimətin müxtəlif cəbhələrini bir-birindən ayırmağa çalışıb ki, onların hər birini təklikdə diz çökdürə bilsin. Lakin bu iki il ərzində baş verən hadisələr göstərdi ki, Tehran, Beyrut, Qəzza, Səna və Bağdaddan tutmuş Hörmüz boğazı və Babül-Məndəbə qədər müqavimətin müxtəlif cəbhələri vahid bir cəbhənin fərqli təzahürləridir.

Bu birlik vəkalət münasibəti deyil. Ortaq iman, ortaq düşmən və ortaq amaldan doğan bir bağlılıqdır. Bu bağlılıq çərçivəsində hər bir cəbhə öz iradəsi və qərarı ilə vahid istiqamətdə, milli strateji maraqların, real və obyektiv regional mənafelərin və İslam ümmətinin ümumi ali mənafelərinin təmin olunması naminə addımlayır.

İranlı şəhid komandirin Hizbullah şəhidlərinin qanı ilə yanaşı torpağa tökülən qanı da məhz bu bağlılığın rəmzidir.

﴿إِنَّ اللَّهَ یُحِبُّ الَّذِینَ یُقَاتِلُونَ فِی سَبِیلِهِ صَفًّا کَأَنَّهُمْ بُنْیَانٌ مَرْصُوصٌ﴾

Şübhəsiz ki, Allah öz yolunda möhkəm bir divar kimi cərgə-cərgə düzülüb vuruşanları sevər.

Saff surəsi, 4-cü ayə



Doqquzuncusu: Elmi hövzələrin əhdi

Şəhid Seyid Həsən Nəsrullahın dəyərli övladı olduğu Elmi hövzələr onun yolu ilə bağlı əhdlərinə sadiqdirlər və həmin şəhidin ideya irsinin fiqh, siyasi düşüncə, idarəçilik və cihad əxlaqı sahələrində qorunması və izahı, bu irsin müxtəlif dillərə tərcümə və nəşri, Livanın Elmi hövzələri və alimləri ilə elmi əlaqələrin genişləndirilməsi, eləcə də müqavimət cəbhəsinə istənilən elmi, mənəvi və təbliğati dəstəyin göstərilməsi istiqamətində öz üzərlərinə düşən vəzifəni yerinə yetirməyə hazırdırlar.

Sonda İslam ümmətinin şəhidlərini və bütün müqavimət şəhidlərinin xatirəsini bir daha ehtiramla yad edir, uca Allahdan zə və Hizbullahdakı bütün mücahid qardaşlara müvəffəqiyyət, salamatlıq, möhkəmlik və qələbə diləyirik. Ümid edirik ki, bu şəhidlərin qanının bərəkəti ilə müqəddəs Qüds azad ediləcək və Allahın haqq vədinin gerçəkləşdiyi gün yetişəcək.

Salamlar Allahın ən üstün inayətləri, lütfləri və geniş rəhməti şərəfli Hizbullahın, izzətli Livanın şiə və müsəlmanlarının və bütün İslam ümmətinin üzərinə olsun.

 وَلَا تَحْسَبَنَّ الَّذِینَ قُتِلُوا فِی سَبِیلِ اللَّهِ أَمْوَاتًا بَلْ أَحْیَاءٌ عِنْدَ رَبِّهِمْ یُرْزَقُونَ

Allah yolunda öldürülənləri, əsla ölülər zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzi verilir.

Allahın rəhmət və bərəkəti sizin üzərinizə

Əlirza Ərafi

Elmi hövzələrin rektoru

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha