çərşənbə axşamı 29 sentyabr 2026 - 07:17
Afrika xalqlarının Nəsrullaha olan dərin məhəbbətinin maraqlı hekayəsi

Hövzə I Höccətül-İslam vəl-müslimin İmani Müqəddəm şəhid Seyid Həsən Nəsrullahın elmi, hövzə, mənəvi və təşkilati fəaliyyətinin müxtəlif aspektlərini açıqlayaraq, onun elmi və hövzə tərbiyəsi ilə vilayətə bağlılıq, ixlas, mübarizə ruhiyyəsi və yüksək təşkilatçılıq bacarığının vəhdətini özündə birləşdirən nümunəvi şəxsiyyət olduğunu bildirib. O vurğulayıb ki, məhz bu xüsusiyyətlərin vəhdəti Seyid Həsən Nəsrullahı İslam İnqilabının tələblərinə cavab verən, onun ideallarını özündə təcəssüm etdirən bir hövzə tələbəsinə çevirmişdi.

Höccətül-İslam vəl-müslimin Əlirza İmani Müqəddəm Hövzə Xəbər Agentliyinin müxbirinə verdiyi müsahibəsində şəhid Seyid Həsən Nəsrullahla üç onillikdən artıq davam edən ünsiyyətinə toxunaraq, onun elm, əxlaq, mənəviyyat, təşkilat və ictimai şəxsiyyətinin müxtəlif xüsusiyyətlərindən bəhs edib və onu hövzə tələbələri, eləcə də müqavimət cəbhəsinin qüvvələri üçün nümunə kimi təqdim edib.

Seyid Həsən Nəsrullah və Qasim Süleymani İnqilab məktəbinin nümunəvi modelinin iki görkəmli siması olublar

O, şəhid Seyid Həsən Nəsrullahın şəxsiyyətinin müxtəlif xüsusiyyətlərinə toxunaraq deyib: Söhbət müqavimətin Seyid Həsən Nəsrullahdan, Allahın sonsuz rəhmətinə qərq olmuş bu böyük şəxsiyyətdən gedir. O, vilayət yolunda tamamilə ərimiş, İslam İnqilabının və İmam Zamanın (ə.f) bəyəndiyi səviyyədə nümunəvi bir tələbə, həmçinin İslam İnqilabının səviyyəsinə və tələbəlik məqamına layiq bir şəxsiyyət idi.

Əhli-Beyt (ə) Ümumdünya Assambleyasının Məşhəd şəhəri üzrə nümayəndəsi əlavə edib: Mən bu böyük şəxsiyyətlə üç onillikdən artıq davam edən ünsiyyətə əsaslanaraq, onun şəxsiyyəti ilə bağlı bir neçə məqama toxunmaq istəyirəm. İslam İnqilabının şəhid Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei müqavimətin ən yüksək səviyyəli şəxsiyyətləri arasında iki nəfəri nümunə kimi təqdim edib. Birincisi, “qəlblərin sərkərdəsi” adlandırılan mərhum şəhid Hacı Qasim Süleymani idi. İslam İnqilabının şəhid Ali Məqamlı Rəhbəri Hacı Qasim haqqında buyurmuşdu: “Hacı Qasim Süleymani bir yol və bir məktəb idi.”

İslam dünyası məsələləri üzrə ekspert deyib: İkincisi isə şəhid Həsən Nəsrullah bağlıdır. Əgər onun şəxsi həyatına, həyat tərzinə və ictimai xüsusiyyətlərinə diqqətlə nəzər salsaq, onun necə olub ki, belə bir nümunəvi şəxsiyyətə çevrildiyini göstərən çoxsaylı dəyərli xüsusiyyətlərin şahidi olarıq. Halbuki o, bu dünyada cəmi 63 il ömür sürüb.

Şəhid Nəsrullah: Hizbullahı gizli təşkilatdan ictimai hərəkatına çevirdi

Əhli-Beyt (ə) Ümumdünya Assambleyasının Məşhəd üzrə nümayəndəsi Seyid Həsən Nəsrullahın Hizbullahdakı fəaliyyətinə başladığı dövrə toxunaraq deyib: Seyid Hizbullahın baş katibliyini öz müəllimi, şəhid Seyid Abbas Musəvidən təhvil aldığı zaman, yəni Seyid Abbasın şəhadətindən sonra Hizbullah mahiyyət etibarilə dəyişdi və yeni mərhələyə qədəm qoydu.

O əlavə edib: Seyid Abbas Musəvinin dövründə Hizbullah gizli və partizan xarakterli hərbi təşkilat idi. Lakin Seyid bu məsuliyyəti öz üzərinə götürdükdən sonra Hizbullahı qlobal ictimai hərəkatına çevirdi. O, 31 il ərzində təlatümlü, qaynar və coşqun bir dünyada Hizbullah gəmisinin sükançısı oldu. Seyid Həsənin məharəti və bacarığı məhz bundan ibarət idi.

Bu İslam dünyası məsələləri üzrə ekspert vurğulayıb: Seyid Həsən Nəsrullah elə bir şəxsiyyət idi ki, onun həyatı bizim üçün gözəl bir nümunə ola bilər.

Seyid Həsən Nəsrullah müqavimətin uğurlarının öz adına yazılmasına imkan vermirdi

Höccətül-İslam vəl-müslimin İmani Müqəddəm şəhid Seyid Həsən Nəsrullahın ixlasına toxunaraq deyib: Onun ixlası həqiqətən də heyrətamiz idi. O, heç vaxt özünü ön plana çıxarmağa çalışmırdı. İnsanların onu təqdir və ehtiramla yad etməsi üçün hər hansı şərait yarandıqda isə dərhal diqqəti məktəbə, İnqilaba, İmama, Qurana və İmam Hüseynə (ə) yönəldirdi.

Livanın cənubunun azad edilməsi: Nəsrullah və Hizbullahın təqdir olunması dalğasının başlanğıcı

Əhli-Beyt (ə) Ümumdünya Assambleyasının Məşhəd şəhəri üzrə nümayəndəsi bu xüsusiyyəti izah etmək üçün Livanın cənubunun azad edilməsi hadisəsinə toxunaraq deyib: 1982-ci ildə Livanın cənubunun azad edilməsi zamanı İsrail ilk dəfə olaraq zillət və rüsvayçılıq içində geri çəkilməyə məcbur edildi, Livandan çıxarıldı və beynəlxalq sərhədlərin arxasına qədər geri çəkildi.

O əlavə edib: Həmin il dünyanın bir çox yerlərində insanlar Seyid və Hizbullahı təqdir etdilər. Dünyanın müxtəlif ölkələrində yaşayan sünni müsəlmanlar böyük məbləğdə pul, dollar, avro, qızıl və zinət əşyaları toplayaraq müqaviməti gücləndirmək üçün Beyruta göndərdilər. Həmin ili xatırlayıram. Ərəblər Seyid Həsən Nəsrullahı ərəb dünyasının bir nömrəli şəxsiyyəti elan etmişdilər.

Seyid Həsən Nəsrullah İslam İnqilabının Rəhbərinin əlini öpəndə

O deyib: Elə burada iki xatirəni danışım. Birinci xatirə Seyid Həsən Nəsrullahın İntifada konfransında iştirak etmək üçün İrana gəldiyi və İslam İnqilabının şəhid mücahid İmamının da sammitlər salonuna gəlib çıxış etdiyi vaxta aiddir.

Höccətül-İslam vəl-müslimin İmani Müqəddəm davam edib: Çıxış başa çatan kimi Seyid Həsən yerindən qalxdı, irəli getdi, əyilərək Vilayətin uca məqamlı Rəhbərinin əlini öpdü və öz yerinə qayıdıb oturdu. Jurnalistlər onun ətrafına toplaşaraq dedilər: “Seyid, sən ərəb ümmətinin fəxri və biz ərəblərin qüruru idin. Nə üçün gedib İranın Rəhbərinin əlini öpdün?” Əlbəttə, onların bu sualı şeytani və təfriqə xarakterli idi. Çünki İslam İnqilabının şəhid İmamı Xamenei yalnız ərəblərin və ya qeyri-ərəblərin İmamı deyil, İslam ümmətinin İmamı idi.

Mən ərəb dünyasının bir nömrəli şəxsiyyəti olduğum halda, bu ağanın müqəllidiyəm

Əhli-Beyt (ə) Ümumdünya Assambleyasının Məşhəd şəhəri üzrə nümayəndəsi davam edib: Seyid cavabında dedi: “Bilirsiniz, mən nə üçün onun əlini öpdüm?” Onlar dedilər: “Xeyr, bunu sənin öz dilindən eşitmək istəyirik.”

Höccətül-İslam vəl-müslimin İmani Müqəddəm Seyid Həsən Nəsrullahdan sitat gətirərək deyib: Seyid cavab verdi: “Əvvəlcə özümü onun ayaqları altına atdım və mübarək ayaqlarından öpmək istədim, lakin o, narahat oldu və mən də mübarək əlindən öpməklə kifayətləndim.”

Bu İslam dünyası məsələləri üzrə ekspert əlavə edib: Seyid Həsən Nəsrullah daha sonra belə izah etmişdi: Çünki bu il, yəni 22 ərəb ölkəsində və 400 milyon ərəb dilli insan arasında məni ərəb dünyasının bir nömrəli şəxsi elan etdilər. Çünki mən ərəb ümmətini mənfur İsrail rejimi qarşısında başıuca etdim. Mən ərəb ölkələrinə demək istədim ki, bu Sizin bir nömrəli şəxsiniz olan mən bu ağanın müqəllidiyəm, mən bu ağanın davamçısıyam, bu ağa mənim imamımdır.

Seyid Həsən Nəsrullah, Afrikada insanların məhəbbətinə dair bir xatirə

Höccətül-İslam vəl-müslimin İmani Müqəddəm şəhid Seyid Həsən Nəsrullahla bağlı xatirələrini davam etdirərək, Afrikadakı sünni alimlərin müqavimət üçün pul və hədiyyələr toplayaraq onları Beyruta göndərməsi ilə bağlı başqa bir hadisəni də danışıb.

Həmin vaxt Afrikadakı sünni alimləri müqavimət üçün pul və hədiyyələr toplayaraq onları Beyruta göndərirdilər. Mən də çantamı götürüb yola düşdüm və Afrika ölkələrinə səfər etdim. Altı-yeddi Afrika ölkəsinə getdim. Həmin il Afrikanı dolaşarkən bu “Samsonite” çantamız dollar, avro, qızıl, zinət əşyaları və digər hədiyyələrlə doldu. Onları gətirib Beyrutda Hizbullahın ofisinə təhvil verdim.

Ofisə gəlib yerləşən kimi ofisimizin məsulu dedi ki, Fil Dişi Sahilində olan həmin şeyx, Mövlana bir neçə dəfə zəng edib və səninlə işi var. Dedim: “Nömrəsini götür və əlaqələndir ki, onunla danışım.” Otağa keçib oturdum. Telefon zəng çaldı və dəstəyi qaldırdım. Həmin böyük şeyx Qərbi Afrikanın sünni alimlərindən idi və Fil Dişi Sahilində yaşayırdı. Lakin oradakı altı-yeddi ölkənin, o cümlədən Liberiya, Fil Dişi Sahili, Seneqal, Syerra-Leone və bir neçə digər bölgənin əhalisinin İslam və dini məsələlərinə nəzarət edirdi. Dedim: “Buyurun.” Mövlana dedi: “Məndən gileyliyəm.” Dedim: “Nə etmişəm?” Dedi: “Afrika ölkələrinə gəldin, insanların hədiyyələrini topladın. Nə üçün bizim yanımıza gəlmədin? Burada da çoxlu hədiyyələr toplanıb.”

Dedim: “Artıq vaxt çatmadı, üzr istəyirəm.” Sonra dedi: “İndi səni cərimələməliyəm.” Dedim: “Cəriməm nədir?” Dedi: “Cərimən budur ki, mən bu pulları nümayəndəm olan bu şeyxə verəcəyəm və o, onları Beyruta gətirəcək. Lakin sən bir görüş vaxtı almalısan ki, o, birbaşa Seyidin görüşünə getsin və özü Seyidlə görüşsün.” Öz-özümə dedim: “Bu necə də şirin cərimədir!” Çünki mən də yenidən Seyidin görüşünə getmək fürsəti qazanacaqdım.

Nəhayət, vəd olunan gün gəlib çatdı. Həmin şeyxin nümayəndəsini Seyidin ofisinə apardım. Seyid buyurdu: Saat dörddə gəlin, sizi gözləyəcəyəm.” Saat dörddə Seyidin görüşünə çatmaq üçün saat ikidən yola düşdük. Liftin qapısı açılan kimi qarşımızda Seyidin özünü gördük. Bizi qarşıladı və həmin şeyxin əlindəki çantanı görəndə dedi: “Əvvəlcə gedib bu vəsaitləri maliyyə işləri bölməsinə təhvil verin, sonra gəlin; sizinlə işim var.

Ona yol göstərdim və vəsaitləri təhvil verdikdən sonra Seyidin yanına qayıtdıq. Şəhid Nəsrullah Mövlana şeyxin səhhəti və vəziyyəti ilə bağlı hal-əhval tutmağa başladı. Sonra həmin şeyx cibindən bir məktub çıxarıb Seyid Həsən Nəsrullaha verdi və dedi: “Bu məktubu da o, sizə göndərib.” Seyid məktubu açıb oxumağa başladı. Mən Seyidin üzünə baxırdım. Hər şey normal idi və məktubu oxuyurdu.

Birdən Seyid Həsənin qaşları elə çatıldı və o qədər narahat oldu ki, mən təəccübləndim. Öz-özümə dedim: “Görəsən, bu məktubda təhqiramiz bir ifadə işlədilib? Nə baş verib?” Seyid Həsən məktubu mənə verərək dedi: “Oxu, oxu! Gör nə yazıblar!” Məktubu oxudum və gördüm ki, məktub başdan-başa Seyidə hörmət və ehtiram ifadələri ilə doludur. Məktubun bir hissəsində şəhid Nəsrullaha belə müraciət edilmişdi: “Ey İslam ümmətinin fəxri! Müsəlmanlar səninlə fəxr edirlər. Dünyada iki milyarda yaxın müsəlman yaşayır. Bu gün sən bizim başımızıuca etdin. Bizi İsrail qarşısında üzüağ etdin və İsrailin burnunu torpağa sürtdün, onu yerə sərdin. Biz səninlə fəxr edirik.”

Məktubun davamında yazılmışdı: “Ey cənab Seyid Həsən Nəsrullah! Bu hədiyyələri gətirən insanlar və mənim onları Beyruta göndərməyimi istəyənlər sünnidirlər və bölgədə Hizbullahın və İslam Müqavimətinin tərəfdarlarıdırlar. Cənab Seyid Həsən, onların gətirdikləri bu hədiyyələrin üzərinə bir qeyd yapışdırıblar və orada belə yazılıb: ‘Filankəsin ailəsindən olan Seyid, bu hədiyyələrimiz Seyidin nəllərinin ayağına qurban olsun.’”

Məktubda yazılmışdı: “Şübhəsiz ki, bizim pullarımızın böyük mücahid olan Seyidin onları əlinə alması üçün heç bir dəyəri yoxdur. O, bu pulları yerə töküb nəlləri ilə onların üzərindən keçsə, biz buna razıyıq. Nə üçün? Çünki Seyidin nəlləri İslamı başıuca edib, Qurana izzət qazandırıb.”

Məktubun davamında belə deyilirdi: “İndi insanlar belə düşünürlərsə, səndən bir cüt nəli verməyini istəyirlər ki, nümayəndəm onu Fil Dişi Sahilinə gətirsin və mən nəllərinin tozunu gözlərimə sürmə edim. Nə üçün? Çünki sənin nəllərin İslamı və Quranı başıuca edib.”

Mövlana şeyxə torpaq möhürü hədiyyəsi

O deyib: Seyid bu sözlərə görə çox narahat oldu və şeyxə tərəf dönərək dedi: “Şeyx, Mövlana şeyxə mənim salamımı çatdır və de ki, mən burada kiməm? Nə mən, nə əbam, nə qəba, nə də nəllərim. Bizim burada heç bir rolumuz yoxdur. Bizi burada qalib edən və İslamın və müsəlmanların başını uca edən başqa bir amildir.”

Əhli-Beyt (ə) Ümumdünya Assambleyasının Məşhəd şəhəri üzrə nümayəndəsi əlavə edib: Daha sonra Seyid şeyxə tərəf dönərək dedi: “Yaxşı, indi ayağa qalxacağam. Bizim qələbəmizə səbəb olan şeyi sizə verəcəyəm; onu Mövlana şeyxə aparın.” Mən isə heyrət içində qalmışdım və düşünürdüm ki, Seyid Mövlananın bu nümayəndəsinə Fil Dişi Sahilinə aparması üçün nə verəcək.

Höccətül-İslam vəl-müslimin İmani Müqəddəm sonda xatırladıb: Seyid hər ikimizin gözü qarşısında ayağa qalxıb masasının arxasına keçdi. Masasının siyirməsini açıb namaz səccadəsini çıxardı. Sonra səccadəsinin içindən İmam Hüseynin (ə) türbət möhürünü çıxardı, onu öpüb gözlərinə qoydu, daha sonra kağız salfetə bükərək həmin şeyxə verdi. Seyid dedi: Mənim salamımı Mövlana şeyxə çatdıraraq de: Bizim bütün var-dövlətimiz Aşuradandır. Nə varsa, hamısını İmam Hüseyndən (ə) almışıq.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha