Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, İraqın “Əsaib Əhlül-Həqq” hərəkatının baş katibi Şeyx Qeys əl-Xəzəli Seyid Həsən Nəsrullahın şəhadətinin ildönümü münasibətilə yayımladığı bəyanatda deyib: Haşimi qəhrəman komandir və azad insanların mənəvi simvolu olan əziz şəhid Seyid Həsən Nəsrullahın şəhadətinin ikinci ildönümündə biz sadəcə olaraq onu xatırlamaq üçün bir araya gəlməmişik. Biz region və dünya üçün yeni tarix yazan qan qarşısında beyətimizi təzələmək üçün toplaşmışıq. O izah edib: Seyid Həsən Nəsrullah sadəcə siyasi və ya hərbi rəhbər deyildi. O, səbirli, təmkinli, müdrik və uzaqgörən bir şəxsiyyət idi.
Şeyx əl-Xəzəli əlavə edib: O, ömrü boyunca təhlükənin tam mərkəzində yaşadı və müstəkbirlərin təhdidlərinə əhəmiyyət vermədi. Ümmətin və onun problemlərinin qayğısını öz çiyinlərində daşıyırdı. Düşmənlərin qəlbini titrədən cəsarətli mövqeləri və sionistlərin qalalarını sarsıdan çıxışları ilə çəkindiricilik müstəvisində yeni reallıqlar formalaşdırdı və dünyanın azad insanlarının qəlbinə belə bir inam aşıladı ki, haqq əhlinin lüğətində məğlubiyyətə yer yoxdur.
O davam edib: Bu gün onun silahdaşları və tərəfdarları çətinliklərin sarsıda bilmədiyi qətiyyət və möhkəmliklə, Ələvi qüdrəti və misilsiz cəsarətlə ayaqdadırlar ki, sionistlərin və müstəkbirlərin qəlbinə sancılmış bir ox olsunlar.
Əsaib Əhlül-Həqq hərəkatının baş katibi vurğulayıb: Biz hələ də bu şərəfli yolda addımlayır və onu müdafiə edirik. İzzət və müqavimətin davam etdirilməsi yolunda tökülən hər bir qan damlasına sadiq qalır, tərəddüd etmədən və geri çəkilmədən bayrağı əmanət və izzətlə çiyinlərimizdə daşıyırıq ki, tam qələbə gerçəkləşsin və torpaq napakların çirkinliyindən təmizlənsin. Bütün daxili və xarici sui-qəsdlərin qarşısında sarsılmaz bir sədd, ümməti və onun müqəddəslərini qoruyan möhkəm bir dayaq olacağıq.
O, sonda deyib: Böyük ruhuna salam olsun. Tarixin səhifələrində əks-səda verəcək, ümid bəxş edəcək və qələbə yaradacaq səsinə salam olsun. Əhdimiz əvvəlki əhd olaraq qalacaq, vədimiz əvvəlki vəd olaraq qalacaq və biz bu yoldan dönməyəcəyik.
Hövzə | İraqın Əsaib Əhlül-Həqq hərəkatının baş katibi Seyid Həsən Nəsrullahın şəhadətinin ildönümü münasibətilə yayımladığı bəyanatda deyib: Seyid Nəsrullah sadəcə siyasi və ya hərbi rəhbər deyildi. O müdrik və uzaqgörən bir şəxsiyyət idi.
Rəyiniz