Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Fələstin naminə Qlobal İttifaq adi vətəndaşları, xalq hərəkatlarını, insan hüquqları təşkilatlarını, həmkarlar ittifaqlarını, vətəndaş cəmiyyəti qruplarını və Fələstinlə həmrəylik şəbəkələrini oktyabrın 9-dan 11-dək, cümə günündən bazar gününədək keçirilməsi planlaşdırılan tədbirlərdə iştirak etməyə çağırıb.
Bu böyük ittifaq cümə axşamı yayımladığı bəyanatda tərəfdarlarını küçələri, ictimai meydanları, parlamentləri, media platformalarını və rəqəmsal məkanları fələstinlilərlə fəal həmrəylik meydanlarına çevirməyə, ədalətin təmin olunması, məsuliyyətə cəlbetmə və İsrail işğalına son qoyulması üçün xalqın və siyasi dairələrin təzyiqini gücləndirməyə çağırıb.
İttifaq Qəzzada üç il ərzində baş verən qırğınların, dağıntıların, məcburi köçkünlüyün və hərbi mühasirənin davam edən reallıq kimi normallaşdırılması və ya qəbul edilməsi barədə xəbərdarlıq edib. İttifaq İsrailin fələstinlilərə qarşı cinayətlərini mümkün edən siyasi, hərbi və iqtisadi şərikliyinin bütün formalarına son qoyulmasını tələb edib.
İttifaqın üzvləri, həmçinin İsrailin beynəlxalq qurumlarda siyasi toxunulmazlığına son qoyulmasını, xüsusilə ABŞ-ın rəhbərlik etdiyi Qərb dövlətlərinin rəsmi dəstəyi fonunda bu məsələyə diqqət yetirilməsini istəyiblər. İttifaq bildirib ki, həmrəylik yalnız bəyanatlarla məhdudlaşmamalı, qaniçən İsrail rejiminin pozuntularını dayandırmağa yönəlmiş əməli təzyiqə çevrilməlidir.
Bu qrup razılaşmanın qüvvəyə minməsindən sonra baş verən davamlı bombardman və hücumlar nəticəsində 1460-dan çox fələstinlinin öldürüldüyünü qeyd edərək, İsrail rejiminin Qəzzada törətdiyi cinayətlərin hələ də davam etdiyini bildirib.
Fələstin naminə Qlobal İttifaq 2025-ci il iyulun 26-da Londonda parlament, həmkarlar ittifaqları və insan hüquqları sahələrinin nümayəndələrinin iştirakı ilə təsis edilib. Bu ittifaq Fələstin məsələsinə dəstək məqsədilə xalq və beynəlxalq səviyyədə səylərin əlaqələndirilməsi istiqamətində fəaliyyət göstərir.
Mənbə: english.palinfo.com
Rəyiniz