Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Papa XIV Leo qarşıdurmaların dayandırılmasının zəruriliyini vurğulayaraq bildirib ki, Yəmən xalqının və regionun bütün xalqlarının sülh şəraitində yaşaya bilməsi üçün düşmənçilik əməllərinə son qoyulmalıdır.
Papa XIV Leo Yəmənin cənub-qərbində yerləşən Taiz şəhərindəki humanitar vəziyyətlə bağlı xüsusi narahatlığını ifadə edərək qeyd edib ki, şəhər sakinləri ərzaq, içməli su və tibbi xidmət çatışmazlığından əziyyət çəkirlər. Məlumatlara görə, Taizdə qarşıdurmaların şiddətlənməsi və yanacaq çatışmazlığının getdikcə artması «UNİCEF» Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun dəstəyi ilə fəaliyyət göstərən su təchizatı sistemlərini təhlükə altına salır. Həmin sistemlər təxminən 3 milyon yəmənliyə, o cümlədən 1,6 milyona yaxın uşağa xidmət göstərir.
Papa çıxışının digər hissəsində qeyd edib ki, müharibələr təkcə ölüm və dağıntıların artmasına səbəb olmur, eyni zamanda dünyanı yoxsullaşdırır və dərin yaralar vurur.
O əlavə edib ki, müharibələrin ölüm və dağıntılarla yanaşı, dünyanı yoxsullaşdırdığı və zərərə məruz qoyduğu heç vaxt indiki qədər aydın görünməyib.
Papa, həmçinin İordaniyada Müqəddəs Georgi pravoslav kilsəsinə qarşı törədilmiş terror hücumunun qurbanları üçün dua edib, həlak olanların və yaralananların ailələrinə başsağlığı verərək onlara mənəvi dəstəyini və həmrəyliyini ifadə edib.
Mənbə: Ava Press
Hövzə | Papa Yəməndə humanitar vəziyyətin pisləşməsindən dərin narahatlığını ifadə edərək, ölkədə və bütün regionda düşmənçilik əməllərinin dərhal dayandırılmasına və sülhün bərqərar olmasına çağırıb.
Rəyiniz