çərşənbə axşamı 3 noyabr 2026 - 15:11
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin on yaşlı şagirdin məktubuna səmimi cavabı

Şagirdin məktubu İslam İnqilabının Ali Məqamlı Rəhbərinə çatıb. Ali Məqamlı Rəhbər də şagirdin səmimi məhəbbət ifadəsinə cavab olaraq ona məktub yazıb və qarşılıq olaraq Əlirzaya hədiyyə təqdim edib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, bir neçə gün əvvəl Tehranda yaşayan on yaşlı şagird Əlirza Bəxşi İrəc 14 sentyabr 2026-cı il tarixində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə səmimi məktub ünvanlayıb.

O, məktubunda Ali Məqamlı Rəhbərə olan sevgisini və onun tövsiyələrinə görə minnətdarlığını ifadə edib. Şagird, həmçinin ona təşəkkürünü bildirmək və İslam döyüşçülərinə yardım göstərmək məqsədilə müəyyən məbləğdə pul vəsaitini hədiyyə olaraq təqdim edib.

Şagirdin yazdığı məktubunun mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Salam, ağa!

Mən Əlirza Bəxşiyəm.

On yaşım var və Tehranda yaşayıram.

Düzünü desəm, məktubumun sizə çatıb-çatmayacağını bilmirəm.

Kaş ki, sizinlə yaxından görüşüb söhbət edə biləydim.

Düzünü desəm, verdiyiniz tövsiyələrə görə biz sizə çox borcluyuq.

Bu pul da sizə təşəkkür etmək və İslam döyüşçülərinə yardım göstərmək üçündür.

Sizinlə görüşmək arzusu ilə

Əlirza Bəxşi İrəc


14. 09. 2026

Şagird: Ağa ad gününüzü gec olsa da təbrik edirəm.

Məktub İslam İnqilabının Ali Məqamlı Rəhbərinə çatıb. Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei də şagirdin səmimi məhəbbətinə cavab olaraq ona məktub ünvanlayıb və öz növbəsində Əlirzaya hədiyyə təqdim edib.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin cavab məktubunun mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Əziz dostum, hörmətli Əlirza Bəxşi!

Allahın salamı və bərəkəti üzərinə olsun.

Səmimi diqqətinizə və mehriban münasibətinizə görə sizə təşəkkür edirəm. Fürsətdən istifadə edərək bildirim ki, mənim doğum günüm mart ayına təsadüf edir. Mən də öz növbəmdə sizin bu alicənablığınıza qarşılıq olaraq, dəyəri kiçik olsa da sizə bir hədiyyə təqdim edirəm. Ailə üzvlərinizə məndən salam söyləyin.

Seyid Müctəba Hüseyni Xamenei

11. 10. 2026


Ayətullah Seyid Müctəba Hüseyni Xamenei cavab məktubunun sonunda şagirdin xəttinin oxunaqlı və səliqəli olduğunu diqqətə çatdırıb.

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin on yaşlı şagirdin məktubuna səmimi cavabı

Əlirza Bəxşinin məktubu (şagird)

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin on yaşlı şagirdin məktubuna səmimi cavabı

Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin səmimi cavabı

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha