çərşənbə 4 noyabr 2026 - 22:27
Ayətullah Ərafinin Feyziyyə və Darüşşəfa mədrəsələrində 200 dəqiqəlik səfərinin təfərrüatları + fotolar

Hövzə / Ayətullah Ərafinin Feyziyyə və Darüşşəfa ali mədrəsələrinə əvvəlcədən xəbərdarlıq edilmədən, səmimi şəraitdə həyata keçirdiyi 200 dəqiqəlik səfər bu iki qədim elmi mərkəz üçün fərqli və yaddaqalan bir günə çevrilib. Səfər zamanı tələbələrin məişət və elmi-tədqiqat fəaliyyəti ilə bağlı qayğılarının dinlənilməsindən tutmuş, İslam İnqilabı dövrünün mübarizə xatirələrinin yenidən yada salınmasına qədər bir sıra mühüm məqamlar yaşanıb.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi şiə məzhəbinin ən qədim və nüfuzlu elmi mərkəzlərindən sayılan Qum şəhərindəki Feyziyyə və Darüşşəfa elmi hövzə mədrəsələrinə 200 dəqiqə davam edən səfəri çərçivəsində müəllimlər, rəhbərlər və gənc tələbələrlə üzbəüz görüşərək onların tədris və elmi-tədqiqat fəaliyyətinin son vəziyyətini, eləcə də peşə və sosial xarakterli qayğılarını araşdırıb.

Baxın:

Fotolar / Ayətullah Ərafinin Feyziyyə və Darüşşəfa elmi hövzə mədrəsələrinə səfəri

Tələbələrin otaqlarına baş çəkməsi, Elmi Hövzə və Ruhanilik Sənədləri Mərkəzinin xəzinəsinə və muzeyində olması, Qum Elmi Hövzəsinin Təbliğ və Mədəni İşlər üzrə müavinliyinin FAM Mərkəzində təşkil olunan azğın cərəyanların və saxta irfan təlimlərinin tənqidinə həsr edilmiş sərginin materialları ilə tanış olması, camaat namazı qıldırması, eləcə də İnqilabdan əvvəlki dövrdə mübarizə və qəhrəmanlıq günlərinə dair maraqlı xatirələri nəql etməsi onun üç saatdan artıq davam edən səfərinin əsas məqamlarını təşkil edib.

Baxın:

Fotolar / Ayətullah Ərafinin Elmi Hövzə və Ruhanilik Sənədləri Mərkəzinə səfəri

Ayətullah Ərafinin Feyziyyə və Darüşşəfa mədrəsələrində 200 dəqiqəlik səfərinin təfərrüatları + fotolar

Başlanğıc nöqtəsi: İslam hərəkatının yarandığı məkana gözlənilməz səfər

Günorta saatlarında Feyziyyə mədrəsəsinin tarixi həyəti Elmi Hövzələrin rektorunu qarşılayıblar. Ayətullah Ərafinin heç bir rəsmi mərasim və müşayiət olmadan, əvvəlcədən xəbərdarlıq edilmədən mədrəsəyə gəlməsi ilk dəqiqələrdən bu qədim fiqh mərkəzinin ab-havasını dəyişdi. Feyziyyə yalnız elm və fiqh rəmzi deyil, həm də İslam hərəkatının tarixi yaddaşı və müasir dövrün taleyüklü hadisələrinin baş verdiyi mərkəzdir. Bu məkanın hər bir otaq və eyvanı möhtəşəm qəhrəmanlıq tarixindən xəbər verir.

Ayətullah Ərafi mədrəsəyə daxil olduqdan sonra birbaşa həyətə və əsas dərs otaqlarına yönəldi, burada davam edən tədris fəaliyyəti, ali səviyyəli dərslərin təşkili və tələbələrin elmi fəaliyyəti ilə yaxından tanış oldu. Onun bu səfəri Elmi Hövzələrin rəhbərliyi ilə müəllim və tələbələrin əsas heyəti arasında davamlı əlaqənin göstəricisi idi. Bu, qədim ənənə olub, davam etdirilməsi Elmi Hövzələrdə elmi fəallığın və inkişafın təmin olunmasına xidmət edir.

Ayətullah Ərafinin Feyziyyə və Darüşşəfa mədrəsələrində 200 dəqiqəlik səfərinin təfərrüatları + fotolar

Tələbələrin fikirlərinin dinlənilməsi: Qayğı və tələblərlə birbaşa tanışlıq

Elmi Hövzələrin rektorunun vaxtının bir hissəsi Darüşşəfa mədrəsəsində və Feyziyyə mədrəsəsinin həyətində tələbələr və gənc alimlərlə səmimi, qeyri-rəsmi görüşlərə ayrıldı. Həyətin müxtəlif guşələrində, dəhlizlərdə və dəhlizlərin girişində yaranan maraqlı söhbət qrupları Elmi Hövzələrin yeni nəslinə məxsus tələbələrin fikir və tələblərini açıq şəkildə ifadə etmələri üçün dəyərli fürsət yaratdı.

Gənc tələbələr və yüksək səv dərslərin iştirakçısı olan alimlər bu gün qarşılaşdıqları əsas məsələləri açıq və təmkinlə dilə gətirdilər:

Məişət və yaşayış şəraiti ilə bağlı qayğılar: Mövcud iqtisadi şəraitdə istedadlı tələbələrin sosial-məişət təminatı infrastrukturunun gücləndirilməsinin zəruriliyi.

Tədris sistemi və dərs vəsaitləri: Hövzə elmi irsinin dərin ənənələrinin qorunması şərtilə dərs mətnlərinin yenilənməsi prosesinin düşünülmüş şəkildə davam etdirilməsinin vacibliyi.

Elmi-tədqiqat fəaliyyətinin istiqamətləndirilməsi və yeni təbliğat sahələri: İslam elmlərinin ixtisaslaşması, tədqiqatların cəmiyyətin real ehtiyaclarına uyğun aparılması, eləcə də virtual məkan və media sahəsində təsirli fəaliyyətin həyata keçirilməsi.

Elmi Hövzələrin istedadlı kadrlarına dəstək: Fəzilətli tələbələrin müəllimlik fəaliyyətinə, ixtisaslaşmış moizələrə və beynəlxalq fəaliyyətə cəlb olunmasının asanlaşdırılması.

Ayətullah Ərafi isə təmkinlə, bəzi mühüm məqamları qeyd edərək qaldırılan sualların və tələblərin hər birinə cavab verdi.

Elmi Hövzələrin rektoru Ali Şuranın və Elmi Hövzələrin rəhbərliyinin son planlaşdırma işlərini və inkişafyönümlü layihələrini izah edərək vurğuladı ki, Elmi Hövzələrin əsas heyəti şiəliyin fundamental sərvətidir. Gənc tələbələrin səsini və baxışlarını dinləmək yalnız idarəçilik vəzifəsi deyil, həm də Elmi Hövzələrin gələcək idarəçiliyinə dair qərarların formalaşdırılmasının ən mühüm mənbəyidir.

Ayətullah Ərafinin Feyziyyə və Darüşşəfa mədrəsələrində 200 dəqiqəlik səfərinin təfərrüatları + fotolar

Elmi Hövzə mədrəsələrinin müəllim və rəhbərləri ilə fikir mübadiləsi

200 dəqiqəlik proqramın davamında Elmi Hövzələrin rektoru Feyziyyə və Darüşşəfa mədrəsələrində fəaliyyət göstərən icraçı rəhbərlər, tədris və mənəvi-tərbiyə işləri üzrə müavinlər, eləcə də bir qrup müəllimlə intensiv işgüzar görüş keçirərək tədris proseslərini və həyata keçirilən cari proqramların vəziyyətini qiymətləndirdi.

Fikir mübadiləsi zamanı aşağıdakı məsələlər əsas müzakirə mövzularını təşkil etdi:

1. Elmi Hövzələrin ənənəvi və səmərəli tədris nizamı: Tarixən Elmi Hövzələrə xas olan dərin elmi müzakirələr, dərslərin yazılı xülasələrinin hazırlanması, eləcə də tələbə ilə müəllim arasında birbaşa ünsiyyət ənənəsinin dirçəldilməsi.

2. Müasir idarəetmə modellərinin tətbiqi: Tədris imkanlarının səviyyəsinin yüksəldilməsi, mədrəsələrin rəqəmsal kitabxanalarla təchiz edilməsi və tələbələrin ilkin elmi-tədqiqat mənbələrinə çıxışının asanlaşdırılması.

3. Müəllimlərin nümunəvi rolunun vurğulanması: Əqli və nəqli elmlərin tədrisi ilə yanaşı, tərbiyəvi və əxlaqi məsələlərin ön plana çəkilməsi, beləliklə, nəfsin tərbiyəsinin elmi inkişafla paralel şəkildə irəliləməsinin təmin edilməsi.

Ayətullah Ərafi Feyziyyə və Darüşşəfa mədrəsələrinin rəhbər heyətinin gecə-gündüz davam edən fədakar fəaliyyətini yüksək qiymətləndirərək bu iki mədrəsəni Qum şəhərinin fikir və mənəviyyat sahəsindəki hərəkatının ön cəbhəsi adlandırdı və tələbələrin təhsil nailiyyətlərinin gedişatına müntəzəm nəzarət edilməsinin vacibliyini vurğulayıb.

Ayətullah Ərafinin Feyziyyə və Darüşşəfa mədrəsələrində 200 dəqiqəlik səfərinin təfərrüatları + fotolar

FAM Mərkəzinin sərgisində azğın cərəyanların araşdırılması: Müasir şübhələrə fəal şəkildə cavab verilməsinin zəruriliyi

Səfərin növbəti hissəsi Qum Elmi Hövzəsinin Təbliğ və Mədəni İşlər üzrə müavinliyinin FAM Mərkəzində təşkil olunan azğın cərəyanlar və yeni meydana çıxan irfan təlimləri adlı ixtisaslaşmış sərgiyə baxışa həsr olundu. Sərgidə Əhməd əl-Həsən, qədimçilik meyilləri, vəhhabilik və bəhaiçilik də daxil olmaqla, psevdo-irfan təlimlərinin və bidətçi cərəyanların gənc nəsil və İslam cəmiyyətləri arasında meydana çıxması, təsir göstərmə üsulları və nüfuz vasitələri barədə son tədqiqatlar, sənədlər, kitablar və izahlı diaqramlar nümayiş etdirilirdi.

Səfər zamanı FAM Mərkəzinin əməliyyat fəaliyyətinə rəhbərlik edən Məhəmməd Cavad Nəsiri bu qurumun strukturu və imkanları haqqında məlumat verərək mərkəzin azğın cərəyanlara qarşı mübarizə sahəsində həyata keçirdiyi fəaliyyət və ixtisaslaşmış tədbirlər barədə hesabat təqdim etdi.

O, mərkəzin vəzifələrini izah edərək azğın məzhəb və cərəyanların elmi tənqid və araşdırılması, bu cərəyanların təsirinə məruz qalmış şəxslərə məsləhət xidmətlərinin göstərilməsi, eləcə də ictimai maarifləndirmə, məzhəblərin və fikir-mənəviyyat sahəsindəki azğınlıqların nüfuzunun və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən mədəni və qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verdi.

Səfərin davamında azğın məzhəb və cərəyanlarla bağlı əsər və sənədlərin, həmin məzhəbləri tanıdan lövhələrin, eləcə də yeni meydana çıxmış cərəyanlara aid edilən mənəvi məhsul və əşyaların nümunələrinin nümayiş olunduğu sərgi təşkil edildi. Həmçinin mərkəzin müxtəlif bölmələrinin mütəxəssisləri fəaliyyət göstərdikləri ixtisas sahələrini təqdim edərək hər bir bölmənin gördüyü işlər, əldə etdiyi nailiyyətlər və həyata keçirməyi planlaşdırdığı tədbirlər barədə hesabat verdilər.

Ayətullah Ərafinin Feyziyyə və Darüşşəfa mədrəsələrində 200 dəqiqəlik səfərinin təfərrüatları + fotolar

Elmi Hövzə və Ruhanilik Muzeyində və Sənədlər Mərkəzində tarix səhifələrinə nəzər

Bu səfərin növbəti mərhələsində Elmi Hövzə və Ruhanilik Muzeyinə və Sənədlər Mərkəzinə baş çəkildi. Bu məkan xəttatlıq nümunələri, böyük dini mərcələrin yazışmaları, İslam hərəkatı dövrünə aid bəyanatlar və əlyazmalar, eləcə də şiə alimlərinin ictimai fəaliyyət salnaməsini özündə ehtiva edən dəyərli və tarixi sənədlər xəzinəsidir.

Ayətullah Ərafi bərpa işləri yenicə başa çatdırılmış sənədlər və arxiv bölmələri ilə tanış olarkən bu sivilizasiya irsinin qorunub saxlanılmasını şəri və kimlik baxımından məsuliyyət adlandırdı.

Elmi Hövzələrin rektoru vurğuladı ki, şiəliyin tarixi kimliyi, ruhanilərin dinə xidmət və məzlumları müdafiə sahəsindəki fəaliyyət salnaməsi bu sənədlərdə öz əksini tapıb. O qeyd etdi ki, gələcək nəsillərin tarixi yaddaşının təhrif olunmuş rəvayətlər vasitəsilə zədələnməsinə imkan verməmək üçün rəqəmsal texnologiyalardan istifadə etməklə bu sənədlər tədqiqatçıların, tarixçilərin, eləcə də Elmi Hövzə və universitetlərin ziyalılarının istifadəsinə təqdim edilməlidir.

Ayətullah Ərafinin Feyziyyə və Darüşşəfa mədrəsələrində 200 dəqiqəlik səfərinin təfərrüatları + fotolar

Dua sədaları: Xatirələrlə dolu mehrabda namazın qılınması

Günorta azanının məlahətli səsi həzrət Məsumənin (s.ə) müqəddəs hərəmində əks-səda verdiyi zaman Elmi Hövzələrin rektorunun 200 dəqiqəlik səfəri Feyziyyə mədrəsəsinin qədim mehrabında başa çatdı. Feyziyyə mədrəsəsinin həyəti və ibadət zalı namaz qılanlarla, təcrübəli müəllimlərlə, xidmətçilərlə, tədqiqatçılarla və gənc tələbələrlə dolmuşdu.

Zöhr və əsr namazları Höccətül-islam vəl-müslimin Seyid Məhəmməd Şəbiri Zəncaninin imaməti ilə mənəviyyatla dolu bir mühitdə qılındı. Bu mənzərə minillik köklərə və möhkəm ənənələrə söykənən, eyni zamanda gələcəyin zirvələrinə doğru irəliləməyi və İslam ümmətinin ehtiyaclarının həllinə töhfə verməyi qarşısına məqsəd qoyan Elmi Hövzənin vəhdətinin, nizam-intizamının və dönməzliyinin aydın təcəssümü idi.

Ayətullah Ərafinin Feyziyyə və Darüşşəfa mədrəsələrində 200 dəqiqəlik səfərinin təfərrüatları + fotolar

Mübarizə xatirələrinin yenidən yada salınması: Feyziyyə mədrəsəsindən cihad səsi gələn günlər

Həmin günün ən coşqulu və duyğulu anlarından biri Ayətullah Ərafinin gənclik illərinə dair xatirələrinin yenidən yada salınması oldu. Feyziyyə mədrəsəsinin otaqlarından birində gənc tələbələrin ətrafına toplaşması və şahın zülmü dövründə Feyziyyədə baş vermiş qanlı və taleyüklü hadisələrin xatırlanması ilə Elmi Hövzələrin rektoru İslam İnqilabının qələbəsindən əvvəlki gərgin mübarizə günlərinə dair maraqlı və bilavasitə şahidi olduğu xatirələrini bölüşdü.

Elmi Hövzələrin rektoru SAVAK-ın yaratdığı boğucu mühitə, fəzilətli alimlərin coşqulu çıxışlarına, eləcə də İmam Xomeyninin (r) bəyanatlarının yayılmasında yeniyetmə və gənc tələbələrin göstərdiyi şücaətə toxunaraq dedi: Bu hücrələr və pilləkənlər yalnız dərs və müzakirə məkanı deyildi, həm də şücaət, fədakarlıq və bəsirət səngəri idi. Feyziyyəyə hücum edilən, Pəhləvi rejiminin işgəncə və zorakılıq vasitəsilə maarifçilik məşəlini söndürə biləcəyini güman etdiyi günlərdə tələbələrin saf imanı və onların mərhum İmamla qırılmaz bağlılığı qorxu səddini dağıtdı. Bu irsin, bu təhlükəsizliyin və azad dərs mühitinin qədrini bilin. Çünki bu binanın hər bir kərpici İslamın ən layiqli tərəfdarlarının çəkdiyi əzablarla, işgəncələrlə və tökülən qanlarla yoğrulub.

Bu canlı və qəhrəmanlıq ruhu ilə dolu çıxış tələbələrin səmimi toplantısında böyük ruh yüksəkliyi və həvəs yaratdı.

Qeyd edək ki, bu səfər Feyziyyə mədrəsəsinin yaxınlığında dəfn olunmuş naməlum şəhidlərin və alimlərin məzarları önündə yenidən ehtiramın ifadə edilməsindən sonra başa çatdı.

Müxbir: Əkbər Pustçiyan

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha