Səyyidə Məsumə Təqəvi Hövzə Xəbər Agentliyinin müxbiri ilə söhbətində "Nisa" surəsinin 34-cü ayəsinin təfsirini izah edərək bildirib ki, bu ayə kişilərin qadınlar üzərində rəhbərliyi, onların hüquq və məsuliyyətləri mövzusuna toxunur. O qeyd edib ki, bu ayə xüsusilə kişilərin ailədə rəhbərliyi və qadınların hüquq və vəzifələrinə dair məsələləri əhatə edir.
O, kişilərin rəhbərliyii barədə danışaraq bildirib ki, ayənin əvvəlində "Kişilər qadınlar üzərində rəhbərdirlər" ifadəsi işlədilir. Bu rəhbərlik, kişilərin ailədə üstünlüyü və məsuliyyət daşıması mənasını verir. Bu rol, kişilərin bəzi təbii xüsusiyyətlərinə, məsələn, fiziki güclərinə, maddi imkanlarına və onlara aid olan iqtisadi vəzifələrə əsaslanaraq müəyyən edilib.
Quran elmləri və maarifi tədqiqatçısı bildirib ki, kişilərin rəhbərliyi iki əsas amilə – təbii üstünlük və maddi təminata əsaslanır. O qeyd edib ki, Allah bəzi kişiləri bəzi qadınlardan üstün etmişdir. Bu üstünlük, kişilərin fiziki gücü və iqtisadi imkanları ilə əlaqədardır ki, bu da onların ailədə rəhbərlik rolunu icra etməsinə şərait yaradır.
O, əlavə edib ki, kişilər ailənin nəfəqəsini və həyat xərclərini təmin etməkdə məsuliyyətlidirlər. Bu maddi məsuliyyət, onlara ailə daxilində rəhbərlik rolunu yerinə yetirmək imkanı verir.
Quran elmləri və maarifi tədqiqatçısı bildirib ki, rəhbərlik mövzusunda müxtəlif baxışlar mövcuddur. Ənənəvi baxışda, bəzi təfsirçilər rəhbərliyin kişilərin qadınlar üzərində mütləq üstünlük anlamına gəldiyini və bu anlayışın cəmiyyətin bütün sahələrinə də tətbiq oluna biləcəyini irəli sürürlər.
O, davam edərək qeyd edib ki, müasir baxışda, bir çox müasir tədqiqatçılar rəhbərliyin sosial və ailəvi məsuliyyət kimi başa düşülməli olduğunu vurğulayırlar və burada qadınların hüquqlarına da hörmət göstərilməlidirlər. Bu baxış, ailədə əməkdaşlıq və iştirakı önə çıxarır.
Hövzə tədqiqatçısı xatırladıb ki, kişilərin qadınlar üzərində rəhbərliyi o demək deyil ki, qadınlar və ya uşaqlar kişiləri maddi çətinliklər və yoxsulluqda günahlandırmalıdırlar. Təəssüf ki, cəmiyyətdə bir çox insan üçün bu məsələ aydın olmamışdır ki, "Rəzzaq" və "ruzi verən" yalnız Allahdır və kişilər, istər ər, istərsə də ata, yalnız bir vasitəçidirlər.
O, əlavə edib ki, əgər ailə üzvləri hiss edirlərsə ki, digərlərindən az ruzi alırlar, onda onlar hansı davranışların və hərəkətlərin onların ruzi azalmasına səbəb olduğunu araşdırmalıdırlar. Həmçinin, ailədə qadının hansı metod və davranışları tətbiq etdiyini nəzərdən keçirməlidirlər ki, ailənin ruzi azalmağı nədəndir. Ruzinin azalması və ya artması faktorlarını araşdırmaqla buna çatmaq mümkündür.
Təqəvi bildirib ki, "ruzi" yalnız maliyyə məsələləri ilə məhdudlaşmır, əksinə, yaxşı valideynlər, ümumilikdə yaxşı ailə, təhlükəsizlik, yaxşı ölkə, yaxşı lider, yaxşı dost, yaxşı qonşu, sağlamlıq, müsəlman və şiə olmaq və sair hamısı ruzinin nümunələrindəndir.
Mətnin sonu.
Rəyiniz