bazar 15 iyun 2025 - 16:13
Sionist rejimi bütün İslam aləmi üçün böyük bir təhlükədir / Nicat yolu vilayət yolunda olmaqdır.

Hövzə/ Həzrət Məsumənin (ə) müqəddəs hərəminin xətibi bildirib ki: Allah Təala Əmirəl-möminin Əlinin (ə) vilayətini elan etdikdən sonra buyurub: Bu gün kafirlər artıq İslamın tarix səhnəsindən silinəcəyindən ümidsiz oldular. O əlavə edib: Bu ayə açıq şəkildə göstərir ki, İslamın qalması və davam etməsi vilayət məsələsindən asılıdır. İlahi vilayət necə ki, Peyğəmbər (s) və İmamların (ə) dövründə var idi, qeybət dövründə də bu vəzifə Vəliyyi-Fəqihə həvalə olunmuşdur.

Hövzə Xəbər Agentliyinin məlumatına görə Ayətullah Məhəmməd Məhdi Şəbzendedar  Həzrət Məsumənin (ə) müqəddəs hərəmində Qədir-Xum günü günorta vaxtı keçirilən dini mərasimdə çıxış edərək bildirib ki, dünya həmişə sevinc və kədər, xoş və pis anlarla müşayiət olunub. Bu gün isə ən böyük bayramdır (Eydullahi  Kəbir). Eyni zamanda belə sevincli və mübarək bir gündə İslam dünyası və şiəlik amansız zalımlar və uşaq qatili vəhşi Sionist cinayətkarların təzyiqi altındadır.

O əlavə edib ki, ölkənin böyük İslam döyüşçüləri və nüvə alimləri Sionist rejiminin işgəncəkeşləri tərəfindən şəhadətə yüksəldilmişlər.
Şəhadət onların üçün bir şərəfdir və onlar məsum İmamların (ə) yanında Allahın rəhmətindədirlər. Lakin belə uca və fədakar insanların  gecə-gündüz bu xalq üçün xidmət göstərənlərin itirilməsi bizim üçün çox ağırdır.

Hövzənin Ali Elmlər Şurasının katibi vurğulayıb ki, haqq yolunun daimi olaraq öncəki peyğəmbərlərdən başlayaraq məsum İmamların (ə) dövrünə qədər davam edən bu çətinliklərlə müşayiət olunduğunu xatırladıb:
İnsanın sərbəst iradə sahibi olaraq yaradılması Allahın istəyidir. Bu dünyanı isə hər kəs üçün bir imtahan və sınaq meydanı etmişdir.

O qeyd edib ki, Qədir-Xum bayramı müxtəlif cəhətlərdən mühüm məsələlərə malikdir: Bu günün əsas mövzularından biri Əli ibn Əbu Talibin (ə) yüksək sifətləri, möcüzəvi fəzilətləri və vəzifələrinin araşdırılmasıdır  elə ki, insan onun tərifində aciz qalır.

Ayətullah Şəbzendedar müqəddəs Maide surəsinin 67-ci ayəsinə istinad edərək bildirib: Allah Təala Peyğəmbərin (s) həyatının son dövrlərində bu ayəni nazil etdi və Peyğəmbərə (s) belə buyurdu:

Bizim sənə nazil etdiyimiz, yəni özün üçün vəli təyin etmək və vilayəti Əmirəl-mömininə (ə) təhvil vermək məsələsini müsəlmanlara bildirməlisən.

O vurğuladı ki: Bu məsələ (vilayət) o qədər mühüm və dəyərli bir mövqeyə malikdir və ilahi sünnətin və mənəvi nizamın arxitekturasında o qədər əsaslı yer tutur ki, Allah Peyğəmbərə (s) buyurur: Əgər bu məsələni xalqa çatdırmasan, elə bil ki, ümumiyyətlə sənə vəhy edilən risaləti  yəni ilahi hökmləri, maarif və dəyərləri  bəşəriyyətə çatdırmamısan.

Fəqihlərin Nəzarət Şurasının üzvü əlavə edib: Peyğəmbər (s) vilayəti elan edərkən bu narahatlığı yaşayırdı ki, bəlkə insanlar bu məsələyə müsbət yanaşmaz və Peyğəmbəri (s) qohumbazlıqda ittiham edərlər yəni onun öz yaxınlarından birini canişin seçməsinə irad tutarlar. Lakin Allah Təala açıq şəkildə buyurur: Biz səni insanlardan qoruyacağıq.

O sözünə belə davam edərək bildirib: Bu mübarək ayədən açıq şəkildə məlum olur ki, vilayəti-əmr (ümmətin rəhbərliyi və vilayəti) o qədər yüksək bir mövqeyə malikdir ki, əgər o İslamın təlimlərindən çıxarılsa, sanki İslamdan insana heç bir maarif və dəyər ötürülməmiş olar.

Ayətullah Şəbzendedar əlavə edib ki: İmam Baqir (ə) buyurur: İslam beş əsas üzərində qurulub, namaz, zəkat, oruc, həcc və vilayət.
Zürarə adlı bir tələbə İmam Baqirdən (ə) soruşdu: Bu vaciblərdən hansı daha üstündür?
İmam Baqir (ə) buyurdu: Vilayət  hamısından üstündür. Çünki digər dini dəyərlərin həyata keçməsi vilayət sayəsində mümkündür.

Sonra əlavə etdi: Vilayətə sahib olan şəxs elə biridir ki, İslamın bu əsas dayaqlarının hər birinin bərqərar olması üçün bələdçidir.

Daha sonra o əlavə edib: Vilayət Hökumətinin rəhbəri İlahi dəyərlərin qoruyucusudur. Kimlərsə iddia edir ki, hakimiyyətin ilahi məsələlərlə əlaqəsi yoxdur, bu Qurani Kərimə və rəvayətlərə tamamilə ziddir.
İslam dövləti necə ki, xalqın təhlükəsizliyini, rifahını və iqtisadi vəziyyətini təmin etməlidir, eləcə də insanların Allahla əlaqəsini, dini göstərişlərin, hicab və iffət kimi ilahi dəyərlərin icrasını da tənzimləməlidir.

İlahi hökmlərin icrası yolunda irəliləmək.

Elmi Hövzələrin Ali Elmlər Şurasının Katibi vurğulayıb ki, İslam hökuməti ilahi dəyərlərin qorunması məsuliyyətindən özünü azad edə bilməz.
İslam hökuməti İlahi hökmlərin həyata keçirilməsi yolunda addım atmalıdır.

O sözünə davam edərək bildirib: Həzrət Peyğəmbər (s) Qədir Xum bayramı günü əmr etdi ki, həcc mərasimində iştirak edən bütün insanlar bir yerə toplansın. Sonra Əmirəl-möminin Əlinin (ə) əlini qaldıraraq buyurdu:  Bu Əli (ə) mənim canişinimdir. 
Bu formada vilayət məsələsini, Əmirəl-möminin Əlinin (ə) rəhbərliyini, həm bəşəriyyətə, həm də İslam ümmətinə rəsmi şəkildə elan etdi.
Peyğəmbər (s) bu əmri yerinə yetirdikdən sonra Allah Təala bu ayəni nazil etdi:

 “Bu gün, Əmirəl-möminin Əlinin (ə) vilayətə və canişinliyə təyin olunması ilə kafirlər artıq İslamın tarix səhnəsindən silinəcəyindən ümidsiz oldular.

Deməli İslam Peyğəmbərinin (s) vəfatından sonra İslam dininin davamı, inkişafı və bərqərar olması vilayət məsələsinə bağlıdır.

İslamın ayaqda qalması vilayətə bağlıdır

Ayətullah Şəbzendedar bildirib ki: İslamın yaşaması və davamı birbaşa vilayətə bağlıdır.
Necə ki, vilayət İmamların (ə) zamanında var idi, qeybət dövründə də bu vilayət Vəliyyi-Fəqihin öhdəsindədir.
Bu gün İslamın davamı da Ali Rəhbər Ayətullah Xameneinin (Allah onu qorusun) öhdəsindədir və biz bu həqiqəti bu günlərdə aydın şəkildə görürük.

O əlavə edib:  Daha sonra Allah Təala buyurdu ki, bu gün vilayət elan olundu, Əmirəl-möminin (ə) İslam cəmiyyətinə rəhbər olaraq təqdim edildi, dininizi kamil etdim və sizə olan nemətimi tamamladım. Bu nemət səadət və qurtuluşa çatmağın böyük nemətidir və Allah istədi və məsləhət bildi ki, İslam sizin dininiz olsun.
Həzrət Məsumənin (ə) müqəddəs hərəminin xətibi mübarək Nur surəsinin 55-ci ayəsinə istinad edərək bildirib: Allah bu ayədə İslam ümmətinə bir müjdə verir:
İman gətirib saleh əməllər edənləri yer üzündə özünün xəlifələri edəcək, onlar üçün razı qaldığı dini (İslamı) sabit edəcək və əvvəlki qorxu və təhdidlər yerinə onlara əmin-amanlıq və sabitlik bəxş edəcək.

O əlavə edib: Vilayətə bağlı olan bir mömin insan düşmənin yaratdığı çətinliklər qarşısında dağ kimi möhkəm dayanacaqdır. Bu hadisələr onu nə ruhdan salacaq nə də meydanı tərk etməsinə səbəb olacaq. O, Allaha təvəkkül edərək meydanda qalacaq, düşmənə qarşı mübarizə aparacaq və Allahın köməyini görəcəkdir.

Ayətullah Şəbzendedar qeyd etdi ki, vəli (rəhbər) ilə ümmət arasındakı əlaqə insanın bədəni ilə ruh arasındakı əlaqə kimidir.
Əgər ruh bədəndən ayrılarsa bədən cansız cəsədə çevrilər və fəaliyyət qabiliyyətini itirər.
Deməli insanlığı və insan cəmiyyətini hərəkətə gətirən amil vilayətdir. Bu nemətin qədrini bilməli və onu qoruyub saxlamalıyıq ki, inşallah İmam Zamanın (ə.f) zühuruna şahid olaq.


Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha