Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin Nasir Rəfii, Həzrət Məsumənin (s.ə) müqəddəs hərəmində keçirilən maarif məclisində Həzrət Zəhranın (s.ə) mübarək mövludu münasibətilə öncədən təbrik edərək və İmam Xomeyninin (r) mövlud gününü yad edərək, Şura surəsinin 23-cü ayəsinə diqqət yetirməyin və “qurba məhəbbəti” vəzifəsinə əməl etməyin zərurətini vurğulayıb.
O, məhəbbət ayəsinin məqamını izah edərək bildirib: “Allah-Təala Peyğəmbərə buyurur ki, de: Mən risalətimə görə sizdən heç bir mükafat istəmirəm, yalnız yaxınlarıma məhəbbət göstərməyinizi istəyirəm.” Bu ayə, Peyğəmbərin (s) xidmətlərinə qarşılıq olaraq Ona hədiyyə vermək istəyən Mədinə tacirlərinə cavab olaraq nazil olmuşdur.
Rəfii, şiə və sünni müfəssirləri arasında “qurba” (yaxılar) kəlməsinin məfhumu barədəki yekdil rəylərə işarə edərək deyib: “Fəxri Razi öz təfsirində nəql edir ki, Peyğəmbərdən (s) qurba kimin olduğu soruşulduqda buyurdu: ‘Əli, Fatimə və onların övladları.’” İmam Hüseyn (ə) Aşura günündə, İmam Həsən (ə) öz xütbələrində və İmam Səccad (ə) Şamda bu ayəyə istinad etmişlər.
O əlavə edib: “Quranda peyğəmbərlərin risalət qarşılığında mükafat istəmədiklərinə dair təqribən on yeddi ayə var. Hamısında bildirirlər ki, biz sizdən bir şey istəmirik. Lakin yalnız bir Peyğəmbər üçün – İslam Peyğəmbəri (s) üçün Allah tərəfindən bir mükafat müəyyən edilib və o da Əhli-beytə (ə) məhəbbətdir.”
Əhli-beytə (ə) məhəbbətin mərtəbələri
Həzrət Məsumənin (s.ə) müqəddəs hərəmindəki xətib, mərhum Ayətullah Şahruddinin “Məvəddət ayəsindən dərslər” kitabına işarə edərək, Əhli-beytə (ə) məhəbbətin mərtəbələrini belə sadalayıb: qəlb məhəbbəti, dil ilə məhəbbət, əməli məhəbbət, canla məhəbbət, övladla məhəbbət, mal ilə məhəbbət və elmi məhəbbət. O bildirib ki, məhəbbətin ən aşağı dərəcəsi qəlblə olan məhəbbətdir. Hətta bəzən insan müsəlman olmaya bilər, amma Əhli-beyti (ə) sevə bilər. Məsələn, Corc Cordaq, Antuan Bara və Süleyman Katani — onların hər üçü xristian idilər, lakin Əmirəl-möminin (ə), İmam Hüseyn (ə) və Həzrət Zəhra (s.ə) barədə kitablar yazmışlar.
Rəfii əlavə edib: Xəlifə Ömərin oğlu Abdullah ibn Ömər, Peyğəmbərin (s) onu öpdüyünü gördüyü üçün İmam Hüseynin (ə) sinəsini öpmüşdü, lakin İmama yardım etməkdən çəkinmişdi. Deməli, qəlbi məhəbbət dəyərli olsa da, kifayət etmir.
O, məhəbbətin bildirilməsi zərurətinə toxunaraq dil ilə məhəbbəti qeyd edərək və dedi: “Əhli-beytə (ə) qarşı edilən təhqir qarşısında sükut etmək qəbuledilməzdir. Meysəm Təmmar və Dibl Xüzai öz məhəbbətlərini dillə ifadə etdilər və bunun əvəzində əzab və çətinliklərə qatlandılar.
Rəfii, irəli sürülən şübhələrə cavab verməyin vacibliyinə işarə edərək əlavə edib: Keçmişdə insanlar şübhələrini birbaşa imamlarla bölüşürdülər. Bu gün isə bəzi gənclər sosial şəbəkələrdə bir neçə şübhə ilə qarşılaşan kimi namazı və hicabı tərk edirlər. Hövzə elmi dairəsi digər qurumlardan öncə cavab vermək üçün meydana daxil olmalıdır.
Rəfii, əməli məhəbbətə toxunaraq bunun məhəbbətin ən mühüm növü olduğunu vurğulayıb və deyib: Əgər bir kəs Əhli-beyti (ə) sevirsə, lakin əməlində onların göstərişlərinə zidd davranırsa, onun məhəbbəti kamil deyil. İmam Baqir (ə) buyurub: “Bizim Allahla heç bir qohumluğumuz yoxdur. İnsanı Allaha yaxınlaşdıran yalnız itaətdir.
O əlavə edib: Hicab, doğruluq, günahdan çəkinmək və halal–harama riayət əməli məhəbbətin nişanələrindəndir.
Rəfii, İmam Hüseynin (ə) səhabələrinə işarə edərək məhəbbətin dördüncü növünü canla olan məhəbbət olaraq qeyd edib və deyib: Kərbəlada təkcə dil ilə və ya mal ilə məhəbbət kifayət etmirdi. Canla məhəbbət lazım idi. Buna görə də Həbib ibn Məzahir, Müslim ibn Ovsəcə və digər səhabələr canlarını fəda etdilər.
Hövzə alimi, Əhli-beytə (ə) məhəbbət və məvəddətin beşinci növünün övladlarını fəda etmək olduğunu bildirərək deyib: Həzrət Ummul-Bənin (s) İmam Hüseynin (ə) yolunda dörd övladını qurban verdi və bu, məhəbbətin zirvəsidir.
Rəfii, Ənfal surəsinin 41-ci ayəsinə istinad edərək mal ilə olan məhəbbəti xatırladıb və əlavə edib: “Xüms, Əhli-beyt (ə) qarşısında məhəbbətin ifadə yollarından biridir. İmam Rza (ə) buyurub ki, xüms bizim dinə dəstəyimizdir.”
O davam edərək deyib: Əhli-beytə (ə) məhəbbət və məvəddətin yeddinci növü elmi məhəbbətdir. Allamə Əmini ‘Əl-Qədir’ kitabını yazmaqla, Hişam ibn Həkəm mübahisələri ilə və digər böyük alimlər şübhələrə cavab verməklə öz elmi məhəbbətlərini göstərmişlər.
Rəfii sonda rəvayətlərə və Qurani-Kərim ayələrinə əsaslanaraq insanların azdırılmasını çox böyük bir günah adlandırıb və bildirib: Şübhə yayan və başqalarının azmasına səbəb olanlar həm öz günahlarını etmiş olurlar, həm də dindən azanların günahı onların adına yazılır. Buna görə də şübhə yayan şəxs məsuliyyət daşıyır və Allah qarşısında cavabverməli olacaq.
Xəbərin sonu.
Rəyiniz