çərşənbə axşamı 25 noyabr 2025 - 16:12
Cənubi Koreyada keçirilən ilk İslam incəsənəti sərgisi hər kəsi heyrətə saldı

Hövzə/ Cənubi Koreyanın Milli Muzeyi binasının üçüncü mərtəbəsinin bir hissəsini İslam incəsənəti qalereyasına ayırıb və bu bölmənin ziyarətə açılması cümə günündən etibarən ictimaiyyət üçün mümkün olacaq.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, Cənubi Koreya Milli Muzeyinin daimi sərgi zalının üçüncü mərtəbəsində yerləşən İslam incəsənəti qalereyası cümə günü ictimaiyyətin ziyarətinə açılacaq.

Bu bölmənin istifadəyə verilməsi münasibətilə muzey, Doha (Qətər) İslam İncəsənəti Muzeyi ilə birgə təşkil edilən və “İslam incəsənəti: Əzəmət və Şöhrətə Səyahət” adlanan xüsusi sərgiyə də ev sahibliyi edir. Sərgi 11 ay davam edəcək və Dohadan müvəqqəti olaraq gətirilən 83 eksponat burada nümayiş etdiriləcək.

Cənubi Koreya Milli Muzeyi bir müddətdir ki, dünya xalqlarının sənət nümunələrinin təqdim olunduğu xüsusi bölmə fəaliyyətə açıb və həmin dövrdən bəri müxtəlif regionlara aid mədəni irs nümunələrini ziyarətçilərə təqdim edir. Bununla belə, İslam mədəniyyəti ilk dəfədir ki, bu daimi sərgi məkanında geniş ictimaiyyətin qarşısında nümayiş olunur.

Sərgidə VII əsrdən XIX əsrə qədərki min ildən artıq dövrü əhatə edən İslam incəsənəti araşdırılır və eksponatlar üç əsas bölməyə ayrılır:

1. dini sənət,


2. İslam mədəniyyətinin yayılması və mədəni mübadilə,


3. İslam xəttatlıq sənəti.

Sərginin ən təsirli cəhətlərindən biri isə ekspozisiya məkanının memarlıq baxımından xüsusi şəkildə günbəzvari tavan və səkkizbucaqlı kompozisiya ilə dizayn edilməsidir. Bu, ziyarətçilərə elə bir təəssürat bəxş edir ki, sanki onlar bir məscidə daxil olurlar.

Mənbə: YONHAP NEWS AGENCY

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha