Hövzə Xəbər Agentliyinin müxbirinin məlumatına görə, Ayətullah Əlirza Ərafi bu gün Elmi Hövzənin idarə heyətində keçirilən görüşdə Qum Təhsil İdarəsinin rəhbəri və müavinləri ilə təlim–tərbiyənin mühüm və həssas mövqeyinə işarə edərək belə dedi: Elmi Hövzə mərkəzi sizinlə yanaşı və sizə yoldaş olaraq gənc nəsilə həm qızlara, həm də oğlanlara xidmət etməkdə fəxr edir. Onların yükünün bir hissəsini yüngülləşdirmək, lazım olan yerdə istiqamət vermək və lazım gəldikdə isə istiqamət almaq bizim üçün şərəfdir. Yeniyetmələrlə həmrəylik və onların yanında olmaq bizim üçün böyük fəxrdir. Mən bunu ürəkdən deyirəm. Buna görə də bütün idarəçilərə, müəllimlərə və təlim–tərbiyə sahəsinin bütün əməkdaşlarına səmimi şəkildə təşəkkür edirəm.
Təhsil sistemi nəhəng bir qurum və ağır bir məsuliyyət
Elmi Hövzələrin rektoru özünün uzun illər təlim–tərbiyə sahəsindəki elmi və idarəçilik təcrübəsinə işarə edərək dedi: Elə bir gün yoxdur ki, təhsil məsələləri barədə düşünməyim və ya onunla məşğul olmamağım istər Ali Mədəni İnqilab Şurası vasitəsilə, istər Tehranın və ölkənin digər bölgələrinin müxtəlif təhsil bölmələrində, istərsə də kiçik şəhərlərdə məzmun hazırlığı və məktəb inşası kimi fəaliyyətlərdə bu işlərlə məşğul olmamaq mümkün deyil.
O, bu qurumun geniş miqyasına diqqət çəkərək əlavə etdi: Təhsil sistemi olduqca böyük bir qurumdur və bu qədər böyük məsuliyyət qarşısında hər bir insan özünü kiçik hiss edir. Çünki bu, son dərəcə ağır bir vəzifədir.
Ölkənin bütün qurumları təlim–tərbiyədə öz rolunu yerinə yetirməyə borcludur
Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü müxtəlif hökumətlərlə iş təcrübəsinə toxunaraq bildirdi: Son bir neçə hökumət dövründə məsul şəxslərə, parlamentə və hökumətlərə açıq şəkildə demişəm ki, bütün qurumlar təhsil sistemi üçün nə etdiklərini və nə etməli olduqlarını müəyyənləşdirməlidirlər. Başqa sözlə, Nazirlər Kabinetinin ətrafında oturan bütün nazirlər daim ifadə etməlidirlər ki, təhsilin irəliləməsində onların payı və rolu nədir.
Təhsil və elmi qurumlara ciddi diqqət və strateji planlaşdırma zəruridir
Ayətullah Ərafi təhsil sistemi və elmi qurumlara strateji şəkildə yanaşmağın zərurətini vurğulayaraq dedi: Hər il büdcənin müzakirəsi zamanı istər Müşahidə Şurasında, istər parlament komissiyaları ilə birgə iclaslarda, istərsə də hökumətlə keçirilən görüşlərdə ilk növbədə diqqətə alınmalı olan məsələlərdən biri təhsil məsələləridir.
Qum Elmi Hövzəsinin müəllimlər cəmiyyətinin üzvü qeyd etdi: Nazirlər və məsullar yaxşı bilirlər ki, təhsil sistemi və universitetlər mühüm problemlərlə üz-üzədir və xüsusi diqqətə ehtiyac duyur. Əlbəttə, Silahlı Qüvvələr və səhiyyə sahəsi də böyük əhəmiyyətə malikdir, lakin ümumi planlaşdırmada təhsil və elmi sistem birinci prioritet olmalıdır.
O sözlərinə belə davam etdi: Hamınız bilməlisiniz ki, bu sahədə nə qədər ağır bir məsuliyyət daşıyırsınız. Mən də sizin yanınızdayam və təhsil işinin irəliləməsi üçün imkan daxilində nə lazımdırsa etməyə hazıram.

Qum şəhərinin İran və İslam dünyasındakı üstün mövqeyi
Ayətullah Ərafi Qum şəhərinin əhəmiyyətli mövqeyinə toxunaraq belə bildirib: Diqqət edilməli ilk məqam Qum şəhərinin İran və İslam dünyasında bənzərsiz mövqeyidir. Bu mövqe bütün müəllimlər, idarəçilər və şagirdlər üçün düzgün şəkildə izah edilməlidir. Bu səviyyədə bir məqam heç bir şəhərdə bu formada mövcud deyil. Qum kimlik formalaşdıran bir şəhərdir və bu kimlik məzmun istehsalı, dərslik və baraşurların hazırlanması, tədris və media proqramları vasitəsilə gücləndirilməlidir.
Həzrət Məsumənin (s) tarixi rolu və Qum şəhərinin minillik keçmişi
O əlavə edərək bildirib: Qum şəhərinin kimliyinin əsas mərkəzi Həzrət Məsumənin (s.ə) mübarək hüzuru və bu şəhərdəki böyük imamzadələrdir. Qum şəhıri min ildən artıqdır ki, bir xanımın bərəkətli varlığı ilə müsəlmanların toplanma mərkəzi və hidayət çırağı olmuşdur. Bu davamlılıq bu şəhərin formalaşmasında mühüm rol oynamışdır.
Qum şəhərinin minillik tarixə malik qədim İslam elmləri mərkəzi
Elmi Hövzələrin rektoru Qum şəhərinin elmi keçmişinə işarə edərək deyib: Qum şəhərinin hövzə tarixi çox möhtəşəmdir. Biz hövzənin yeni dövrünün yüzilliyini qeyd etmişik, lakin Qum elmi mərkəz kimi təxminən 1250 illik bir keçmişə malikdir. Bu proses İmam Sadiq (ə) və İmam Rza (ə) dövrləri ilə və Əşarilərin köçü ilə formalaşmış və bu günə qədər eniş–yoxuşlarla davam etmişdir. İslamın ilk iki–üç əsrində Qum, Bağdad və Nəcəf elmi mərkəzləri ilə birlikdə İslam və şiə fikrinin əsas üç sütunundan biri idi.
Qum şəhərinin imam-cüməsi əlavə edib: Qumda formalaşan fikir hələ də dünya şiə düşüncəsi üzərində təsirini saxlayır. Müxtəlif xilafət dövrlərində Qum şəhərinin siyasi mərkəzlərdən uzaq olması dərin elmi fəaliyyətlər üçün daha geniş imkan yaratmışdır. Bu proses heç vaxt dayanmadı, bəzən zəiflədi, bəzən gücləndi, amma həmişə davam etdi.
Qum şəhərinin İslam İnqilabındakı rolu və tarixi kimliyin davamı
Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü sözlərinə belə davam edib: Bu torpaq təkcə coğrafi bir yer deyil; Qum şəhərinin əhalisi elə xüsusiyyətlərə malik olub ki, bu şəhərin tarixini onlar formalaşdırıblar. İnqilab dövründə Qum şəhərinin əhalisinin dəstəyi olmasaydı, İmam Xomeyninin (r) məqsədlərinə çatmaq çox çətin olardı. Bu tarixi kimlik təhsil proqramlarında xüsusi şəkildə diqqətə alınmalıdır. Hövzə son yüz ildə yenidən öz zirvə mövqeyinə yaxınlaşıb və dünya İslam düşüncəsinin əsas mərkəzinə çevrilib.
Qum şəhərinin tarixi və İslam İnqilabındakı sivilizasiya rolu
Ayətullah Ərafi Qum şəhərinin tarixi roluna diqqət çəkərək demişdir: Qum şəhərinin əhalisinin yeni kimliyi və bu şəhərin ucalığı onun tarixi çətinlikləri və rol oyunlarından qaynaqlanır; bu kimlik bizim dövrümüzə və İslam İnqilabına qədər uzanmışdır.
O vurğulayıb: Bu gün dünyaya təsir göstərən hərəkat, inqilab və İslam düşüncəsi məhz bu torpaqda formalaşdı, xalq bu ideyanın arxasında durdu və daha sonra bu fikir dünyaya yayıldı. Bu, nə zarafatdır, nə də iddia həqiqətən də qlobal miqyasda böyük bir gerçəklikdir.
Qum Hövzəsinin Müəllimlər Cəmiyyətinin üzvü əlavə edib: Beynəlxalq səfərlərdən birində, Qumda təhsil almış pakistanlı bir alimlə dünyanın uzaq bir nöqtəsində rastlaşdım. Bu göstərir ki, Qum Hövzəsinin elmi və mədəni təsiri bu gün Avropada, Amerikada, Afrikada, Cənub–Şərqi Asiyada, Qafqazda və daha bir çox ölkədə müşahidə olunur.

Qum: Fikir istehsalı və beynəlxalq elmi rəhbərlik mərkəzi
Elmi Hövzələrin rektoru vurğulayıb ki, Qum şəhərinin mövqeyi yalnız görünüş və ya tarixi əhəmiyyətə malik deyil: Qum şəhəi fikir istehsalı mərkəzidir. Bu gün müxtəlif ölkələrdə Qum şəhəri ilə bağlı tədqiqat mərkəzləri fəaliyyət göstərir. Bu beynəlxalq rol ciddi bir reallıqdır və gücləndirilməlidir.
O qeyd edib: Qum şəhərində xidmət göstərmək, bütün İranın və hətta İslam və şiə dünyasının xidmətidir. Qum adi vilayətlərlə müqayisə edilməməlidir. Bu şəhər minillik bir kimliyə və nadir bir sərvətə malikdir.
Strateji düşüncə otağı və planlaşdırma zərurəti
Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü mədəniyyət idarəçilərinə müraciət edərək deyib: Qum şəhərinin tarixi və elmi potensialından yararlanmaq üçün müntəzəm düşüncə və ideya qrupları yaradılmalıdır. Qum şəhərinin kimliyi barədə proqramlar hazırlamaq və məzmun istehsalını gücləndirmək lazımdır. Bu tədbirlər gənc nəsli daha məlumatlı və kimlikli yetişdirməkdə təsirli olacaq.
Yeddinci inkişaf proqramına xüsusi diqqət
Ayətullah Ərafi çıxışının başqa bir hissəsində Yeddinci İnkişaf Proqramına toxunaraq dedi: Bu proqramın onuncu fəslində və əlaqəli cədvəllərində yaxşı imkanlar nəzərdə tutulub. Siz fəaliyyət sahəniz üçün xüsusi bölmələr çıxara və hətta bundan da irəli gedə bilərsiniz.
O əlavə etdi: Bu proqram üzərində çox iş görülüb və parlament ilə Müşahidə Şurası arasında müzakirələr zamanı böyük səylər göstərilib. Hökumət də bu mövzuya kifayət qədər diqqət yetirir.
Ayətullah Ərafi, təhsil sahəsində ali sənədlərin düzgün tətbiqinin əhəmiyyətinə toxunaraq vurğuladı: ‘Güclü vilayət səviyyəli bölmələr’ hazırlanmalıdır. Proqramlar yalnız səthi deyil, bütün tərbiyə göstəricilərində birinci yerə çatmaq məqsədilə hazırlanmalıdır. Əgər bu yanaşma vilayət səviyyəsində mədəniyyət halına gətirilərsə, tərbiyə prosesinin mühərrik qüvvəsi ola bilər.
Məktəb memarlığı və dizaynı tərbiyədə təsirli faktor
Elmi Hövzələrin rektoru təhsil məkanlarının memarlığını tərbiyədə əsas elementlərdən biri hesab edib: Hazırkı şəraitdə məktəb tikintisi və dekorasiya çətindir, lakin İslam və İran memarlığının fundamental rolunu unutmamalıyıq. İslam və İran memarlığına malik məktəblər ilhamverici, ruhlandırıcı və mənəvi təcrübə təmin edən məkanlara sahibdir. Hal-hazırda isə bir çox məktəb bu memarlıqdan məhrumdur və kimlik yaratmır.
O, məktəblərin yenidən qurulması və xeyriyyəçilərin iştirakı imkanlarına toxunaraq əlavə edib: Bəzi vilayətlərdə az maliyyətlə, zövqlü və xoş məkanlar yaradan uğurlu nümunələr mövcuddur. Məktəblərdə İslam memarlığına uyğun, estetik və ruhlandırıcı nümunələrin yaradılması üçün səylər göstərilməlidir.

Tələbələrin kimliyinin formalaşmasında incəsənət, ədəbiyyat və tarixin rolu
Ayətullah Ərafi incəsənət, ədəbiyyat və tarixi tərbiyənin əsas elementləri hesab edib: Bir çox incəsənət formaları tamamilə məqsədəuyğundur, şagirdlərin emosional və hissi ehtiyaclarını ödəyir və mühüm mədəni əsərlər yaradır.
O əlavə edib: Ədəbiyyatın yüksək səviyyədə tədrisinə diqqət yetirilməlidir. Şagirdlər Sədi və Hafiz və öz ədəbi-tarixi irsi ilə tanış olmalıdırlar. Bu sahələr kimlik yaradır, bilikləri artırır və mədəni istiqamət üçün dayaq rolunu oynayır. Buna xüsusi proqramlar tələb olunur.
Məktəb müdiri transformasiyanın başçı elementi
Elmi Hövzələrin rektoru məktəb direktorunu tərbiyə sisteminin ən vacib elementi hesab edib: Məktəbə ruh və motivasiya verirən və ya əksinə onu zəiflədən onun müdürüdür. Güclü rəhbər varsa, hətta struktural və tədris çatışmazlıqları da kompensasiya edilə bilər. Amma zəif rəhbər olduqda, ən yaxşı heyət və proqramlar təsirsiz qalır.
O son illərdə bəzi bölgələrdəki təcrübələrə işarə edərək dedi: Düzgün proqramlaşdırma, ixtisaslaşmış görüşlər və gənc, məlumatlı müdürlərin yetişdirilməsi əhəmiyyətli nəticələr verib və bu səylər ciddi şəkildə davam etdirilməlidir. Müdür öyrənməyə açıq, yaradıcı və təşəbbüskar olmalıdır. Heç bir şey motivasiyalı və bacarıqlı müdürün təsirini əvəz edə bilməz. Mənim fikrimcə, müdürlərə ayrılan maliyyə vəsaitləri artırılmalıdır ki, öz proqramlarını məktəbdə həyata keçirə bilsinlər.
Məktəb müdürlərinin sistemli şəkildə gücləndirilməsi zərurəti
Ayətullah Ərafi qeyd edib: Direktorların idarəetmə bacarıqlarını artırmaq üçün müntəzəm görüşlər təşkil olunmalıdır. Əgər on drektor üçün məqsədli və planlı on görüş təşkil edilərsə, bu, real dəyişiklik yaradar. Bu istiqamət mümkün qədər davam etdirilməlidir.
Məktəbdə mədəni və tərbiyəvi inteqrasiyanın vacibliyi
Ayətullah Ərafi çıxışının davamında məktəbdə bütün mədəni elementlərin koordinasiyasının əhəmiyyətini vurğuladı: Məktəb yalnız o zaman uğurlu olar ki, İslami cəmiyyət, Bəsic, tərbiyə müavini və digər bölmələr vahid sistem kimi fəaliyyət göstərsin. Hər hansı ayrı fəaliyyət tərbiyə sistemində pozuntu yaradar. Məktəbdə mədəni inteqrasiya böyük önəm daşıyır və xüsusi diqqət yetirilməlidir.

Yeni nəsillərin tanınması tərbiyə sisteminin ciddi çağırışı
Ayətullah Ərafi yeni nəsillərlə ünsiyyətin çətinliyini vurğulayaraq dedi: Yeni nəsli tanımaq asan iş deyil. Özüm yeniyetməlikdən ictimai fəaliyyətlərdə iştirak etmişəm, dünyanı və universitetləri görmüşəm, amma indi görürəm ki, mövcud nəsillə ünsiyyət qurmaq daha çətinləşib.
Mədəni dəyişikliklər, virtual məkan və fundamental sualların artması
Elmi Hövzələrin rektoru virtual məkanın yeni nəsilin düşüncə və mədəni həyatına geniş təsirinə diqqət çəkərək bildirdi: Əvvəllər media məhdud idi və aldatıcı təsirlər daha az idi. İndi isə virtual məkan inanclar və fəlsəfi məsələlər barədə çoxsaylı və mürəkkəb sualların ortaya çıxmasına şərait yaradır. Bu dəyişikliklərin çoxu bizim idarəmizdən kənarda baş verir və tərbiyə işini daha çətinləşdirir.
O əlavə etdi: Cümə xütbələrində də bu nəticələrə işarə etmişdim. Virtual məkan imkanlarla yanaşı, yeni nəsilin tərbiyəsi və tanınması üçün ciddi çağırışlar yaradır və bu, müəllimlərin xəbərdar olma zərurətini artırır.
Müəllim və rəhbərlərin xüsusi təlimə ehtiyacı
Ayətullah Ərafi müəllimlərin və tərbiyəçi kadrların gücləndirilməsinin vacibliyini vurğuladı: Müəllimlərimiz yeni nəsilin dilini bilməli və onlarla təsirli ünsiyyət qura bilməlidirlər. Müəllimlər, tərbiyəçilər və məktəb rəhbərləri üçün peşəkar təlimlər həm üz-üzə, həm də virtual zəruridir. Bu il biliyin artırılması üçün büdcə ayrılıb, amma bu kifayət etmir.
O məktəblərdə təhsil heyətinin fəaliyyətinə işarə edərək dedi: Mən narahatam ki, hövzə və ya məktəb müəllimi fəlsəfə, ilahiyyat və uyğun ədəbiyyatla tanış olmadan yeniyetmələrlə söhbətə girsin. Bu ciddi planlaşdırma tələb edir.
Təhsil sahəsində gələcək araşdırmalarının zərurəti
Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü gələcəyə yönümlü planlaşdırmanın əhəmiyyətini qeyd etdi: Təxminən on beş il əvvəl Təhsil Şurasında on il sonra təhsil vəziyyətinin öyrənilməsini təklif etdim. O zaman təhsil məkanlarının çatışmazlığı proqnozlaşdırıldı və hər il xeyriyyəçilərin köməyi ilə on yeni məktəb inşa etmək üçün planlaşdırma aparıldı. Bu proqnozlar bu gün düzgün şəkildə reallaşıb.
Ayətullah Ərafi vurğuladı: Gələcək araşdırmaları və strateji tədqiqatlar təhsil üzrə böyük planlaşdırmalar üçün zəruridir. Mənim təklifim budur ki, hər vilayətdə bir aktiv təhsil tədqiqat mərkəzi olsun.
Süni intellekt və kognitiv elmlərdə dəyişikliklər təhsildə önəmli imkan
Qum Hövzəsinin Müəllimlər Cəmiyyətinin üzvü süni intellektin əhəmiyyətinə işarə edərək dedi: Təxminən on beş ildir ki, yüzlərlə tədqiqatçı İslam elmləri və texnologiya sahəsində bu mövzuda fəaliyyət göstərir. Kognitiv elmlər və süni intellekt gələcək nəsilə böyük təsir göstərəcək. Əgər bu dəyişikliklərə passiv yanaşsaq, dini tərbiyənin gələcəyini xarici təsirlər formalaşdıracaq; lakin fəal yanaşsaq, bu təsirlərdən öz modellərimizi gücləndirmək üçün istifadə edə bilərik.
O əlavə etdi: Seçkin müəllimlərdən gözlənilir ki, ixtisaslaşmış qruplar yaratsınlar və süni intellekt məsələsini ciddi şəkildə izləsinlər.
Tərbiyə proqramlarında mənəvi hissin gücləndirilməsi
Ayətullah Ərafi çıxışını belə yekunlaşdırdı: Yeni nəsilin mənəvi hissi bəlkə də kitab və dərslərdə az görünür, amma düşərgələrdə, üz-üzə ünsiyyət və tərbiyə proqramlarında yaxşı əks olunur və inkişaf edir. Bu inkişaf plan və dəqiq yol xəritəsi tələb edir.
Xəbərin sonu.
Rəyiniz