çərşənbə axşamı 25 noyabr 2025 - 16:12
Həzrət Zəhra (s.ə) bütün tarixi dövrlərdə təsirli və fəal qadın simvoludur

Hövzə / Qadınlar Hövzəsinin tədqiqatçısı vurğuladı ki, Həzrət Zəhranın (s.ə) sosial kimliyi tarix boyunca ucaldılmış bir bayraq kimi təsirli, fəal, məsuliyyətli və yüksək insan ləyaqətinə sahib qadının simvoludur.

Hövzə Xəbər Agentliyinin Tehran üzrə müxbirinin verdiyi məlumatına görə, Fatimə Ümumdünya Məktəbinin rəhbəri və Qadınlar Hövzəsinin tədqiqatçısı Dr. Mərziyə Minayipur  “Hərim” radio proqramında müasir dünyanın mürəkkəb şəraitinə toxunaraq bildirib: Dünya elə bir yerdir ki, burada fərdlərin kimlikləri səthi və xarici baxışların təzyiqi altında zədələnir, amma Həzrət Zəhranın (s.ə) sosial kimliyi tarix boyu ucaldılmış bir bayraq kimi parlayır.

O əlavə edib: Həzrət Zəhranın (s.ə) şəxsiyyəti göstərir ki, insan dövrün səs-küyündən uzaq olaraq cəmiyyəti yalnız zahiri varlıqla deyil, həm də ləyaqət, məsuliyyət və insan şərəfi ilə dəyişdirə bilər.

Fatimə Ümumdünya Məktəbinin rəhbəri vurğulayıb: Həzrət Zəhra (s.ə) xalq arasında təsirli qadının simvoludur. Bu səbəbdən deyirik ki, o bütün tarixi dövrlər üçün nümunədir, çünki təsirli qadın olmaq heç vaxt tarixə məhəl qoymur. Zülmə qarşı duran, cəhalətə işıq tutan və çətinliklər qarşısında əyilməyən qadın, elə sosial və müsəlman qadın kimliyinin təcəssümüdür və bu, bütün müsəlman və qeyri-müsəlman qadınlar  üçün nümunə ola bilər.

Minayipur qeyd edib ki, həqiqi kimlik daxildən qaynaqlanır: Bu kimlik insanın içində çiçəkləndikdə, o mənfi özünü ucaldıcı olmur, əksinə, özünü inkşaf etdirir və özünü dərk edir. Özünü tanımaq baş verdikdə isə Allahı tanımaq yolu da açılır.

O əlavə edib ki, müsəlman və azad qadın fəal və seçici qadındır. Evdə olduğu kimi, cəmiyyətdə də təsirli və şüurludur. O, seçim edir və başqalarının onun yerinə qərar verməsinə imkan vermir. İnsan əxlaqı sahəsində öncül rol oynayır. Minayi-Pur bütün qızlara tövsiyə edir ki, həyatlarında dəyişiklik etmək istədikdə bunu fəal və kimlik yaradan yanaşma ilə etsinlər. Belə ki, öz keçmişlərindən fərqli olsunlar.

O Həzrət Zəhranın (s.ə) bu günün qadınları üçün nümunə olmasını qeyd edərək bildirib: Onun gücü daxili azadlıqdan və azad ruhundan qaynaqlanırdı. Bu kimlik və daxili mübarizə öz nəfsinə qarşı cihad elə böyük və əsl mübarizədir ki, Peyğəmbərimiz (s) də buna işarə edib və insanı formalaşdırır.

Qadınlar Hövzəsinin tədqiqatçıları ilahi hidayətin mənası və mexanizmi haqqında qeyd ediblər: Quranda buyurulur:
الله یهدی من یشاء “
Allah istədiyini hidayət edər”. Öz çərçivəsi və qaydaları olan, sərhəd xətləri müəyyənləşdirən insanlar ilahi dəstək alır. Bir addım atdıqda, Allah onlara yüz addım yaxınlaşır. Əvvəl çətin olan yol sonra su içmək qədər asan olur, çünki baxış bucağı dəyişir.

Minayipur əlavə edib: bu mərhələdə sərf etdiyim nəzakət gücdür, məhdudiyyət deyil. Qazandığım bilik bəzəkdir, yalnız zahir deyil. Bu bilik və daxili azadlıq sosial məsuliyyət yaradır, insanın zahiri və daxili tərəfləri onun fərdi və sosial kimliyini formalaşdırır. Bu yolda daim daxili mübarizə və səs var ki, deyir: Davam et.

O davam edib: İmam Xomeyni (r) “Qırx Hədis” kitabında bildirir ki, insan daim ağıllı və mərhəmətli qüvvələr ilə cahil və şeytani qüvvələr arasında mübarizə aparır. Bunu bəzən vicdan adlandırırıq. İnsan daim seçməlidir: Hansı üstün gəlsin təmkinli nəfs yoxsa əmr edən nəfs.

Minayipur yekun olaraq vurğulayıb: Bütün bunlar birlikdə insanın kimliyini formalaşdırır. Bu kimlik Fatimə nümunəsi əsasında qurularsa, qadını cəmiyyət üçün təsirli, azad, şüurlu və fəaliyyət göstərən şəxsə çevirə bilər.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha