Hövzə Xəbər Agentliyinin tərcümə qrupu xəbər verir ki, Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qabançi, Nəcəf şəhəri böyük Fatimiyyə hüseyniyəsində icra etdiyi cümə namazı xütbələrində bildirib: Rəsmi “Əl-vəqayə əl-İraqiyyə” qəzeti, hökumətin bütün qərarlarının nəşri üçün məsul olan orqan, terrorçuların, xüsusilə İŞİD ilə əməkdaşlıq edənlərin, o cümlədən Livan Hizbullahı və Yəmən Husiçilərinin əmlakının bağlanması barədə qanunu dərc edib. Bu məsələ qəribə və qəbulolunmazdır. Necə olur ki, dostlar düşmənə, düşmənlər isə dosta çevrilir?
O əlavə edib: Hökumət bu qərarın təsadüfi və səhv olduğunu açıqlasa da, biz inanırıq ki, bu səhv bağışlanmazdır və bununla bağlı araşdırma aparılmalı, məsul şəxslər cəzalandırılmalıdır.
Tramp beynəlxalq məhkəmələrdə mühakimə olunmalı, ona Nobel Sülh Mükafatı verilməsi nəzərdə tutulmamalıdır.
Nəcəf şəhərinin cümə imamı bildirib: Daha qəribəsi odur ki, Tramp iddia edib ki, İraq hökuməti ona Nobel Sülh Mükafatı verməyi təklif edib! Halbuki Fələstində 60 min şəhid həyatını itirib və o, İsrail rejiminin Livan, Suriya, Yəmən və İrana qarşı hücumlarının əsas dəstəkçisidir. Buna görə də Tramp təşviq edilməməli, beynəlxalq səviyyədə mühakimə olunmalıdır.
Xalq baş nazirin seçilməsini gözləyir
Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qabançi qeyd edib ki, xalq böyük həvəslə baş nazirin seçilməsini gözləyir. İndi top "Əlaqələndirmə Çərçivəsi" partiyası və şiə partiya və qruplarının meydanındadır. Biz, davamlı və nizamlı iclasları və əməkdaşlıq ruhuna görə Əlaqələndirmə Çərçivəsinə təşəkkür edirik. Amma xalq nəticəni səbirsizliklə gözləyir.
O, yeni parlament üzvlərinə müraciət edərək dedi: Xalq sizə etimad göstərdi. Buna görə də xalqınıza sadiq olun və onlara xidmət edin.
Nəcəf şəhərinin cümə imamı İraqın Kürdüstan bölgəsindəki son toqquşmalar barədə də qeyd etdi: Kürdüstanda baş verənlər şiddətli və dağıdıcı müharibədir ki, kəndlərin məhv olmasına səbəb olub. Biz bu məsələdə hökm vermirik, amma vurğulayırıq ki, Kürdüstan İraqın bir hissəsidir və mərkəzi hökumət bu toqquşmaları dayandırmaq və bölgədə təhlükəsizlik və sakitliyi təmin etmək məsuliyyətini daşıyır.
Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qabançi xütbənin digər hissəsində Həşdü əş- şəbi qüvvələrinə təşəkkür edib. Onlar öz səyləri ilə Bağdadda uçulmaq təhlükəsi olan Ər-Rəşad psixiatrik xəstəxanasını təmir və bərpa ediblər.
Dini xütbə: Əxlaq və davranışda gözəllik
Nəcəf şəhərinin cümə xütbəsində dini xütbə hissəsində insanın inkişafı mövzusundan “Gözəl ol” başlığı ilə danışdı və dedi: Allah gözəldir və gözəlliyi sevir.
O, Əmirəlmöminin Əlinin (ə) sözlərinə istinad edərək bildirdi:
(لِیَتَزَیَّنْ أحدُکُم لأخیهِ المُسلمِ إذا أتاهُ کما یَتَزَیَّنُ للغَریبِ الذی یُحِبُّ أن یَراهُ فی أحسَنِ الهَیئَةِ)
Hər biriniz, necə ki, onu ən gözəl halda görmək istəyən bir yad adamın qarşısına çıxarkən özünü səliqəyə salır və səliqəli olur, eləcə də müsəlman qardaşının yanına gedərkən özünü həmin qaydada səliqəli və gümrah şəkildə hazırlamalıdır.
O əlavə etdi: İnsan yalnız zahirini gözəl etməklə kifayətlənməməli, əxlaqını da gözəl etməlidir. Çünki gözəllik hər şeydə o cümlədən danışıqda (çünki gözəl söz sadəlikdir), yeməkdə və ibadətdə, yol getməkdə (çünki tələsik gediş təmtərağı pozur), hətta yuxu və geyimdə özünü göstərir.
Nəcəf şəhərinin cümə imamı əlavə etdi: Gözəllik yalnız zahirdə deyil, əxlaqda da özünü göstərir. Peyğəmbəri-Əkrəm (s) buyurub: «Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm.» Həmçinin İmam Səccadın (ə) bir duasında belə deyilir:
«Allahım, məni elə müvəffəq et ki, məni aldadan ilə yaxşılıq edim, məndən üz döndərənə yaxşılıq göstərim, məhrum edənə səxavətlə yanaşım, əlaqəni kəsənlə əlaqəni bərpa edim və mənim haqqımda pis danışanı xeyirli xatirə ilə qarşılayım.»
Daha sonra o, İmam Zeynəl-Abidinin (ə) Məkarimül-Əxlaq duasına istinad edərək dedi: «وَهَبْ لِی مَعَالِیَ الأَخْلاَقِ، وَاعْصِمْنِی مِنَ الْفَخْرِ» “Allahım, mənə üstün əxlaqi keyfiyyətlər ver və məni lovğalıqdan qoru.”
Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qabançi həzrət Ümmül-Bəninin (ə) vəfatının ildönümünə toxunaraq dedi: Bu əzəmətli xanım iki sahədə fədakar cihad etdi: Bütün sərvətini, dörd övladını İmam Hüseynin (ə) yolunda fəda etdi və Hüseynin (ə) yolunun qorunması və davam etdirilməsi uğrunda cihad: Hər gün haqq yolunda canlarını fəda edən övladları üçün matəm mərasimləri təşkil edərək, Aşura xatirəsini və İmam Hüseynin (ə) yolunun məqsədini yaşatdı.
Xəbərin sonu.
Nəcəf şəhərinin cümə imamı Seyid Sədrəddin Qabançi
Rəyiniz