Hövzə Xəbər Agentliyinin məlumatına görə, ölkə üzrə elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi “Səmah” məsləhət mərkəzlərinin rəhbərləri ilə Dövlət Reabilitasiya Təşkilatının rəhbərinin birgə iclasında, Qum şəhərində yerləşən Məsumiyyə elmi hövzə mədrəsəsinin akt zalında çıxış edərək qeyd edib: “Səmah" məsləhət mərkəzlərinin hövzə daxilində göstərdiyi xidmətlər alqışlanmalıdır. Çünki siz hövzə daxilində sağlamlığın əsas dayağısınız. Eyni zamanda millətimizə xidmət istiqamətində gördüyünüz geniş fəaliyyət və təqdim etdiyiniz xidmətlər də yüksək qiymətə layiqdir.
Elmi Hövzələrin rektoru sözünə davam edərək bildirib: “Biz İslamın göstərdiyi məsləhət və yanaşmaya əsaslanan psixologiya haqqında danışdıqda, iki yanlış nəzəriyyənin arasında dayanaraq, humanitar elmlər və məsləhət elmləri arasında əlaqə yaradan üçüncü nəzəriyyəni irəli sürür və ona inanırıq.
Ayətullah Ərafi deyib: “Birinci nəzəriyyə budur ki, məsləhət və psixologiya Qərbdə formalaşmış struktur və çərçivəyə əsaslanmalıdır. Qərb humanitar elmlərində təqdim edilən psixologiya isə insanın daxili mahiyyətinə dəyər vermir. Yəni insanların əhval-ruhiyyəsi ilə bağlı heç bir əlaqəsi yoxdur.
O əlavə edib: “İkinci nəzəriyyə isə yalnız dini mənbələrə söykənməyi əsas tutur və elmə, təcrübəyə ehtiyac olmadığı kimi yanlış bir fərziyyəni irəli sürür. Bu da qəbul olunan bir yanaşma deyil.
Ölkə üzrə Elmi Hövzələrin rektoru vurğulayıb: “Üçüncü və doğru nəzəriyyə budur ki, İslam elmləri və dini göstərişlərlə bəşəri təcrübələr arasında elə bir əlaqə yaradaq ki, bunlar bir-birini tamamlasın.
O sözlərinə belə davam edib: “Məsləhət sahəsində də biz inanırıq ki, insanların təcrübələrindən faydalanmalıyıq. Elə dinin özü də bizi buna dəvət edir və insanın kəraməti Qurani-Kərimdə təsbit edilmişdir.

Ayətullah Ərafi, dinin elmin inkişafına səbəb olduğunu bildirərək qeyd edib: “Bu baxımdan məsləhət sahəsində elmə dəyər verməklə yanaşı çalışmalıyıq ki, əldə etdiyimiz nəticələr yeni modellərin formalaşmasına gətirib çıxarsın.”
O əlavə edib: “İslam baxımından məsləhətin fəlsəfəsi və ya insanşünaslıq sahəsində aparılan fundamental araşdırmalar, Səmah məsləhət mərkəzlərinin yerinə yetirməli olduqları mühüm vəzifələrdən biridir.
Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü vurğulayıb: Fiqh və hüquq sahələrinin məsləhət düşüncəsi özünəməxsus xüsusiyyətlərə malikdir. Psixologiya fiqhi istiqamətində də ciddi addımlar atılmalı, bununla yanaşı məsləhət etikası da xüsusi diqqət mərkəzində saxlanmalıdır.
Elmi Hövzələrin rektoru sözlərinə belə davam edib: “Məsləhət sisteminin daxilində yer alan prinsiplər və metodlar mütləq şəkildə etibarlı mənbələrdən çıxarılmalıdır.
Ayətullah Ərafi bəyan edib: “İslami məsləhət sistemi geniş və hərtərəfli bir baxışa malikdir və bu çərçivədə müxtəlif nəzəriyyələrin formalaşdırılması mümkündür. Bu istiqamətdə Səmah ixtisaslaşmış məsləhət mərkəzinin və əlaqədar qərargahın bu perspektivi düzgün şəkildə yerinə yetirməsi vacibdir. Mən də bu yolda tam şəkildə əməkdaşlığa hazır olduğumu bildirirəm.

Elmi Hövzələrin rektoru çıxışının ikinci hissəsində Səmah məsləhət mərkəzinin təlimçi hazırlığı sahəsinə xüsusi diqqət ayırmasını vacib hesab edərək bildirdi: “Eyni zamanda siz mövcud problemləri araşdırmalı və təhlil etməlisiniz.
O, hövzənin əsas strukturuna diqqət çəkərək əlavə etdi: Bu elmin əhatəsində psixologiya ilə bağlı bir neçə qol mövcuddur və Səmah mərkəzi bu sahədə ixtisas və istiqamətlərin layihələndirilməsində fəal rol oynamalıdır.
Ayətullah Ərafi qeyd etdi: Elmi bacarıqlar da eyni qaydada formalaşmalıdır və rəhbərlik ilə müəllimlər məsləhət sistemindən ümumi şəkildə xəbərləri olmalıdırlar.
Elmi Hövzələrin rektoru sözünə davam edərək vurğuladı: Hər bir dini təhsil ocaqlarında mütləq bir məsləhətçi olmalıdır və araşdırma sistemi də gücləndirilməlidir.
Ölkə üzrə Elmi Hövzələrin rektoru əlavə etdi: “Səmah məsləhət mərkəzi bütün dini təhsil ocaqları ilə əlaqədə olmalı, bununla yanaşı ölkənin əmək və əhalinin sosial qurumu və universitetləri ilə də daimi əlaqəni təmin etməlidir.

Elmi Hövzələrin rektoru çıxışının son bölümündə gənclərlə əlaqənin vacibliyini vurğulayaraq bildirdi: “Gənclərin problemləri xüsusi diqqət mərkəzində olmalıdır. Çünki bu gün gənclərlə ünsiyyət zəifləyib və onlarla daha güclü əlaqə qurmaq lazımdır.
O, hövzə daxilində təhsil məsləhətinin əhəmiyyətini önə çəkərək qeyd etdi: “Süni intellekt məsələləri və genetik sahəyə dair mövzular yeni müzakirə istiqamətləridir və hər biri diqqətlə araşdırılmalıdır.
Ayətullah Ərafi bildirib: “İlahiyyatçılar xalqın xidmətindədir və biz gələcək üçün narahatlıq duymalı, plan və proqramlara sahib olmalıyıq. İxtisaslaşmış mərkəzlər də bu istiqamətdə xüsusi layihələr və proqramlar hazırlamalıdır.
O, əmək və əhalinin sosial qurumu ilə imzalanmış əməkdaşlıq memorandumu barədə danışaraq deyib: “Bu memorandumu başlanğıc nöqtəsi hesab edərək, onun hüdudları daxilində beşillik bir proqram hazırlamalıyıq və ortaq məxrəc yaratmalıyıq. Bu proqram çərçivəsində hövzənin on beş bölməsi əmək və əhalinin sosial qurumu ilə əməkdaşlıq edəcək.
Xəbərin sonu






Rəyiniz