Hövzə Xəbər Agentliyinin məlumatına görə, “İdeal cəmiyyətə doğru” adlı məhdəviyyət mövzusunun silsiləli müzakirələri, İmam Zaman (ə.f) haqqında maarif və təlimlərin yayılması məqsədilə siz dəyərli oxuculara təqdim olunur.
Qurani-Kərimin bir sıra ayələrində bəzi ölülərin dünyaya yenidən qaytarılması prosesi qeyd edilmişdir
Həzrət Üzeyr peyğəmbər (ə)
Həzrət Üzeyr peyğəmbər (ə) dünyasını dəyişəndən yüz il sonra Allahın əmri ilə yenidən dirildilmiş və dünyaya geri dönərək uzun illər həyatını davam etdirmişdir.
أَوْ كَالَّذِي مَرَّ عَلَىٰ قَرْيَةٍ وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا قَالَ أَنَّىٰ يُحْيِي هَٰذِهِ اللَّهُ بَعْدَ مَوْتِهَا ۖ فَأَمَاتَهُ اللَّهُ مِائَةَ عَامٍ ثُمَّ بَعَثَهُ ۖ قَالَ كَمْ لَبِثْتَ ۖ قَالَ لَبِثْتُ يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ ۖ قَالَ بَلْ لَبِثْتَ مِائَةَ عَامٍ فَانْظُرْ إِلَىٰ طَعَامِكَ وَشَرَابِكَ لَمْ يَتَسَنَّهْ ۖ وَانْظُرْ إِلَىٰ حِمَارِكَ وَلِنَجْعَلَكَ آيَةً لِلنَّاسِ ۖ وَانْظُرْ إِلَى الْعِظَامِ كَيْفَ نُنْشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًا ۚ فَلَمَّا تَبَيَّنَ لَهُ قَالَ أَعْلَمُ أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
Bəqərə surəsi, 259-cu ayə: Yaxud xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (Üzeyir əleyhissalamın xəbərini eşitmədinmi)? O demişdi: “Allah buranı ölümündən sonra necə dirildəcək?” Beləcə, Allah onu yüz illiyinə öldürdü. Sonra onu diriltdi və: “Nə qədər (yatıb) qaldın?” - dedi. O dedi: “Bir gün, yaxud bir gündən də az qaldım”. (Allah ona) dedi: “Əksinə, yüz il qalmısan. Yeməyinə və suyuna bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax (ölüb və sadəcə sümükləri qalıb)! Səni insanlar üçün ibrət dərsi etmək məqsədilə (belə etdik). (Uzunqulağın) sümüklərinə bax, gör onları necə birləşdirir, sonra da onları ətlə örtürük!” Ona (hər şey) aydın olan zaman: “İndi yaxşı bilirəm ki, Allah hər şeyə qadirdir!” – dedi.
Bəni-İsrailin seçilmişləri
Həzrət Musa (ə) öz qövmündən yetmiş nəfər seçilmiş şəxsləri Tur dağının ətəyinə apardı ki, Musa peyğəmbərin (ə) Allahla olan söhbətinə və ilahi tapşırıqların alınmasına şahidlik etsinlər. Onlar Musa peyğəmbərin (ə) Allahla danışığını gördükdə dedilər: “Ey Musa! Biz Allahı açıq-aşkar şəkildə görməsək sənə iman gətirməyəcəyik.
Həzrət Musa (ə) onları bu əsassız və mümkünsüz tələblərindən çəkindirdi, lakin onlar israr etdilər. Nəticədə ilahi ildırım onları yaxaladı və hamısı həlak oldu. Musa peyğəmbər (ə) bu hadisədən narahat oldu və Bəni-İsrail içində yaranacaq fəsad və qarışıqlıqdan nigaranlıq keçirdi. Buna görə də Həzrət Musa (ə) Allahdan onların yenidən həyata qaytarılmasını istədi. Onun duası qəbul edildi və Allah onları yenidən dünyaya qaytardı.
ثُمَّ بَعَثْنَاکُمْ مِنْ بَعْدِ مَوْتِکُمْ لَعَلَّکُمْ تَشْکُرُونَ.
Bəqərə surəsi, 56-cı ayə: Ölümünüzdən sonra sizi yenidən diriltdik ki, bəlkə şükür edəsiniz.
Ölümdən sonra dünyaya qayıdış (rəcət)
وَيَوْمَ نَحْشُرُ مِنْ كُلِّ أُمَّةٍ فَوْجًا مِمَّنْ يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُونَ
Nəml surəsi, 83-cü ayə: O gün hər ümmətdən ayələrimizi yalanlayan bir dəstəni bir yerə toplayacağıq və onlar (haq-hesab yerinə) göndəriləcəklər.
Bu ayədə elə bir gündən bəhs olunur ki, həmin gün müəyyən bir qrup insan dirildilərək dünyaya qaytarılacaq. Bu günün Qiyamət günü olmadığı tam aydındır. Çünki Qiyamət günü bütün insanlar yəni birincidən sonuncuyadək hamılıqla dirildilir və heç kim istisna olmur.
Qurani-Kərim belə buyurur:
وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَى الْأَرْضَ بَارِزَةً وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًا
Kəhf surəsi, 47-ci ayə: O gün (axirət günü) dağları hərəkətə gətirəcəyik (yox edəcəyik) və yer üzünü dümdüz görəcəksən. Onlardan heç kimi kənarda qoymayıb (hamısını) bir yerə yığacağıq.
Mərhum Təbərsi “Məcmuəl-bəyan” təfsirində Nəml surəsinin 83-cü ayəsi barəsində yazır ki, Əhli-Beytdən (ə) gələn rəvayətlərə görə, bu ayə İmam Məhdinin (ə.f) zühurundan sonra dünyaya qayıdacaq bir qrup şiə və eləcə də bir qrup düşmən barəsindədir.
Quranda ölümdən sonra dünyaya qayıdışa işarə edən başqa bir ayə də vardır:
وَحَرَامٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَاهَا أَنَّهُمْ لَا يَرْجِعُونَ
Ənbiya surəsi, 95-ci ayə: Məhv etdiyimiz bir məmləkətin (xalqının dünyaya) geri dönməsi qadağan olunmuşdur.
Bu ayə rəcətin yəni qayıdışın ən mühüm dəlillərindəndir. Çünki Qiyamət günü hamı istər həlak olmuş, istərsə də olmamış dirildiləcək. Deməli, ayədəki “geri dönməzlər” ifadəsi Qiyamətə deyil, dünyaya qayıdışa aiddir.
İmam Baqir (ə) və İmam Sadiq (ə) bu ayənin təfsirində buyurublar:
«فهذه الآیة من أعظم الدلالة فی الرجعة، لان أحدا من أهل الاسلام لا ینکر أن الناس کلهم یرجعون إلی القیامة، من هلک ومن لم یهلک، فقوله: «لا یرجعون» عنی فی الرجعة، فأما إلی القیامة یرجعون حتی یدخلوا النار.» (بحارالانوار، ج ۵۳، ص ۵۲)
«Bu ayə rəcətə dair ən böyük dəlillərdəndir. Çünki İslam ümməti arasında heç kim inkar etmir ki, Qiyamət günündə bütün insanlar o cümlədən həlak olan da olmayan da dirildiləcəklər. Buna görə də ayədəki “geri dönməzlər” ifadəsi rəcətə aid edilir. Amma Qiyamətə gəldikdə, onlar (həlak olanlar belə) dirildiləcək və cəzaya düçar olmaq üçün Cəhənnəmə daxil ediləcəklər.»
(Biharul-ənvar, c. 53, s. 52)
Bu müzakirələrin ardı var....
Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə
Rəyiniz