Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, tarixi araşdırmalar göstərir ki, «hicab» qədim İran və yəhudi qövmü kimi sivilizasiyalarda uzun bir keçmişə malikdir və onunla bağlı qanunlar bəzən İslam hökümlərindən daha sərt olub.
Sual:
Tarixçilərin baxışına görə, «hicabın» tarixi hansı dövrə gedib çıxır?
Qısa cavab:
Tarixi mənbələrdən məlum olur ki, «hicab» qədim «İranda» və «yəhudi» qövmündə mövcud olub və hətta İslamda olan hicab qanunlarından da daha çətin qaydaları olub. Bu barədə Vil Durant yazır: “Əgər bir qadın yəhudi qanunlarını pozar və baş örtüyü olmadan camaat arasına çıxardısa, kişi mehriyyə ödəmədən onu boşamaq hüququna malik idi.”
O həmçinin qədim «İran» haqqında yazır: «Cəmiyyətin yüksək təbəqələrinə mənsub qadınlar evdən yalnız örtülü və hicab ilə çıxardılar. Halbuki cahiliyyət dövründə yaşayan ərəbər İslamdan sonra hicabı qəbul etmişdilər.
Ətraflı cavab:
Tarixi mənbələrdən belə nəticə çıxır ki, qədim İranda və yəhudi toplumunda həmçinin deyilənlərə görə Hindistanda hicab mövcud olmuşdur və hətta bəzi hallarda İslam qanunlarından da daha sərt şəkildə tətbiq edilirdi. Halbuki ərəb cahiliyyəti dövründə hicab anlayışı yox idi və hicab İslam vasitəsilə ərəb cəmiyyətində formalaşdı.
Vil Durant yəhudi xalqı və Talmud qanunları haqqında yazır:
“Əgər bir qadın yəhudi qanunlarını pozsaydı məsələn, başı örtülü olmadan insanların arasına çıxsa idi yaxud küçədə ip əyirsə və hər hansı bir kişi ilə səmimi söhbət etsəydi və evdə danışarkən qonşular onun sözlərini eşitsəydi bu halda kişi ona mehriyyə ödəmədən boşanmaq haqqına malik idi. (1)
O, həmçinin qədim iranlı qadınlar haqqında yazır:
“Cəmiyyətin yuxarı təbəqəsinə mənsub qadınlar evdən yalnız örtülü və hicab ilə çıxardılar. Onlara kişilər ilə açıq şəkildə ünsiyyət qurmağa əsla icazə verilməzdi. Evli qadınların, hətta ataları və ya qardaşları olsa belə, heç bir kişini görmək hüququ yox idi. Qədim İrandan qalan təsvirlərdə heç bir qadının üzünə rast gəlinmir və onların adları da qeyd olunmur. (2)
Bəli İslamdan sonra cahiliyyət dövründə yaşayan ərəblər də bu hökmü qəbul etdilər və İslam geyimi ilə hicaba riayət etməyə başladılar. Zəməxşəri bu barədə nəql edir ki, Aişə daim Ənsar qadınlarını belə tərifləyərdi:
“Ənsar qadınlarına eşq olsun! Nur surəsinin ayələri nazil olan kimi onlardan əvvəlki kimi çölə çıxan bir nəfər də görünmədi. Başlarını qara yaylıqlarla örtürdülər, sanki başlarının üstündə qara qarğa var idi. (3), (4)
Qeydlər:
(1) Sivilizasiyanın tarixi, Vil Durant; tərcüməçi: Kamyab Həsən, Behnud, Tehran, 1391 şəmsi ili, birinci nəşr, cild 4, səh. 461.
(2) Həmin mənbə, səh. 434.
(3) Əl-Kəşşaf ən həqaiq ğəvamidi-əttənzil və uyunil-əqavil fi vucuhit-təvil, Zəməxşəri, Mahmud; Darül-Kitab əl-Ərəbi, Beyrut, 1407 hicri-qəməri, üçüncü nəşr, cild 3, səh. 229.
(4) İslamşünaslıq və şübhələrə cavab, Rizvani, Əli Əsğər; müqəddəs Cəmkəran məscidi nəşriyyatı, Qum, 1386 şəmsi ili, üçüncü nəşr, səh. 517.
Mənbə: Ayine rəhmət
Rəyiniz