çərşənbə 11 iyun 2025 - 16:39
Bu gün İslam ümməti birliyə, ayıqlığa, uzaqgörənliyə və daha dərin müdrikliyə ehtiyac duyur.

Elmi Hövzələrin başçısı, İslam dünyasının mövcud vəziyyətinə, küfr və təkəbbür qüvvələrinin hiylələrinə işarə edərək qeyd etdi ki: Bu gün İslam ümməti birliyin möhkəmləndirilməsinə, ayıqlığa, uzaqgörənliyə və daha dərin müdrikliyə ehtiyac duyur. Bu qarşılıqlı əlaqələrin əsas mərkəzi isə heç bir şübhə olmadan alimlərdir və bu mərkəzilik ön planda olmalıdır.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, Ayətullah Əlirza Ərafi Əfqanıstanlı alimlərdən bir qrupu ilə görüşdə belə bəyan edib: Mən hər zaman Əfqanıstanın seçkin mövqeyinə inanmışam. Bu torpaq, dərin elmi və idrak sahibi olan böyük alimlər, tələbələr və fəzilət sahibləri nəslini yetişdirmişdir. Əfqanıstanın alimləri və böyükləri yalnız elmi və mədəni sahələrdə deyil, eyni zamanda təbliğ sahəsində də parlaq uğurlar əldə etmişlər.

O əlavə edib: İslam dünyasının elmi qurumları arasında Camiətul-Mustafa (Beynəlxalq İslam Elmləri Mərkəzi) mənim inancıma görə ən öncül mövqelərdən birinə malikdir.

Elmi Hövzələrin başçı, İran və Əfqanıstan xalqları arasında mövcud olan dərin və möhkəm bağlara toxunaraq qeyd edib: Bu iki xalq arasında mövcud olan birlik, ortaq kimlik və həmrəylik dünyanın bir çox yerindən daha aydın və daha güclüdür.

Xubriqan şurasının üzvü, Əfqanıstan şiə icmasının İslam ümmətindəki təsirli roluna diqqət çəkərək vurğulayıb: Bu böyük icma bu gün həqiqətən də İslam dünyasının təsiredici sütunlarından biridir. Həm İranda, həm Əfqanıstanda, həm də mühacirətdə yaşayan alimlər həmişə Əhli-Beyt (ə) maarifinin öndə gedəni  olmuş və İslamın ali ideallarının həyata keçirilməsi yolunda böyük addımlar atmışlar.

Sonda isə Elmi Hövzələrin başçı, İslam dünyasının bugünkü vəziyyətinə və küfr və istibdad qüvvələrinin hiylələrinə işarə edərək, belə nəticə çıxarıb: Bu gün İslam ümməti daha artıq ayıqlığa, uzaqgörənliyə və dərin müdrikliyə ehtiyac duyur. Bu qarşılıqlı əlaqələrin əsas mərkəzi isə heç şübhəsiz alimlərdir və onların bu rolu daha da önə çıxarılmalıdır.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha