bazar 11 may 2025 - 15:32
İmam Rza (ə) hərəminin qəlbdən ziyarəti

Hövzə/Əhli-Beyti (ə) sevənlərin hər biri istəyir ki, hərəmə ziyarətə getdikdə ən gözəl ziyarəti yerinə yetirsinlər. Ziyarətin mühüm məqamlarından biri budur ki, ziyarətiniz qəlbdən olsun. Qəlbdən ziyarət isə o deməkdir ki, daxil olarkən əvvəlcə izin istəyəsiniz. Əgər mənəvi bir hal tapsanız, o zaman hərəmə daxil olasınız.

Hövzə Xəbər Agentliyi / İmam Rzanın (ə) müqəddəs hərəmi pənahı olmayanların pənahı, ümidi olanların isə sığınacaq yeridir. Rauf İmamın (ə) mövlud günləri yaxınlaşdıqca qəlblər Onun hərəminə yönəlir. Bu mübarək günlərdə bəzi insanlara ziyarət nail olur və imamın hüzuruna gedərək onun müqəddəs məzarını ziyarət edirlər.

 Amma ziyarət etmək səadətinə nail olmayanlar isə qəlblərini Həzrətin hərəminə yönləndirərək sevinc və eşq göz yaşları axıdırlar.

Əhli-Beyt (ə) sevənlərin hamısı istəyir ki, hərəmə ziyarətə getdikdə ən gözəl ziyarəti yerinə yetirsinlər. Ziyarətin mühüm nöqtələrindən biri budur ki, ziyarət qəlbdən olsun. Qəlbdən ziyarət isə budur ki, hərəmə daxil olarkən əvvəlcə "izin" istəyəsiniz. Əgər mənəvi bir hal tapsanız, o zaman hərəmə daxil olasınız.

Bu ziyarəti Ayətullah Bəhcət (r) tövsiyə edərdi. Həzrət Rza (ə) hərəminə daxil olmaq üçün ondan izin istəyərkən belə deyirsiniz:

《أأدخل یا حجة الله》
《 Ey Allahın Höccəti, daxil olum?》

O zaman qəlbinizə müraciət edin və baxın, orada bir dəyişiklik baş veribmi, halınızda bir dəyişiklik varmı? Əgər bu mənəvi halı hiss etdinizsə, deməli, Həzrət (ə) sizə izin vermişdir. Göz yaşlarının axması bizə bir ismarıcdır. Bu o deməkdir ki, daxil olmaq izini verilmişdir.

Bəzi böyük alimlər tövsiyə edirdilər ki, İmamın  (ə) hərəminə daxil olduqda bu duanı oxuyun:

«یَا أَیُّهَا الْعَزِیزُ مَسَّنَا وَأَهْلَنَا الضُّرُّ وَجِئْنَا بِبِضَاعَةٍ مُزْجَاةٍ فَأَوْفِ لَنَا الْکَیْلَ وَتَصَدَّقْ عَلَیْنَا ۖ إِنَّ اللَّهَ یَجْزِی الْمُتَصَدِّقِینَ»

Tərcüməsi:
 “Ey vəzir! Bizə və ailəmizə müsibət (quraqlıq, qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla (sənin yanına) gəlmişik. (Buna baxmayaraq, yenə də onun müqabilində) bizim üçün ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!

Yusuf surəsi, 88-ci ayə

Ey əziz! Bax, yorğun və halsızam 
Ulduzlarla dolu gözlərim, boş qalan ətəyim.  

Biz o zəiflərik ki, Miqata üz tutmuşuq,  
Utanaraq, azacıq bir rüzgarlıqla gəlmişik.

Həzrət İmam Rzanın (ə) mübarək hərəmində ziyarət namazı qılmaq və ona aid duaları oxumaq insanın mənəvi bağlılığını möhkəmləndirir və onun ruhunu saflaşdırır. 

İmam Rza (ə)ın hərəmində dua oxumaq, təkcə hacətlərin qəbul olunması üçün bir fürsət deyil, həm də imanın güclənməsi və Allaha yaxınlaşmaq üçün bir fürsət sayılır. Ziyarətçilər pak qəlblə və ixlaslı niyyətlə Allahın dərgahına dua edərək ümid edirlər ki, İmam Rzanın (ə) vasitəçiliyi ilə problemləri və ehtiyacları aradan qalxacaqdır.

Bu duaların hər biri, insanın Allah və Əhli-Beyt (ə) ilə olan dərin mənəvi bağını əks etdirir və möminlərin ilahi övliyalara olan sevgi və sədaqətinin bir nişanəsidir.

— Zöhrə Əmani

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha