Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata əsasən,süni intellekt mövzusunda şübhələrin cavablandırılması sahəsində fəaliyyət göstərən qurumların on doqquzuncu fikir mübadiləsi iclası Qum Elmi Hövzəsinin ağıllı texnologiyalar üzrə idarəetmə qərargahının rəhbəri
və Qum Hövzəsinin şübhələrə cavab və tədqiqat mərkəzi eləcə də digər əməkdaş qurumların iştirakı ilə bu gün 3 iyun çərşənbə axşamı səhər saatlarında daruş-şifa mədrəsəsinin Əmirəl-möminin (ə) adına olan zalında keçirildi.
Bu iclasda Qum Elmi Hövzəsinin tədqiqat işləri üzrə müavini Höccətül-İslam vəl-müslimin Türkaşvənd, Elmi Hövzələrin ağıllı texnologiyalar üzrə katibi doktor Məhəmməd Rza Qasimi, Şərif Universitetindən doktor Bəşarəti, Süni İntellekt mərkəzinin texnologiyalar üzrə müavini Mühəndis Nuşin çıxış edərək mövzu ilə bağlı təqdimatlar ediblər. İclasın sonunda iştirakçılar arasında ortaq müzakirə həyata keçirilib.
Rəyiniz