Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə böyük şeytan Amerika və qəsbkar sionist rejimin İran İslam Respublikasına qarşı təcavüzünü pisləmək məqsədilə Pakistanın Kəraçi şəhərində möhtəşəm bir yürüyüş keçirilib.
Bu yürüşdə müxtəlif dini və siyasi partiyaların rəhbərləri, ictimai fəallar və çox sayda insan iştirak edirdi. Onlar “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları ilə öz etiraz səslərini dünyaya çatdırıblar.
İştirakçılar İran İslam Respublikasını dəstəklədiyini bildirərək vurğulayıblar: İrana hücum əslində bütün İslam ümmətinə hücum deməkdir.
Höccətül-İslam Nisar Əhməd Qələndəri öz çıxışında deyib: İran maddi güclərə arxalanmadan dünyanın ən böyük güclərinə qarşı dayanıb və bu qələbə şübhəsiz İran İslam Respublikasının xeyrinə tamamlanacaqdır.
Höccətül-İslam Sadiq Rza Təqəvi bildirib: İslam İnqilabının “Amerikaya ölüm, İsrailə ölüm” şüarı bu gün hər bir azad insanın dilində əzbərdir. İran bu müharibədə Amerika və İsrailin rüsvay olacağını göstərəcəkdir.
Hakim Əhməd Nurani deyib: İran öz hücumları ilə dünyaya bu mesajı çatdırdı ki, İsrailin dəmir qübbəsi xəyal və yuxudan başqa bir şey deyil.
Höccətül-İslam Şahənşah Hüseyn Nəqəvi vurğulayıb: Dünya Amerikanı çox güclü bir dövlət kimi tanıyırdı.
Lakin bu gün İran sübut etdi ki, yeganə böyük gücə sahib olan yalnız uca Allahdır. Amerika ilə İsrailin məğlubiyyəti isə qaçılmazdır.
Höccətül-İslam Seyid Həsən Zəfər Nəqəvi, Pakistan müsəlmanlarının Vəhdət Məclisinin Baş Katibi deyib: Bəzi İslam ölkələrinin xəyanətinə baxmayaraq, İran təkbaşına Amerika və onun qeyri-legitim övladı İsraili dünya qarşısında rüsvay edibdir. Yaxın zamanda bu qeyri-legitim rejim yer üzündən silinəcək.
Pakistanın Şiə Alimlər Şurasının yüksək vəzifəli şəxlərindən biri olan Höccətül-İslam Nazir Təqəvi bildirib: İnsanlar Amerika konsulluğu qarşısında etiraz aksiyasına hazır olsunlar. Belə bir həssas vəziyyətdə biz heç vaxt Rəhbərimizi tək qoymayacağıq.
Xəbərin sonu.
Rəyiniz