Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən İslam Radiosu və Televiziyalarının təşkilatına istinadən,Tbilisinin Soğanlıq qəsəbəsində yerləşən Əhli-Beyt məscidinin cümə imamı Höccətül-İslam Hacı Rahid Kərim:
Bu gün İran xalqı şiələr və İslam dünyası üçün bir qürur mənbəyidir. Ali Rəhbər buyurur ki, biz məzlumuq, amma zəif deyilik. Hazırda dünya iki cəbhədə aparılan müharibənin şahididir. Bir tərəfdə yəhudilər, digər tərəfdə isə müsəlmanlar dayanır. Bir tərəfdə Xeybər qalasını quranlar, digər tərəfdə isə Xeybərin fatehləri durur.
O əlavə edib;
Keçmiş zamanlarda, xüsusilə də İslam cəmiyyəti və şiə cəmiyyəti müdrik və uzaqgörən bir rəhbərdən məhrum olduğu vaxtlarda belə suallar verilirdi: “Şiəlik doğrudan da əsil bir məzhəbdir, yoxsa yox?”, “Şiəlik haradan meydana gəlib?”
Amma bu gün biz elə bir nöqtəyə çatmışıq ki, İslam dünyasının ən güclü ölkəsi məhz şiələrə məxsusdur. Çünki bu ölkə və bu yol, Peyğəmbərin (s), Əlinin (ə) və Hüseynin (ə) yolu ilə gedir.
Tbilis şəhərinin cümə imamı əlavə edib:
Biz fəxr edirik ki, bir müsəlman ölkəsi, yəhudi kimi təxribatçı bir rejimin üzərinə gedib onları məğlub etdi və müsəlmanlara izzət və şərəf bəxş etdi.
Allaha and olsun ki, Ayətullah Xamenei bizim qürurumuz və izzətimizdir.
Siz harada belə bir ölkə tanıyırsınız ki, İsraillə üz-üzə gəlsin?
O vurğulayıb: Heç kimə fars və ya ərəb olduğuna görə mükafat verilməyəcək. Allahın mükafatı təqvalı olanlara aiddir.
Bu əsasla, millətçilik qınanılır. İrq və milli üstünlük iddiaları pislənilir.
Bu gün biz İslamın izzəti üçün dua edirik və bu mövzuda bütün qövmlərdən və irqlərdən olan insanlar birlik içindədirlər.
Höccətül-İslam Rahid Kərim vurğulayıb ki, sionist rejim mütləq cavab verməli və mühakimə olunmalıdır. Dedi:
Bu mübarizədə bizim ən azı vəzifəmiz İran xalqı üçün və onların küfr cəbhəsi üzərində qələbəsi naminə dua etməkdir.
Mübarizə iki formada aparılır:
Biri cəbhədə üz-üzə döyüşmək,
Digəri isə sosial şəbəkələrdə və virtual məkanda mübarizə aparmaqdır.
Bu gün virtual aləmdə aparılan mübarizənin dəyəri az hesab edilməməlidir.
Bəzən görürsən ki, təkər yandırıb tüstülədirlər və bunu İsrailin haranısa vurması kimi göstərirlər.
O əlavə edib:
Ən azı bizim vəzifəmiz odur ki, sosial mediada aktiv olaq.
Küfr cəbhəsi tam şəkildə fəaldır və dünya bu mübarizəni izləyir.
İranın İsrailə cavabı bütün ərəblərin və müsəlmanların arzuladığı bir şey idi.
Onlar görürlər ki, İran Qəzzənin qisasını necə alır.
Qəzzədə gördüyümüz səhnələr bu gün işğal olunmuş torpaqlarda, İsraildə təkrarlanır.
İran xalqı İslam dünyasında güc və izzətin nümunəsidir.
Həmçinin Gürcüstanın Marneuli rayonunda yerləşən İmam Əli (ə) məscidinin cümə imamı Höccətül-İslam Hacı Hacıyev bildirib ki, sionist rejimin İrana qarşı hücumu İslam ölkələrinin suverenliyi və müstəqilliyinin açıq şəkildə pozulmasıdır. Sonra deyib:
İran xalqının Ayətullah Xamenei ilə birlikdə təkbaşına küfr cəbhəsinin qarşısında dayanması İslam ümmətinin gücünün və böyüklüyünün göstəricisidir.
Xəbərin sonu.
Rəyiniz