cümə 13 iyun 2025 - 16:36
Ali Rəhbərin ətrafında birliyin və həmrəyliyin təmin olunması zəruri və vacibdir.

Həzrət Ayətullah Nuri Həmədani vurğuladı: Tarixin bu həlledici və həssas məqamında vilayəti fəqihin yəni İslam İnqilabının Ali Rəhbərinin ətrafında birliyin və həmrəyliyin qorunması zəruri və mütləqdir.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Həzrət Ayətullah Üzma Hüseyn Nuri Həmədaniyə (Allah onun uca kölgəsini davamlı etsin) aid olan bu gün səhər tezdən Sionist rejimin həyata keçirdiyi vəhşi cinayətə dair bəyanatın tam mətni belədir:

Bismilləhir-Rahmənir-Rahim

Sionist rejimin vəhşi, zalım və qeyri-legitim hücumu kəskin şəkildə pislənilir. Şübhəsiz ki, İran İslam Respublikasının Silahlı Qüvvələri bu cinayətə qətiyyətli cavab verəcəkdir.

Dəyərli genrallarımızdan xüsusilə şəhid Baqiri və şəhid Səlami  və eləcə də hörmətli elm adamlarımızdan bəzilərinin şəhadəti (ki, inşallah, onların yolu daha güclü və əzmlə həmkarları tərəfindən davam etdiriləcəkdir), habelə günahsız mülki vətəndaşların şəhadəti onu göstərir ki, bu vəhşi rejim ömrünün son günlərində mövcudluğunu qorumaq naminə heç bir cinayətdən çəkinmir.

Tarixin bu həssas və həlledici anlarında vilayəti fəqihin, yəni İslam İnqilabının Ali Rəhbərinin ətrafında birliyin və həmrəyliyin qorunması zəruri və vacibdir. İstənilən fərd, cərəyan və ya qrup tərəfindən cəmiyyətdə ixtilaf və parçalanma yaratmaq düşmənlə həmrəylik kimi dəyərləndirilir. Hamı ayıq-sayıq olmalı və İslamın, inqilabın and içmiş düşmənlərinin  başda Amerika və sionist rejimin eləcə də onların yerli nökərlərinin hiylələrinə qarşı diqqətli olmalıdır.

Sonda şəhidlərə dərin hüznlə başsağlığı verir, onların ali məqamlara ucalmasını, yaralılara şəfa, mücahidlərə zəfər və təxribatçı sionist rejimin məhvini uca Allahdan diləyirəm.

13 iyun 2025
Hüseyn Nuri Həmədani

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha