Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, “Tədqiqat və Texnologiya Həftəsinə” həsr olunmuş təntənəli mərasim, İsra Beynəlxalq Vəhy Elmləri fondunun elmi əsərləri və tədqiqat nailiyyətlərinin təqdimatı ilə birgə, bu gün çərşənbə axşamı, 16 dekabr 2025-ci il tarixində Qum şəhərində yerləşən İsra Beynəlxalq Vəhy Elmləri fondunun konfrans zalında keçirilmişdir.
Baxın:
Bu mərasimdə tədqiqatçılar, alimlər və elmi-tədqiqat sahələrinə maraq göstərən şəxslərin iştirakı ilə İsra fondunun Qurani-Kərimin təfsiri sahəsində əldə etdiyi ən son elmi nailiyyətlərin təqdimatı həyata keçirilmişdir. Tədbirin əsas məruzəçisi qismində çıxış edən ölkənin elmi hövzələrinin rektoru Ayətullah Ərafi hövzə tədqiqatlarının əhəmiyyətini və tədqiqatçıların ölkənin elmi və ictimai inkişafındakı rolunu geniş şəkildə izah etmişdir.
Baxın:
İsra Beynəlxalq Vəhy Elmləri fondunun rəhbəri ilə Ayətullah Ərafinin görüşünə dair fotolar

Ayətullah üzma Cavadi Amuli islam elmi tədqiqatı və elmi biliklərin yaradılmasının kamil modeli
Bu mərasimdə ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Ərafi əməli saleh şəxslərin, hövzə və universitetin uca məqamlı şəhidlərinin, eləcə də Müqəddəs Müdafiə şəhidlərinin əziz xatirəsini ehtiramla yad edərək tədqiqatçıları və elmi yeniliklərə imza atanları ölkənin ən dəyərli intellektual sərmayəsi kimi qiymətləndirmiş, onların zəhmətinə layiqincə dəyər verilməsinin vacibliyini vurğulamışdır.
Elmi Hövzələrinin rektoru Ayətullah Ərafi, Ayətullah üzma Cavadi Amulinin elmi və idarəçilik mövqeyini yüksək dəyərləndirərək qeyd etmişdir ki, möhtərəm ustadın elmi rəhbərliyi islam elmi mühitində tədqiqat, araşdırma və elmi biliklərin yaradılması baxımından kamil və hərtərəfli bir modeldir.
Qəyyumlar Şurasının üzvü olan Ayətullah Ərafi, Ayətullah Cavadi Amulinin əhatəlili elminə və dərin düşüncəsinə işarə edərək bildirmişdir: O, fəlsəfə, irfan, kəlam, təfsir, fiqh və üsul, hədis və ərəb ədəbiyyatı da daxil olmaqla əsas islam elmlərində nadir və seçilən bir elmi səriştəyə malikdir. Bu əhatəli elm isə İslam düşüncəsində fundamental nəzəriyyələrin formalaşmasına və genişmiqyaslı konseptual sistemlərin qurulmasına zəmin yaradır.
Uğurlu tədqiqatçının xüsusiyyətləri
Ayətullah Ərafi çıxışının digər bir hissəsində uğurlu tədqiqatçının xüsusiyyətlərinə toxunaraq bildirmişdir ki, universitetlərlə səmərəli əlaqə qurmaq bacarığı, sahələrarası elmi mühitləri tanımaq, eləcə də düşüncəni elmi və ictimai platformalarda təqdim etmək tədqiqatçıların cəmiyyətə təsir göstərməsi üçün zəruri keyfiyyətlər sırasındadır.
Elmi Hövzələrin rektoru, həmçinin Qərbin elmi və fəlsəfi transformasiyalarını izləməyin və sivilizasiya rəqibini dərindən tanımağın vacibliyini vurğulayaraq qeyd etmişdir ki, hövzə tədqiqatçıları bir tərəfdən islam elmlərində dərin biliklərə sahib olmalı, digər tərəfdən isə öz fikirlərini universitet və beynəlxalq elmi mühitlərdə təqdim və tənqid etmək bacarığına malik olmalıdırlar. Yalnız bu halda onlar islam elmlərinin inkişafına və ictimai problemlərin həllinə real töhfə verə bilərlər.
Ayətullah Ərafi çıxışının sonunda ruhun paklığı, ixlas və təvazökarlığı uğurlu tədqiqatçıların əsas mənəvi xüsusiyyətləri kimi dəyərləndirmiş və vurğulamışdır: Bu keyfiyyətlər digər elmi xüsusiyyətlərə nur və canlılıq bəxş edir, elmi hövzənin elmi biliklərin yaradılması və cəmiyyətin hidayəti istiqamətindəki əsas missiyasının həyata keçirilməsini mümkün edir.

Fundamental tədqiqatlar elmi biliklərin yaradılmasının və sosial problemlərin həllinin əsasını təşkil edir
Bu mərasimdə İsra Beynəlxalq Vəhyani Elmlər fondunun sədri, Höccətül-İslam vəl-müslimin Mürtəza Cavadi Amuli fundamental tədqiqatların strateji əhəmiyyətini vurğulayaraq bildirib: Bu növ araşdırmalar elmi biliklərin yaradılmasının, tətbiqi bilik sahələrinin formalaşmasının və nəhayət, cəmiyyətin və İslam sisteminin problemlərinin həllinin əsas təməlini təşkil edir.
O, hər bir elmi mərkəzin müəyyən bir iş ili olduğunu qeyd edərək demişdir: İsra Beynəlxalq Vəhyani Elmlər fondunun iş ili düzgün şəkildə “Tədqiqat həftəsi” adı ilə müəyyənləşdirilmişdir və bu gün təqdim olunan əsərlər elmi səylərin, tədqiqatçıların fədakar fəaliyyətinin və Ayətullah üzma Cavadi Amulinin elmi nəzarəti altında çalışan bir təşkilatın məqsədyönlü idarəçiliyinin bəhrəsidir.
İsra Beynəlxalq Vəhyani Elmlər fondunun sədri Ayətullah Cavadi Amulinin salam və dualarını iştirakçılara çatdıraraq, ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Ərafinin bu konfransda iştirakına görə təşəkkür etmiş və qeyd etmişdir: Ayətullah Ərafinin tədqiqatçılar arasında olması elmi ictimaiyyət üçün ruhlandırıcı bir amildir və hövzə rəhbərliyinin tədqiqatın mövqeyinə verdiyi əhəmiyyəti aydın şəkildə nümayiş etdirir.
Höccətül-İslam vəl-müslimin Cavadi Amuli tədqiqatları “fundamental tədqiqatlar” və “tətbiqi tədqiqatlar” olmaqla iki hissəyə ayıraraq vurğulamışdır: Fundamental tədqiqatlar bilavasitə Qurani-Kərim, Nəhcül-bəlağə, Səhifeyi-Səccadiyyə kimi vəhyani mənbələrlə və ya bu mənbələrə söykənən mətnlərlə əlaqədar aparılan dərin elmi əsaslara, metodoloji dəqiqliyə və prinsipial yanaşmaya malik araşdırmalardır. Məhz bu tədqiqatların nəticəsində elmlər formalaşır və onların üzərində tətbiqi tədqiqatlar, eləcə də cəmiyyətin problemlərinin həllinə yönəlmiş praktik bacarıqlar meydana çıxır.
O, İslam cəmiyyətlərinin sosial problemlərinin dini biliklər əsasında həllinə olan ehtiyacına toxunaraq əlavə etmişdir: Bu gün İslam cəmiyyətinin və İslam sisteminin əsas gözləntisi vəhyani elmlər sahəsində aparılan tədqiqatların sosial problemlərin həllində real rol oynamasıdır. Lakin bu məqsədin reallaşması fundamental və tətbiqi tədqiqatlar arasında səmərəli əlaqənin qurulmasını tələb edir. Təəssüf ki, elmi hövzələrdə bu əlaqəni təmin edən ixtisaslaşmış mərkəzlər hələ də məhduddur.
İsra Beynəlxalq Vəhyani Elmlər fondunun sədri tədqiqat sahəsində yeni baxışların irəli sürülməsini də yüksək qiymətləndirərək bildirmişdir: Bu konfransda səsləndirilən elmi yanaşmalar tədqiqatçılar üçün hövzə mühitində az diqqət yetirilən yeni bir baxış bucağı formalaşdırmış, elmi potensialın güclənməsinə və müasir tədqiqat metodları ilə daha yaxından tanış olmağa töhfə vermişdir.
Hövzə alimi çıxışının son hissəsində İsra fondunun mühüm elmi nailiyyətlərindən birinə toxunaraq demişdir: “Təsnim” təfsiri layihəsinin tədqiqatçıları Ali Rəhbərlə görüş zamanı onun bu möhtəşəm təfsirin mövzu göstəricisinin hazırlanmasının zəruriliyini vurğuladığını qeyd etmişdir. Şükürlər olsun ki, bu dəyərli əsər iki cilddə, təxminən yeddi-səkkiz ay ərzində tərtib edilərək hazırlanmış və yaxın keçmişdə Ayətullah Cavadi Amulinin hüzuruna təqdim olunmuşdur. Bu əsər tədqiqatçılara “Təsnim” təsirinin 80 cildlik külliyatında mövzular üzrə sistemli və asan axtarış imkanı yaradır.
Höccətül-İslam vəl-müslimin Cavadi Amuli çıxışının sonunda tədqiqatçılara, müdirlərə, qonaqlara və konfransda iştirak edən elmi və icraçı simalara təşəkkürünü bildirərək ümidvar olduğunu vurğulamışdır. Təqdim olunan əsərlər və tədqiqatlar dini araşdırmaların dərinləşdirilməsinə, eləcə də İslam cəmiyyətinin elmi və sosial ehtiyaclarına cavab verilməsinə mühüm töhfə olacaqdır.

Sadələşdirilmiş düşüncədən inteqrativ (çoxölçülü) düşüncəyə keçid: müasir tədqiqat və mürəkkəb problemlərin həlli üçün vacib addım
İsra Beynəlxalq Vəhyani Elmlər fondunun strateji rəhbərlərindən olan Dr. Bəsiriyan çıxışında “müasir tədqiqatçı” anlayışını izah edərək, elmi araşdırmalarda məntiqli düşüncədən məntiqdən kənar düşüncəyə keçidin zəruriliyini vurğulamışdır.
O, insan beyninin informasiya işləmə prinsiplərindən biri olan “minimalizm” prinsipinə işarə edərək qeyd etmişdir: Məntiqi ardıcıllığa əsaslanan düşüncə, sadələşdirməyə, təkölçülü analizə və məntiqli səbəb-nəticə əlaqəsinə əsaslansa da, insan beyninin təbii fəaliyyəti olmaqla yanaşı, mürəkkəb və çoxölçülü fenomenlər qarşısında sadələşdirilmiş və yetərsiz analizlərə yol açır.
Bəsiriyan Sistemli və dinamik düşüncəni müasir tədqiqatın təməli kimi təqdim edərək demişdir: Sistemli və dinamik düşüncə mürəkkəb sistemləri və düşüncə fenomenlərini çoxölçülü, davamlı və kontekst əsaslı şəkildə anlamağa imkan verir. Bu yanaşma beynin həm sağ, həm də sol yarımkürəsinin imkanlarından eyni zamanda istifadə etməklə intuisiyanı, hissiyyatı, divergent düşüncəni və rasional analizi birləşdirərək mürəkkəb problemlərin həllini mümkün edir.
O, “elmi problemləşdirmə (Problematizing)” anlayışını müasir tədqiqatın əsas tərkib hissələrindən biri kimi qiymətləndirərək əlavə etmişdir: Müasir tədqiqatçı əvvəlcədən qəbul edilmiş sadələşdirilmiş fərziyyələri qəbul etməyərək onları araşdırır və problemi yenidən təyin etməklə elmi biliklərin yaranması və yeni tədqiqat sahələrinin formalaşması üçün zəmin yaradır.
Dr. Bəsiriyan sadələşdirilmiş və çoxölçülü düşüncənin fərqlərini göstərmək üçün nümunə təqdim edərək, iqtisadi və sosial vəziyyətin uşaqların zəka inkişafına təsirinə dair yeni baxışları təqdim etmişdir. Son tədqiqatlar göstərmişdir ki, iqtisadi yoxsulluq və valideynlərin təhsil səviyyəsi stressin artması, dil ünsiyyətinin azalması və qavrayış təcrübələrinin məhdudlaşması vasitəsilə uşaqların hipokamp beyninə birbaşa təsir göstərir.
O, MRI və fMRI əsasında aparılmış araşdırmalara istinad edərək bildirib: Atanın maliyyə vəziyyətinin zəifliyi və ananın aşağı təhsil səviyyəsi hipokampın plastisiteti və inkişafının azalmasına səbəb ola bilər. Eyni zamanda zəngin dil ünsiyyətləri, mürəkkəb dil strukturlarından istifadə və müxtəlif söz ehtiyatı uşaqların erkən yaşlarında koqnitiv inkişafına həlledici təsir göstərir.
Dr. Bəsiriyan çıxışını yekunlaşdıraraq vurğulamışdır: Son bir neçə əsrdə elmin sürətli inkişafının mühüm səbəblərindən biri sadələşdirilmiş düşüncə tərzindən çoxölçülü düşüncə tərzinə keçiddir. İnsan beyni təbii olaraq sadələşdirilmiş düşüncəyə meyillidir. Buna görə çoxölçülü düşüncənin inkişafı məqsədli təlim, davamlı məşq və təhsil və tədqiqat sistemlərində düşünmə metodlarının yenidən öyrədilməsini tələb edir.

Molla Sədranın təfsir irsinin yenidən araşdırılması: Müasir təfsir elmi üçün elmi zərurət
Bu mərasimdə İsra Beynəlxalq Vəhyani Elmlər fondunun elmi-tədqiqat üzrə müavini, Höccətül-İslam vəl-müslimin İmadi, dini biliklərin dərinləşdirilməsində tədqiqatın yüksək əhəmiyyətinə toxunaraq, Qurani-Kərim təfsiri sahəsində Fondun əldə etdiyi mühüm elmi nailiyyətlərdən birini təqdim etmişdir.
O qeyd etmişdir ki, Sədrəddin Məhəmməd ibn İbrahim Şirazi (Molla Sədra) İslam dünyasının ən görkəmli filosoflarından biridir. Molla Sədra həm ağıl, həm hikmət, həm irfan, həm də hədis biliklərini birgə tətbiq edərək Qurani-Kərim mövzularına dərin və fərqli bir baxış gətirmişdir. Hərçənd o, tam bir Qurani-Kərim təfsirini yazmaq imkanına malik olmamışdır, lakin onun bir çox surə və ayələr üzrə hazırladığı təfsirlər təfsir elmi üçün nadir və dəyərli bir xəzinə hesab olunur.
Höccətül-İslam vəl-müslimin İmadi əlavə etmişdir ki, Molla Sədranın təfsiri sadəcə sözlərin izahına yönəlmiş deyil. Bu, ayələrin mənaları, sirləri və dərin qatlarını açan dərin təfsirdir. Mövcud təfsirlər arasında buna kifayət qədər diqqət yetirilməmişdir və bu gün təfsir elminin genişlənməsi ilə bu dəyərli irsdən daha geniş şəkildə faydalanmaq üçün vaxt yetişmişdir.
Höccətül-İslam vəl-müslimin İmadi qeyd etmişdir ki, qədim alimlərin dəyərli əsərlərinin şərh və izah ənənəsi bu gün də davam edir. O, Höccətül-İslam Mürtəza Cavadi Amuli tərəfindən yazılmış Molla Sədranın təfsirinin şərh əsərinin nəşr olunmasından xəbər verərək bildirmişdir: Bu əsər illərlə davam edən tədris və tədqiqatın nəticəsidir. Tədqiqatçıların səyləri ilə əsər çap, tədqiqat, redaktə və yekun təsdiq mərhələlərindən sonra nəşr üçün hazır vəziyyətə gətirilmiş və Qurani-Kərimə və dəyərli təfsir elminə layiqli bir töhfə hesab olunur.
Höccətül-İslam vəl-müslimin Əmadi çıxışının sonunda bu əsərdə əməyi olan müəllimlərə, tədqiqatçılara və əməkdaşlara, xüsusən Hüccətül-islam Məhəmməd Tahir Baqiriyə təşəkkürünü bildirmiş və ümidvar olduğunu bildirərək etmişdir: Bu cür elmi və tədqiqat fəaliyyətləri Qurani-Kərim biliklərinin dərinləşdirilməsinə və İslam cəmiyyətində dini tədqiqatların inkişafına mühüm töhfə verəcəkdir.

Əsərlərin təqdimatı və tədqiqatçıların təqdir olunması
Mərasimin son hissəsində, Ayətullah Ərafinin iştirakı ilə, İsra Beynəlxalq Vəhyani Elmlər Fondunun Qurani-Kərim təfsiri sahəsində əldə etdiyi ən son tədqiqat nailiyyətləri təqdim edilmişdir. Həmçinin bir qrup seçilmiş tədqiqatçı yüksək qiymətləndirilmiş, hörmətlə dəyərləndirilmişdir.
Xəbərin sonu








Rəyiniz