cümə 20 iyun 2025 - 20:54
Elmi Hövzələrə dair İnsan Hüquqları Komissiyası, Qurum və İnstitutlarının birgə Bəyanatı

Hövzə / Elmi Hövzələrə dair İnsan Hüquqları Komissiyası, Qurum və İnstitutları ABŞ prezidenti Donald Trampın İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah üzma Seyid Əli Xameneiyə qarşı səsləndirdiyi hədələyici bəyanatlara sərt reaksiya verdilər. Birgə bəyanatda vurğulanıb ki, bu sözlər təkcə bir şəxsə deyil, yüz milyonlarla müsəlmanın inancına yönəlmiş təxribatdır. Eyni zamanda bəyanatda qeyd olunub ki, İran açıq şəkildə beynəlxalq hüquq pozuntuları ilə üz-üzədir və özünü müdafiə etmək haqqını qoruyur.

«Bismillahir-Rəhmanir-Rəhim»

Əgər Allah insanlardan bir qisminin şərini digər bir qismi ilə dəf etməsəydi, içində Allahın adı çox-çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Özünə (dininə) yardım edənə mütləq yardım edər. Şübhəsiz ki, Allah çox güclüdür, yenilməz qüvvət sahibidir.

(Həcc surəsi, 40-cı ayə)

İlahi rəhbərlər və dini alimlər İslam ümmətlərinin və cəmiyyətlərin kimliyini tam şəkildə əks etdirən bir aynadır. Onlara qarşı edilən hər hansı bir hücum milyonlarla insanın inanc və hisslərinə qarşı yönəlmiş bir təcavüz olmaqla yanaşı, cəmiyyətlərin dini və mənəvi varlığı üçün də ciddi bir təhlükə sayılır. Bu baxımdan dini təlimlərə eləcə də hüququn mütləq prinsiplərinə əsaslanaraq elmi hövzələrin assosiasiyaları alimlər, fəqihlər, mütəfəkkirlər, tədqiqatçılar və hüquqşünaslar adından Amerika Birləşmiş Ştatlarının Prezidenti (Tramp) tərəfindən İran İslam Respublikasının Ali dini lideri  Ayətullah üzma Xamenei (Allah onu qorusun) haqqında səsləndirilən görünməmiş təhdid və nifrət dolu sözlərə qarşı dərindən narahat olduqlarını ifadə edərək bütün beynəlxalq qurumların, təşkilatların, dövlətlərin, İslam ölkələrinin və dünyanın azad düşüncəli insanlarının diqqətini aşağıdakı məsələlərə yönəldirlər.

1. Beynəlxalq hüququn əsas prinsiplərinin və BMT Nizamnaməsinin açıq şəkildə pozulması  

BMT-yə üzv bir dövlətin yüksək vəzifəli siyasi və dini şəxsiyyətlərinin qəsdlə hədələnməsi, beynəlxalq hüququn məcburi normalarının açıq şəkildə pozulması hesab olunur. Bu cür təhdidlər yalnız BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı zor tətbiqinə və ya təhdidə qadağa qoyan müddəaya zidd deyildir. Həmçinin sülh və müharibə dövrlərində mülki şəxslərin xüsusilə də rəsmi şəxslərin qorunması ilə bağlı bəşər hüququ prinsipləri və müdafiə qaydaları ilə ciddi şəkildə ziddiyyət təşkil edir.

2. İctimai duyğuların nifrət hissi və zədələnməsi

Bu qəbildən olan addımlar və təhdidlər nifrət yayma fəaliyyətinin bariz nümunəsidir və yalnız İslam ümmətinin dini hisslərini deyil həm də digər müstəqil və azadlıqsevər xalqların eləcə də dünyadakı bütün vicdanlı insanların mənəvi duyğularını zədələyir. Bu cür davranışlar həmçinin regional və qlobal səviyyədə qəfil və idarəolunmaz reaksiyalar doğurmaq potensialına malikdir.  
Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın 20-ci maddəsinin 2-ci bəndinə əsasən milli, irqi və ya dini nifrət, düşmənçilik və zorakılığa təhrik edən bütün çağırışlar qanunla qadağan olunur. Bu müddəanın əsas məqsədi zorakılığın təşviqinin və nifrətin yayılmasının qarşısını almaqdır.  
Bu məsələ xüsusilə BMT Nizamnaməsinin 1-ci maddəsində Birləşmiş Millətlər Təşkilatının əsas məqsədi kimi göstərilən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması çərçivəsində mövcud qlobal düzən üçün real və əsas bir təhlükə kimi qiymətləndirilir.

3. Terror təhdidi və təhrikinin birbaşa icraçıları və təşviqatçıları üçün beynəlxalq və cinayət məsuliyyəti  

Beynəlxalq hüququn adət normalarına əsasən rəsmi və dini şəxslərə qarşı təhdid və terror aktları qəti şəkildə qadağandır. 1998-ci il Roma əsasnaməsində təsbit olunan bir sıra müddəalara uyğun olaraq, əgər hər hansı şəxs konkret bir hədəfi ya şəxsiyyəti müəyyən edilmiş siyasi və ya dini lideri cinayət niyyətilə və geniş miqyaslı təsir doğura biləcək şəkildə terrora birbaşa təhrik edərsə bu hal beynəlxalq cinayət hüququ baxımından təqib edilə biləcək əməldir.  
Bu cür təhrik və təhdidlər sadəcə qətl və ya terror niyyəti ilə məhdudlaşmayaraq, əgər siyasi və ictimai sabitliyi pozacaq ölçüyə çatarsa həmin şəxsləri beynəlxalq hüquqi və cinayət məsuliyyətinə cəlb edir. Bu cür əməlləri törədənlər diplomatik və ya funksional toxunulmazlıq iddiası irəli sürə bilməz.

4. Beynəlxalq və regional qurumların dərhal və təsirli reaksiyasının zəruriliyi  

Daha əvvəl bir çox beynəlxalq qurumlar və insan hüquqları institutları müsəlman icmalarının rəhbərlərinə yönəlmiş təhdid və təhqirlərlə bağlı qətiyyətli və prinsipial mövqelər nümayiş etdirmişdir. Bu davranışları Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsinə əsasən vicdan, düşüncə və din azadlığını qoruyan müddəa ilə ziddiyyətli hesab etmişlər.  
İndiki vəziyyətdə gözlənilir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və BMT-nin Baş katibi ilə yanaşı İslam Əməkdaşlıq Təşkilatının Baş katibi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissiyası və digər beynəlxalq, regional və hüquq müdafiə təşkilatları bu misilsiz və açıq təhdidə qarşı ciddi, rəsmi və tutarlı bir reaksiya versinlər.  
Bu cür davranışlara qarşı sükut və ya laqeydlik beynəlxalq hüquqdan kənar və cinayət xarakterli yanaşmaların normallaşmasına, belə liderlər tərəfindən qanun və hüquq çərçivəsindən kənar nümunələrin möhkəmlənməsinə şərait yarada bilər. Bu səbəbdən reaksiya həm hüquqi həm də beynəlxalq təhlükəsizliyin qorunması baxımından həyati əhəmiyyət daşıyır.

5. İranın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq qanuni özünümüdafiə hüququ  

İran İslam Respublikası Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən təcavüzkar hərəkətlərə qarşı beynəlxalq hüquq çərçivəsində həm hərbi, həm də qeyri-hərbi bütün imkan və resurslardan istifadə edərək öz qanuni özünümüdafiə hüququna malikdir.

Yuxarıda qeyd olunanlara əsasən elmi hövzələrin assosiasiyaları, akademik mərkəzlər və İnsan Hüquqları Komissiyaları Amerika Birləşmiş Ştatları Prezidentinin məsuliyyətsiz, qeyri-qanuni və beynəlxalq hüququn həmçinin ümumbəşəri prinsiplərin bütün meyarlarına zidd olan açıqlamalarını qəti şəkildə pisləyir və ölkənin diplomatik qurumlarından, müvafiq milli və beynəlxalq orqanlardan eləcə də dünyanın bütün azadfikirli insanlarından mövcud imkan və vasitələrdən istifadə edərək bu cür təhqiramiz və cəsarətsiz təhdidlərin qarşısında qətiyyətlə dayanmağı, adekvat hüquqi tədbirlər görməyi və bu mənfur davranışları açıq şəkildə qınamağı tələb edirlər.

Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır. (Ali İmran surəsi, 126-cı ayə)

Hörmətli Ayətullah, Höccətül-İslam və Bəylər:

1. Əbülqasim Əlidost — Fiqh və Hüquq üzrə Araşdırma İnstitutu
  
2. Cavad Həbibi Təbar — Qadın və Ailə Tədqiqatları İnstitutu

3. Həsən Xeyri — Sosial Elm İnstitutu

4. Həmid Rza Mütəhhəri — Hövzə Tarixi Tədqiqatçıları İnstitutu

5. Rza Berenckar — İslam Kəlamı İnstitutu

6. Rza Həbibi — İslam Əxlaqı İnstitutu

7. Seyyid Sadiq Məhəmmədi — Usul Fiqh İnstitutu

8. Əbdülhadi Məsudi —Hövzənin Hədis İnstitutu

9. Əli Ağapiruz — İslam İdarəçiliyi İnstitutu

10. Əli Əkbər Rəşad — Fəlsəfə İnstitutu

11. Seyyid Kazım Seyidbaqiri — Siyasi Elmlər İnstitutu

12. Möhsün Əlviri — Sivilizasiya Tədqiqatları İnstitutu

13. Seyyid Məhəmməd Vaizi Musəvi — Kommunikasiya və Təbliğat Elmləri İnstitutu

14. Məhəmməd Hüseynzadə — Mərifətşünaslıq İnstitutu

15. Məhəmməd Qurbanpur — Tərcümə və Xarici Dillər İnstitutu

16. Məhəmməd Təqi Rəbbani — Elmi Hövzənin Mehdəviyyət üzrə İnstitutu

17. Məhəmməd Təqi Sübhan — İmamət Elmləri İnstitutu

18. Məhəmməd Cavad Zaran — İslam Təlim və Tərbiyə İnstitutu

19. Məhəmməd Cavad Təvəkküli — İslam İqtisadiyyatı İnstitutu

20. Məhəmməd Həsən Zəmani — Quran və Şərqşünaslıq Tədqiqatları İnstitutu

21. Məhəmməd Hüseyn Bəhrami — Din və Rəqəmsal Mühit İnstitutu

22. Məhəmməd Rza Bərtə -- Cəmiyyətlərin İdarəsi və Elmi Hövzənin İnsan Hüquqları Komissiyası İnstitutu

23. Məhəmməd Əli Rzayi İsfahani — Quran Tədqiqatlar İnstitutu

24. Mehdi Hadi — İslam Psixologiyası İnstitutu

25. Mehdi Fərmanian — Dinlər və Məzhəblər Tədqiqatları  İnstitutu

26. Mehdi Əbutalibi — Müasir Tarix İnstitutu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha