Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına əsasən Höccətül-İslam vəl-müslimin Seyid Məhəmməd Mehdi Mirbaqiri Məhərrəm ayının yeddinci gecəsində Xanım Məsumənin (s.ə) müqəddəs hərəmində keçirilən əzadarlıq mərasimində belə deyib:
Rəvayətlərə əsasən Fəcr surəsinin son ayələri məsum və təmiz kəslərə xüsusilə də şəhidlər ağası İmam Hüseynə (ə) xitab olunur. Çünki onlar bu aləmdə aram nəfsə sahibidilər.
O əlavə etdi: İmanlı insanlar ölüm qorxusu yaşamırlar və imanlı insanın ölüm anı çatanda ona ey "aramlığa çatmış nəfs" deyilər, o isə aramlıqla Allah dərgahına qayıdar.
Bütün aləmin rahatlığı "aramlığa çatmış nəfs" ilədir, həmin o "aramlığa çatmış nəfs" İslamın əziz Peyğəmbəridir (s).
Xanım Məsumənin (s.ə) müqəddəs hərəminin xətibi bildirib ki, Peyğəmbəri-Əkrəmin (s) mübarək zatı İlahi zikrdir və bu zikrin vadisinə çatmağın yeganə yolu Allahın Rəsulu (s) ilə birgə olmaqdır. Çünki möminlərin qəlbi Peyğəmbərin (s) nuru ilə nurlanır və Əhli-Beyt (ə) də həmin həqiqi zikr dərəcəsinə malikdir.
O vurğulayıb ki, əminlik və zikr aləminə çatmağın yolu məsum və pak Əhli-Beytə təvəssül etmək və onlarla birgə olmaqdır. Bu səbəbdən İmam Hüseynin (ə) səhabələri Kərbəla hadisəsində heç vaxt təşvişə düşmürdülər. Çünki onlar İmam Hüseynin (ə) aram nəfsi ilə bir yerdə idilər.
Höccətül-İslam vəl-müslimin Mirbaqiri xatırlatdı: Qiyamət səhnəsində ağır hadisələr baş verdiyi vaxt bəzi insanlar tam rahatlıq içində olacaq və yaxşı əməllərinə görə mükafatlandırılacaqlar. Rəvayətə görə bu yaxşı əməllər məsum və pak olan Əhli-Beyt ailəsinə məhəbbət və sadiq qalmaqlarıdır.
Elmi hövzələrin müəllimi əlavə edib: Rəvayətə görə möminlər cənnətdə Allah Təalanı İslamın əziz Peyğəmbərinin (s) vasitəsilə ziyarət edib görəcəklər. Möminlərin qiyamətdə, ölüm anında və cənnətdə olan bütün aramlıqları məsum və pak olan Əhli-Beytin onlarla birgə olması olacaqdır.
O, davamında dedi: İslam ümmətində iki cərəyan yaranır: Biri üsyan cərəyanı digəri isə aram nəfs cərəyanıdır. Hər kimki məsum və pak olan Əhli-Beyt ilə birlikdə olarsa Allahın sülh və əmin-amanlıq dolu vadisinə daxil olar.
Xanım Məsumənin (s.ə) müqəddəs hərəminin xətibi xatırlatdı: Azğınlıq və tüğyan vadisi çox təhlükəli və qorxuludur. Elə buna görə də çox insan orada batırlar. Bu azğınlıqdan xilas olmağın yeganə yolu Əhli-Beyt (ə) nicat gəmisinə minməkdir.
Höccətül-İslam vəl-müslimin Mirbaqiri vurğulayıb: Aşura hadisəsində çox sayda səhabə cəhənnəmlik oldu.Yanlız bir qrup özünü İmam Hüseynə (ə) çatdırmaqla nicat tapdı.
O, xatırlatdı: Aşura günü İmam Hüseynə (ə) ağır müsibətlər üz verdi. Lakin Aşuranın batinində çox böyük bir İlahi ziyafət hazırlanmışdı. Çünki İmam Hüseynə (ə) axıdılan göz yaşı insanı təmizləyən, cəhənnəm alovunu söndürən və qəlbləri pak edən bir vasitədir.
Höccətül-İslam vəl-müslimin Mirbaqiri sonda dedi: Peyğəmbəri-Əkrəmin ümmət formalaşdırmaq üçün açdığı yol böyük sınaqlardan ümməti keçirib Allahın əmin-amanlıq vadisinə çatdırmaq Əhli-beytin (ə) vasitəsilə həyata keçirilir. Bu ümmət quruculuğunun son və tamamlayıcı mərhələsi İmam Mehdinin (ə.f) zühuru ilə gerçəkləşəcək və nəticədə tağut və zalım rejimlərin kökü kəsiləcəkdir.
Xəbərin sonu.
Rəyiniz