Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü Ayətullah Abbas Kəbi Hövzə Xəbər Agentliyinə verdiyi müsahibəsində bildirib: Sionistlərin təcavüzünə qarşı mübarizənin ən mühüm meydanlarından biri media və informasiya cəbhəsidir. İslam dini bəyan, məntiq və hikmət dinidir. Biz isə məntiq və düşüncəyə əsaslanan bir xalqıq. İslamın özü də məntiqə və ağla əsaslanan bir dindir. Biz tərəqqi, ədalət, sülh, təhlükəsizlik və beynəlxalq münasibətlərdə ədalətin bərqərar olmasını istəyirik. Bizim tutunduğumuz əsas prinsip budur. Biz nə zülm edirik, nə də zülmə boyun əyirik.
Qum Elmi Hövzəsinin Müəllimlər İnstitutunun sədr müavini Ayətullah Kəbi əlavə edib ki, İran xalqı son 46 ildə öz müstəqil yolunu davam etdirmişdir. Lakin imperialist və sionist cəbhə bu yolda maneələr yaratmış və təcavüzkarlıq nümayiş etdirmişdir. Bu səbəbdən də İran xalqının haqq mübarizəsi və sivilizasiyaya doğru hərəkəti qlobal media cəbhəsi vasitəsilə dünyaya aydın şəkildə çatdırılmalıdır.
Onun sözlərinə görə, xoşbəxtlikdən İranın milli mediası bu cəbhənin rəhbərliyini öz üzərinə götürüb. Lakin bu kifayət deyil. Bütün ölkə vətəndaşları istər ölkə daxilində, istərsə də xaricdə yaşayanlar beynəlxalq informasiya platformalarından səmərəli istifadə etməklə İran xalqının haqq səsini dünyaya çatdırmalı və imperializmə eləcə də sionist işğalçılara qarşı informasiya mübarizəsində fəal iştirak etməlidirlər.
O, bu sahədə bir neçə əsas istiqaməti qeyd edərək dedi: Birinci istiqamət mübariz, ağıllı və ifadəli milli medianın mövcudluğudur. Bu media göstərdi ki, bu gün informasiya cəbhəsi sionistlərin beynəlxalq miqyasda ifşa olunmasında və daxili cəbhənin möhkəmləndirilməsində nə qədər təsirli ola bilər.
Biz, cəsur və imanlı jurnalist və aparıcılarımıza təşəkkür etməli, öz qanları ilə İran xalqının haqlılığını dünyaya çatdıran şəhid jurnalistlərin xatirəsini ehtiramla yad etməliyik.
Qum Elmi Hövzəsinin tanınmış müəllimi ikinci əsas istiqamət kimi düşmən mediasının boykot edilməsini qeyd edərək bildirdi:
İran xalqı arasında müxtəlif təşəbbüslər formalaşdığı kimi "mübarizə mediası" və "inqilabi mediası" adı altında da yeni təşəbbüslər meydana çıxmalıdır. İnsanların ruhunu zəiflədən media orqanlarına diqqət göstərmək və onların təsiri altına düşmək şəriət baxımından yolverilməzdir və bu cür media qurumları boykot olunmalıdır.
Ayətullah Kəbi üçüncü istiqamət kimi ümidsizlik və zəiflik yaradan xəbərlərin yenidən paylaşılmasından çəkinməyin eləcə də xüsusi və məxfi məlumatların qorunmasının vacibliyini vurğuladı.
Dördüncü istiqamət olaraq isə şəhid jurnalistlər və cəsur media aparıcılarının nümunə kimi təqdim olunmasını, onların mübarizə mediasının örnəyi kimi tanıdılmasını tövsiyə etdi.
O əlavə etdi ki, beşinci istiqamət beynəlxalq və regional səviyyədə, müxtəlif dünya dillərində güclü bir media cəbhəsinin formalaşdırılmasıdır. Bu cəbhə yalnız dövlətlərlə məhdudlaşmamalı əksinə xalqlar və media fəalları da bu mübarizədə fəal rol oynamalıdırlar.
Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü altıncı istiqamət olaraq bacarırıq və maarifləndirmə ilə bağlı xəbərlərin geniş şəkildə yayılmasını və milli ruhun möhkəmləndirilməsini göstərdi və qeyd etdi:
Bu fəaliyyət, media cihadı, müqavimət və informasiya savaşı sahəsində iştirak və ortaq məsuliyyətdir.
O, həmçinin yeddinci istiqamət olaraq virtual məkanın müharibə şəraitinə uyğun şəkildə idarə olunmasının vacibliyini vurğuladı və dedi:
Təəssüf ki, hazırda sosial media nəzarətsiz və açıq şəkildə fəaliyyət göstərir və bu düşmənlərin nüfuz etməsi üçün münbit zəminə çevrilib. Bu sahədə həmçinin müharibə şəraitinə uyğun və ciddi şəkildə idarə olunmalıdır.
Ayətullah Kəbi səkkizinci istiqamət kimi elmi hövzələrin, universitetlərin və ruhanilərin təbliğat cihadında rolunu qeyd edərək deyib:
Şükürlər olsun ki, bu gün hövzə müəllimləri və universitet müəllimləri birgə səfərbər olaraq informasiya və təbliğat cəbhəsində "açıq təbliğ" cəbhəsində güclü mövqe tutublar.
O, doqquzuncu istiqamət kimi məşhur və təsirli ictimai simaların o cümlədən idmançılar, sənətçilər və tanınmış şəxslərin milli həmrəyliyin gücləndirilməsi və güclü silahlı qüvvələrin dəstəklənməsi naminə öz nüfuzlarından istifadə etmələrinin vacibliyini vurğuladı.
Qum Elmi Hövzəsi Müəllimlər İnstitutunun sədr müavini sonda dedi: Onuncu istiqamət qrafika, rəssamlıq, poeziya, aktyorluq və teatr kimi sənət sahələrindən istifadə etməklə İran xalqının ümid, səbir və müqavimət mesajının dünyaya çatdırılmasıdır.
Bu media cəbhəsi, milli medianın rəhbərliyi və bütün tərəflərin fəal iştirakı ilə cinayətkar sionistlərə qarşı qələbəyə yol aça bilər.
Mətnin sonu
Rəyiniz