Höccətül-İslam vəl-müslimin Ayətullah Abbas Kəbi Hövzə Xəbər Agentliyinin paytaxt Tehran üzrə müxbiri ilə müsahibəsində bildirib ki, sionist rejimə qarşı baş verən 12 günlük döyüşdə İran xalqının misilsiz birliyi düşmənin gözləmədiyi bir reallıq idi. O vurğulayıb ki, xalqın bütün təbəqələri və ictimai qrupları bir-birinin yanında duraraq düşmənə qarşı möhkəm mübarizə nümayiş etdirdi. Ayətullah Kəbinin fikrincə, bu birlik və həmrəylik İslam İnqilabının gələcək uğurlarının əsas təməl daşı ola bilər.
O, sözlərinə belə davam edib: İran xalqı tarix boyu mübarizə və səbir nümunəsi olaraq öz polad iradəsi ilə dünyanın heyrətinə səbəb olmuşdur. Məhz bu milli ruh yüksəkliyi nəticəsində sionist rejim və ABŞ tarixi məğlubiyyətə düçar olmuşdur. Bu güclü ruh və iradə din xadimləri, elmi və dini elitanın, həmçinin məsul şəxslərin vasitəsilə daim qorunmalı və möhkəmləndirilməlidir.
Ruhanilər həmişə xalqın təhlükəsizliyi uğrunda ön cəbhədədirlər
Ayətullah Kəbi qeyd edib ki, 12 günlük müharibə zamanı ruhanilər fədakarcasına cəbhənin önündə yer almışlar. O bildirib:
Ruhani və dindarlar hər zaman İslamın və xalqın müdafiəsi uğrunda ön sırada olublar. Onlar yalnız dini təbliğ və maarifləndirmə sahəsində deyil, eyni zamanda məscidlər və dini icmalar vasitəsilə xalqın təhlükəsizliyinin təmin olunmasında da cəbhənin ön xəttində yer alıblar.
Ayətullah Kəbi əlavə edib ki, müharibədən sonrakı dövrdə ruhanilərin əsas vəzifəsi Təbiyin Cihadıdır. Yəni aydın və qəti şəkildə həqiqətlər deyilməli və açıqlanmalıdır.
O bildirib: Düşmən həmişə xalq arasında ixtilaf salmaq və diqqəti yayındırmaq üçün müxtəlif planlar qurur. Ruhanilər və dindarlar düşmənin bu məkrli planlarını ifşa etməli və xalqı doğru yola istiqamətləndirməlidirlər.
İran xalqı rəzillik və qorxuya boyun əyməz
Ayətullah Kəbi daha sonra deyib: Aşura ruhunu daşıyan İran xalqı məğlubiyyət, rəzillik və qorxuya boyun əyməz. Əgər Amerika və sionist rejim tərəfindən hər hansı bir təcavüz olarsa, bu xalq öz düşmənlərini qətiyyətlə cəzalandıracaq. Düşmən nə qədər çalışsada, İran xalqının polad iradəsini sarsıda bilməz.
Ayətullah Kəbi sonda bildirib ki, milli iradənin və xalqın birliyinin qorunması müharibədən sonrakı mərhələdə ruhanilərin əsas vəzifələrindən biridir.
Heç bir məsələ mövcud milli birliyi zəiflətməməlidir. Biz hamımız İslam Dünyasının Ali Rəhbəri Seyid Əli Xameneinin göstərişlərinə tabe olaraq düşməni tam şəkildə məğlub etməliyik.
Rəyiniz